• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

EL MƏHƏBBƏTİNİN GÜCÜ

gundem / ust / manset

3-06-2025, 21:52

EL MƏHƏBBƏTİNİN GÜCÜ
Eşitmişəm ki, keçmiş dövrlərdə qəzetə işə gələn gəncin qulağına oxuyardılar ki, bu peşə “Katorqa müsibətlidir” və qəzetin “birgünlük” ömrü var. Bu mənada keçmiş dövrün jurnalistlərini, qələm sahiblərini, mogikan yazarlarımızı və onların əziyyətlərini alqışlayıram. Murad Nəbibəyov mətbuata 1995-ci illərdən gəlib. Keçmiş dövrün yetirməsi olmasa da, hər halda 30 il də az müddət deyil. O dövr mətbuatında müxtəlif janrlarda qələm işlətmiş M.Nəbibəyov bal arısı işi görüb: min bir zəhmətlə topladığı şirəni elinin yaxşı insanlarının kamilləşməsinə, gümrahlaşmasına sərf edib, özü isə belə bir şərəfli işə qulluq etdiyindən zövq alıb və alır...
Mən o qəzetçi əzabını heç vaxt yaddan çıxmayan ilk məhəbbət həzzinə bənzədərdim. Məhz bu peşəyə qulluq edərkən o, Azərbaycanı diyar-diyar gəzib, həyatın dibində yaşayanlarla da, cürbəcür rütbə sahibləri ilə də canlı təmasda olub. Bəlkə heç özü də hiss eləmədən “birgünlük” ömrü olan işlə xalqının etnik tarixini yazıb. İndi isə bütün bunlar onun həyatının məğzinə çevrilib.
Yaradıcı insan həyatda çox insanla rastlaşıb tanış olur. Bu tanışlıq bəzən uzun illəri əhatə etsə də, müəyyən müddət keçdikdən sonra onlardan bir çoxunu unudur. Elə insanlarla da rastlaşır ki, onları bircə dəfə görür, hətta kəlmə kəsməsə belə, yaddaşına əbədi həkk edir, ömür boyu unuda bilmir. Murad müəllim də məhz belə xüsusiyyətlərə malik bir yazardır.
Gəlin onu yaxından tanıyaq.
Murad Rüstəm oğlu Nəbibəyov 1955-ci ildə Şəkidə anadan olub. 1982-ci ildə Səki şəhərindəki 10 saylı orta məktəbi bitirib. “Bakı məişət kondisionerləri” Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda mühəndis-texnoloq vəzifəsinə işə qəbul edildikdən sonra 1992-ci ilədək burada mühəndis-texnoloq usta kimi fəaliyyət göstərib. Əmək təcrübəsini artıran, işdə yüksək işgüzarlığı ilə seçilən M.Nəbibəyov bas usta, sahə və sex rəisi, həmçinin 1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri vəzifələrini şərəflə icra edib. 1992-1997-ci illərdə həmin kooperativin sədri olub.
Vaxtilə yazısı-pozusu da, bu sahəyə marağı da olub. Bəlkə də Murad müəllimin arzusu olub ki, jurnalist kimi fəaliyyət göstərsin. Amma buna nail ola bilməyib. 1995-ci ildən mətbuat sahəsində imzası görünən Murad müəllim 1997-ci ildə təcrübəli qələm sahibləri ilə çiyin-çiyinə çalışmalı olub. Belə ki, həmin dövrdən 2005-ci ilədək «Kriminal» qəzetində baş redaktorun müavini, “Zaman-Azərbaycan” və «Ədalət qəzetlərində sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.
Murad Nəbibəyov bununla kifayətlənməyib. Yaradıcılığını genişləndirib, müxtəlif mətbuat orqanları ilə əlaqələrini, əməkdaşlığını davam etdirib. Belə ki, “Axşam”, “Qol”, “Mərkəz”, “Son söz” qəzetləri öz səhifələrində Murad müəllimə səxavətlə yer veriblər.
2005-ci ilin mart ayından Səki Bələdiyyəsində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki bələdiyyəsi” qəzetinin baş redaktoru vəzifələrində çalışır. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm mükafatı laureatıdır.
Hazırda da publisistik yazıları ilə dövrü mətbuatda müntəzəm çıxış edir.
Taleyin hökmü ilə ədəbi-bədii yaradıcılığın çətindən-çətin cığırlarına çıxan M.Nəbibəyov məskunlaşdığı qədim məkanın – Şəkinin, eyni zamanda ona bitişik bölgələrin də adət-ənənələrinin bir qismini, üzləşdiyi insanların mərdini, namərdini təxəyyül, təfəkkür dünyasının süzgəcindən keçirib. Söz səltənətinin bitib-tükənməyən sətirləri aynasında real gerçəkliyə söykənən tablolar yarada bilib.
Murad müəllimin xoşbəxtliyi ondadır ki, onun ahıl vaxtı – 70 yaşı olsa da, xalqının min illər arzusu ilə yaşadığı tam azadlığa qovuşduğu günlərdə yaşamaq ona müyəssər olub. Murad Nəbibəyov bizimlə razılaşar ki, Azərbaycanın istiqlal qazanması, sivil həyat yoluna çıxa bilmək imkanları ona aqibətli xoş ovqat, tükənməz ilham bəxş edib və təcrübəli qələm sahibi kimi “birgünlük”ləri xalqın şəcərə tarixinə salmaq qətiyyəti yaradıb. İstiqlal mühiti, zaman-məkan uyarılığı yaranması ona qol-qanad verib və qəlbindən aşıb-daşan el məhəbbəti böyük əsərlərə çöküb. Bizim heç birimiz ən çox xoşladığımız qızılgülün butasının pardaqlanma anını müşahidə edə bilməməyimizdən təəssüf hissi keçiririk. Ancaq bax, yetmiş yaşının fərəhli anlarını yaşadığı ərəfədə yazar dostumuzun böyük ədəbiyyata necə addım atdığının şahidiyik. Nə xoşdur!
Onun yaradıcılığında müəyyən zamanlarda fasilələr yarananda məndə əminlik yaranmışdı ki, vulkan mütləq püskürəcək. Budur, artıq Murad müəllim yaradıcılığının ən məhsuldar dövründədir. Bax, bizi və dostları üçün bu – qızılgül butasının pardaqlanmasını müşahidə etmək qədər xoşdur. Bax, həqiqi məhəbbət belə füsunkar gücə malikdir.

Bütün varlığı ilə xalqını sevən yazar Murad Nəbibəyov “yaşın nə fərqi var” həqiqətini böyük bir epopeya yaratmaqla sübut etdi. Və etiraf edirik ki, Murad müəllimin bu yaradıcılıq iradəsi, əzmi onu sevən dostlarına da təsirsiz qalmayıb, ən iri ömürnaməsini – həyat hekayətini bu yaşdan sonra yazıb çap etdirəcəyinə ümidliyik. Və inanırıq ki, bu ömürnamə onu oxuyan oxucularımızın ürəklərində milli məhəbbət ruhunu inkişaf etdirəcək.
Bu silsilə əsərlər yazı əhli olub-olmamasından asılı olmayaraq hər bir azərbaycanlıya belə bir vacib fikri aşılayacaq ki, həyatımızı rəngarəng, məzmunlu – bəzəkli edən bütün varlıqları – insanı da, başqa canlıları da dərin məhəbbətlə sevmək, onları qorumaq gərəkdir. Bu cəhətdən haqqında danışdığımız Murad müəllimin yaradıcılıq nümunələri də ensiklopedik bilik xəzinəsidir...
Murad Nəbibəyovun başqalarına, xüsusən bugünkü gənc nəslə örnək ola biləcək elə zəngin həyat yolu var ki, mətbuatımızın müasir dövrünü onsuz təsəvvür etmək mümkün deyil. O, gözəl insan, əsl xalq adamıdır, bütün ömrü və fəaliyyəti ilə Azərbaycan xalqına və dövlətinə başucalığı gətirib. Aradan illər keçsə də, Murad müəllimin jurnalistika sahəsində fəaliyyəti, xidmətləri bir nümunə olaraq xatırlanacaq...
Və sonda dəyərli dostumuz, istedadlı yazarımız Murad Nəbibəyovu ömrünün 70-ci baharının gəlişi münasibətilə təbrik edir, ona cansağlığı və yorulmaz səmərəli fəaliyyət arzulayırıq.

Yusif Məhəmmədoğlu,
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru,
Prezident təqaüdçüsü, yazıçı- jurnalist

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / manset

3-05-2024, 20:45

"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü

dunya / manset

21-02-2023, 08:50

Polşanın keçmiş prezidenti: “Pensiyam heç yeməyə də çatmır”

gundem / sou / manset

7-03-2025, 10:16

Cennifer Lopez Ben Afflekin ona xəyanət etdiyini düşünür

dunya / manset

13-06-2023, 08:46

Keçmiş federal prokuror: “Tramp öz həbsi ilə bağlı qərarı ləğv edə bilər”

gundem / ust / manset

20-07-2024, 14:07

22 iyul mətbuat günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:43
    Tramp "Hörümçək toru" əməliyyatına heyranlığını bildirdi - KİV
  • Bu gün, 15:35
    Regionların sosial-iqtisadi inkişafında İsmayıllı modeli - Müasirləşən qədim yurd
  • Bu gün, 15:28
    Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? - İlahiyyatçı cavab verir
  • Bu gün, 15:24
    Prezident Samir Nuriyevə yeni vəzifə verdi
  • Bu gün, 15:20
    Putin Papanın çağırışına hansı cavabı verəcək? - Ekspert
  • Bu gün, 13:44
    Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
  • Bu gün, 13:41
    İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
  • Bu gün, 12:24
    Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
  • Bu gün, 11:51
    Saatlıq əmək haqqının tətbiqi vətəndaşa nə vəd edir?
  • Bu gün, 11:49
    Nazir yeni baş həkim təyin etdi
  • Bu gün, 11:47
    Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna bilər
  • Bu gün, 11:38
    Azərbaycanda qanunsuz dini təbliğat aparan əcnəbilər ölkədən çıxarıldı
  • Bu gün, 11:35
    Kəmaləddin Heydərov əmr imzaladı
  • Dünən, 17:27
    Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi
  • Dünən, 11:35
    Dr.. Röyal Mehdiyevin Prezidente müraciəti
  • Dünən, 11:31
    İcra başçısına yeni müavin təyin olundu
  • Dünən, 11:28
    Dövlət komissiyaları arasında növbəti görüş keçirildi
  • Dünən, 11:26
    Bu il İrəvandan Bakıya və əks istiqamətə neçə reys həyata keçirilib?
  • Dünən, 11:25
    Bakıda 2 qardaş bıçaqlandı
  • Dünən, 11:22
    Azərbaycanın U-21 millisi Belarus yığmasına qarşı
  • Dünən, 10:53
    “Azeri Light” bu gün də bahalaşdı
  • Dünən, 10:49
    Çaylarda vəziyyət necədir?
  • Dünən, 10:47
    Mətin Eynullayevin ailəsində ağır itki
  • Dünən, 10:44
    “Kristal”ın yeni veb-saytı istifadəyə verildi - kristal.az artıq aktivdir!
  • Dünən, 10:42
    Futbolda yeni qayda
  • Dünən, 10:40
    O da “Real”a keçdi
  • 3-06-2025, 21:52
    EL MƏHƏBBƏTİNİN GÜCÜ
  • 3-06-2025, 13:49
    Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi
  • 3-06-2025, 11:42
    Azərbaycanın bu ölkədə səfirliyi açılacaq
  • 3-06-2025, 11:40
    Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər - FAKTLAR
  • 3-06-2025, 11:38
    Onlar universitetə imtahansız qəbul olacaq - DİM-dən çağırış
  • 3-06-2025, 11:35
    İstanbul danışıqları iflasa uğradı, Rusiya “ənənəvi” tələblərini təkrarladı – FT
  • 3-06-2025, 11:33
    Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?
  • 3-06-2025, 11:29
    Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər
  • 3-06-2025, 11:23
    Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə