• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir

gundem / manset

28-03-2025, 12:03

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur.

Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Belə ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.


Heydər Əliyev

Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Ulu Öndərin xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti tərəfindən daim rəhbər tutulur.

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, ölkəmizə qarşı yönələn terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.



Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir.

Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını bu il də böyük şövqlə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Onu da qeyd edək ki, DTX-nin əməkdaşlarının Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş "Görünməyən qəhrəmanlar” və "Qartal zirvədə”, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən "Xüsusi xidmət” adlı sənədli filmləri çəkilib.



Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə hazırda xidməti fəaliyyətlərini uğurla davam etdirirlər.

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərmiş və terrorçuluq əməlləri törətmiş qondarma rejimin rəhbərləri məhz DTX–nin həyata keçirdiyi tədbirlər nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı DTX-nin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir. Bütün bunlar, Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.

DTX-nin Şuşa şəhər idarəsi


2023-cü il noyabrında Prezident İlham Əliyevin iştirakı ilə DTX-nin yeni inzibati binalarının açılışı olub. Burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb. DTX-nin xüsusi təyinatlı dəstəsi ən müasir silah, avadanlıq, dron və digər zəruri texnika ilə təmin olunub.

DTX-nin Laçın rayon şöbəsi


DTX-nin təşkilatçılığı ilə 2023-cü ilin may ayında 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirak etdiyi "Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə" mövzusunda I Bakı Təhlükəsizlik Forumundan sonra 2024-cü il sentyabr ayında 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi "Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Forum tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.



Bakı şəhərində Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə 2023-cü il sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması”, ötən il oktyabrın 2-də isə Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzularında beynəlxalq konfranslar keçirilib. Tədbirlərdə bu kimi beynəlxalq konfransların keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyi vurğulanıb, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyi qeyd olunub, Prezident İlham Əliyevin itkin vətəndaşlarmızın taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğu və ölkə başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığı bildirilib.





Bu il martın 10-da Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatı olub. Tədbirdə Dövlət Komissiyasının dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik Beynəlxalq Komissiya ilə əməkdaşlığının itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.




Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşları müasir çağırışlara uyğun şəkildə çalışaraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.



Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

28-03-2024, 10:55

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

gundem / siyaset / ust / manset

28-03-2024, 20:38

Könül Nəbizadə - Dövlət Təhlükəsizlik yaxud Kəşfiyyat Orqanı dövlətimizin milli təhlükəsizliyinin təmin olunmasında fəaliyyət göstərən xüsusi xidmət orqanıdır.

gundem / ust / manset

23-08-2024, 13:24

Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 23 avqust tarixi peşə bayramı günüdür-Könül Nəbizadə

gundem / manset

9-07-2023, 11:26

XİN-dən diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təbriki

gundem / ust / manset

9-04-2024, 10:52

Hərbi pilotlarımız səmada: Helikopterlərimiz kəşfiyyat apardı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:23
    Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
  • Bu gün, 13:35
    Qərbi Azərbaycan Amasiya rayon İcmasının tədbiri
  • Dünən, 21:29
    Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev – Peşəkarlığın, məsuliyyətin və dövlətə sədaqətin nümunəsi
  • Dünən, 17:22
    Cənubunsəsi Media Şirkəti və Günərzi Qayğı Mərkəzindən nümunəvi sosial layihə
  • Dünən, 15:10
    Cənubunsəsi Media Şirkəti və Günərzi Qayğı Mərkəzindən nümunəvi sosial layihə
  • Dünən, 08:18
    Milad lotereyasında 1,8 milyard dollar uddu
  • Dünən, 08:14
    Telefonumuz nəyi izləyəcəyimizi necə müəyyən edir?
  • Dünən, 08:11
    “Gmail”də inqilabi yenilik - E-poçt ünvanlarımızı dəyişə biləcəyik
  • Dünən, 08:08
    Bu ölkədə 18 yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edildi
  • Dünən, 08:05
    Süni yolkaların zərərləri
  • Dünən, 08:03
    Həmin qadağanı bir il daha uzatdılar
  • Dünən, 08:00
    Onlar amerikalıları ölkəyə buraxmayacaq
  • Dünən, 07:57
    “İndiki vəziyyətdə seçkilərin keçirilməsi mümkün deyil”
  • Dünən, 07:55
    Türkiyədə yaşayış binasında yanğın - 15 nəfər tüstüdən zəhərləndi
  • Dünən, 07:53
    18 yaşında xərçəngdən vəfat etdi
  • 25-12-2025, 19:15
    Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
  • 25-12-2025, 17:30
    Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
  • 25-12-2025, 08:40
    Azərbaycanda bu əməliyyatlar üzrə hərraclar keçiriləcək
  • 25-12-2025, 08:38
    12 istiqamətdə tıxac var
  • 25-12-2025, 08:31
    Gələn il inflyasiya neçə faiz olacaq? - Rəsmi
  • 25-12-2025, 08:28
    Azərbaycanın valyuta ehtiyatlarının həcmi açıqlandı
  • 25-12-2025, 08:25
    Beyni bağışlanacaq
  • 25-12-2025, 08:22
    “Narahat olmayın, 2026-cı il daha da çətin olacaq”
  • 25-12-2025, 08:20
    Zərərli olan hər şeyi süngər kimi özünə çəkir
  • 25-12-2025, 08:17
    “İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
  • 25-12-2025, 08:14
    “Friends”in aktyoru vəfat etdi
  • 25-12-2025, 08:10
    Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
  • 24-12-2025, 21:13
    Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
  • 24-12-2025, 18:33
    TƏBRİK EDİRİK!
  • 24-12-2025, 18:26
    ALİ BAŞ KOMANDANIM YAŞA SƏNİ MİN YAŞA!
  • 24-12-2025, 17:39
    Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
  • 24-12-2025, 14:10
    Qətiyyətli lider, müzəffər Ali Baş Komandan
  • 24-12-2025, 13:33
    Yeni il təbriki.
  • 24-12-2025, 09:39
    Moskvada generalın qətlindən sonra yenidən partlayış oldu - İki yol polis öldü
  • 24-12-2025, 09:36
    Tıxaclı yolların - Siyahısı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə