• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

UNİVERSİTETLƏR MÜSTƏQİLDİRMİ?

gundem / manset

7-04-2025, 20:37

UNİVERSİTETLƏR MÜSTƏQİLDİRMİ?
Əkbər Hüseynzadə: “Universitet məzununun məşğulluğunun təmini məsələsində əsas söz sahibi Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi deyil, işəgötürəndir”

Hələ yarım il bundan əvvəl məlumat yayılmışdı ki, “The 2024-2025 Best Global Universities” reytinqində 2250 universitet arasında Azərbaycan universitetləri yer almayıb. Bu vəziyyət əlbəttə ki, ölkəmizin təhsil sisteminin keyfiyyəti ilə bağlı suallar doğurur.

Ekspertlər Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə olmamasının səbəbini məlum kriteriyalara - qlobal tədqiqat reputasiyası, nəşr sayı, beynəlxalq əməkdaşlıq və sitat təsiri kimi müxtəlif meyarlara cavab verməməsi ilə əlaqələndirilər. Məsələn, “The QS World University Rankings” reytinqində qiymətləndirilən meyarlar arasında akademik reputasiya, işəgötürənlərin reputasiyası, fakültə-şagird nisbəti, beynəlxalq fakültə və tələbələrin sayı da var. Tədqiqat fəaliyyətinin zəif olması, universitetlərin qlobal tədqiqat şəbəkələrində iştirak etməməsi, nəticə etibarilə onların reputasiyasını zəiflədir. Həmçinin, beynəlxalq reytinqlərdə iştirak etməmənin bir digər səbəbi kimi maliyyə və infrastruktur problemləri göstərilir.

Təhsil üzrə ekspert, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadənin fikrincə, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərinin aşağı olmasının mühüm bir səbəbi də onların müstəqilliyinin heç də təqdim olunduğu qədər olmamasıdır:
- Bu problemin həllinə yalnız yüksək bal toplayan tələbələrin və prezident təqaüdçülərinin qəbul olunması ilə nail olmaq mümkün deyildir. Azərbaycan ali təhsil sisteminin beynəlxalq səviyyədə tanınması üçün ciddi islahatlar və strateji yanaşmalar tələb olunur. Bu islahatların başlanğıcı kimi heç olmasa, özəl univetrsitetlərin Təhsil Nazirliyindən, (TN) və Dövlət İmtahan Mərkəzindən (DİM) asılılığının mümkün qədər azaldılması məqsədəuyğun olardı. Təsəvvür edin, ali məktəblərin rəhbər vəzifəli şəxsləri medianın əməkdaşlıq təklifindən, hətta hər hansı bir sualla müraciət edən jurnalisti cavablandırmaqdan da çəkinirlər və bu imtinanın səbəbini TN-nin icazə verməməsi ilə əlaqələndirirlər. Halbuki, Nazirlik müəssisə rəhbərlərinə öz fəaliyyətlərində ictimai şəffaflığı təmin etmə məsələsində qadağa qoymaq səlahiyyətinə malik deyil. Söz yox, TN mənsubları özləri etiraf etməsələr də, sistem daxilində yazılmamış qaydaların yazılmış qanunlardan üstün olduğu müşahidə edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Univeraitetinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxışında demişdir: “Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə, varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır...”

Ölkə başçısının bu ifadələrindən belə qənaətə gəlmək olur ki, nəinki tapşırıqla, rüşvətlə birtəhər diplom alan, hətta DİM-in təyin etdiyi keçid balından xeyli artığını toplayan, doplomunu TN “ikiəlli” təsdiq edən məzunun belə məşğulluğunun təmini məsələsində əsas söz sahibi işəgötürəndir. Hər bir halda işəgötürən özünə necə mütəxəssis lazım olduğunu hamıdan yaxşı bilir və tələblərinə cavab verən kadrı seçmək üçün müsahibə təşkil edir, bilik və bacarığını yoxlayır. Əgər namizəd tələblərə cavab pvermirsə, neçə ədəd və hansı ali məktəbin diplomuna sahib olursa-olsun, işə qəbul edilməyəcək. Onsuz da diplom verdiyi məzunların bilik və bacarıq səviyyəsinin günün və əmək bazarının tələblərinə cavab verməməsi təhsil müəssisəsinin özünün reytinqinə pis təsir göstərir. Ona görə də düşünürəm ki, DİM keçid pballarını aşağı salmalı, TN diplomların tanınması məsələsində hazırki aşırı tələbkarlığını azaltmalıdır. Belə olan halda gənclər keçid ballarının yuxarı olması səbəbindən xaricdəki universitetlərə üz tutmaz, yerli özəl ali təhsil müəssisələrinə qəbul olunub, təhsil haqqını da onlara ödəyərlər. Bu da öz növbəsində həm yerli professor-müəllim heyətinin sosial rifah səviyyəsinin yaxşılaşmasına, həm də universitetlərin dövlət büdcəsinə ödədiyi vergilərin həcmini artmasına səbəb olar.

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

sosial / manset

11-07-2024, 14:01

Azərbaycan Qafqazda QS-də təmsil olunan universitet sayına görə liderdir

sosial / manset

12-06-2024, 12:37

Azərbaycan bu reytinqdə irəliləyib

gundem / manset

7-02-2025, 09:53

Universitetlər regionlara köçürüləcəkmi? - Nazirdən cavab

sosial / manset

5-06-2024, 11:35

AR ELM VƏ TƏHSİL NAZİRLİYİ BOTANİKA İNSTİTUTU

gundem / idman / manset

10-11-2024, 12:14

"Qarabağ" dünya reytinqində daha 12 pillə gerilədi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • Bu gün, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • Bu gün, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • Bu gün, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • Bu gün, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • Bu gün, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • Bu gün, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • Bu gün, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • Bu gün, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • Bu gün, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • 17-09-2026, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə