• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hər açılan sabahda SƏN YAŞAYACAQSAN!

gundem / sosial / manset

23-06-2025, 20:48

Hər açılan sabahda SƏN YAŞAYACAQSAN!
O, sadəcə atasının oğlu deyildi... O, bir məktəb oldu. Bu məktəbin yaşı çox deyildi. Doğuluşundan müdrik bir qəlb, bir ruh idi o... Doğuluşundan vicdan damarı özü ilə gələn bir fərd idi o. O, bir məktəb oldu, mərdliyin, igidliyin, qəhrəmanlığın, vicdanın, cəsarətin, sədaqətin, ləyaqətin məktəbi. Şəhid Vidadi Zalovun bu dünyadakı qısa ömrü-bir şəxsiyyətin uzun hekayəsinə çevrildi.
Zəruri giriş: Vidadi Zalov 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində vaxtilə orada sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladı olaraq anadan olmuşdur. 1992–2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayon Saray qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2007-ci ildə həmin universitetin Maliyyə fakültəsindən məzun olmuşdur. Ailəli idi, Nizami adlı oğlu, Humay adlı qızı yadigar qaldı.
Vidadi Zalov ali təhsil aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən 1 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış, kursları bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıtmışdır. Dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Hərbi xidmət zamanı fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə Müdafiə naziri Zakir Həsənov tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Vidadi Zalov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Vətən müharibəsi bitdikdən sonra bir neçə medallarla təltif olunan Vidadi Zalov "Gizirlik kursu"na yazılmış, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdi. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.
11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Vidadi Zalovun nəşi evinə gətirilərək 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur. Dəfn mərasimində Vidadi Zalovun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vidadi Zalov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bundan sonra ailəsinə, nəsil-nəcabətinə, onu tanıyan hər bir insan üçün həyat və cəsarətin nümunəsi oldu. Qəhrəmanların həyatı nağıl kimidir. Müqəddəsliyin, şərəfin, ləyaqətin, cəsarətin iç-içə keçdiyi bir nağıl. Amma, gerçək bir nağıl. Ağ atlı oğlanların hər birinin öz müqəddəs əməlləri sayəsində yaratdıqları gerçək həyati əfsanə. Daha doğru desək əfsanələşmiş bir gerçəklik. Haqqın dərgahında tanrı dərgahında göz üstə yeri olan şəhadət!!! Onlar bu gün mələklərin gətirdiyi cənnət meyvələrindən yeyərək əbədiyaşarlıq taxtında oturanlardı. Vidadi Zalov sədaqət və sadiqliyin ruhu ilə yaşayan və əbədiləşən bir şəxsiyyət! Üsyan etmədən üsyankar ruhu içində yaşadan bir KİŞİ. Onun bu gün rahat və firavan bir həyat sürmək imkanı olacaqdır. Əgər bu üsyan ruh onu içindən yeməsəydi... Çünki, Vidadi kimi insanlar rahat yaşayıb, rahat dünyanı tərk etmək üçün doğulanlardan deyildi. Bunu özü, içindəki “məni” ona diktə edirdi. Sadəcə o qədər İlahicəsinə ruh ki,... Aman Allah, sən bilirsən nəyi necə edirsən! Kimindən insan düzəldirsən, kimisindən cüdam. Elə İlahicəsinə bir ruh ki, situasiyanı anladan mərhəmət və insanlıq duyğuları adamın içində kin, nifrət, qəzəb yaradan hər nəsnəni öldürür. Vidadi Zalovun qəhrəmanlıq tarixini bir daha vərəqləyəndə yenidən oxuyub başa çıxanda eyni duyğunu bir daha, bir daha yaşayırsan. Fəxarət duyğusudu bu. Nə yaxşı ki, sən varsan, nə yaxşı ki, sən doğulmusan, nə yaxşı ki, sən yaşamısan və yaşayırsan! Bir də illər ürəyimizdə yaşayan yüz illərin, min illərin, milyon illərin Azərbaycan kişisini görürsən. İgid babaların ulu ruhuna sadiq, məğlubiyyət dərdini dərd kimi daşımayan cəsarət və qüdrətinə söykənərək mübarizə ruhunu ortaya qoyan bir kişini gördük, qəhrəmanımız Vidadi Nizami oğlu Zalovun timsalında.
“Bax bu da mən...”
11 aprel 2023-cü il... Gorus çayının dağ yaşayış məntəqəsi... Göyün üzündəki o qara bulud, aramsız yağan yağış Vidadinin yorğunluqdan kallaşmış səsi: bax bu gələn qara bulud demək olar ki, sonumuzdu.
Sonun başlanğıcı...
Vidadi o günü, o qara buludu son olaraq qəbullanırdı. Əslində Vidadi və onunla bu döyüşü paylaşan igidlərin əbədiyaşarlıq fəlsəfəsinin başlanğıcı idi. Əbədiyyət şəhadətnaməsini alanların – Vidadi Zalov kimi şəhid qəhrəmanların alın yazısı idi bu.
Sakitcə öz-özümüzə pıçıldayırıq: Siz ölümü öz gözündə alçaldanlarsınız əziz qardaşlarımız, igid qardaşlarımız. Bəli, Vidadi Zalov kimi vətən oğulları ölümlə savaşanlardan olmadılar. Ölümü gözə alanlardan oldular. Kişi ölümdən qorxmaz! – deyənlərdən oldular. Başlarının daşını Qeyrət ağacı kimi ucaldanlardan oldular. Vidadi öz səsi ilə bildirirdi ki, ölüm burdadı, yanımzıdadı, böyrümüzdədi, bizimlədi. Onlar seçdikləri həyatı yaşayanlar idi. Tarix boyu dünyamızın saysız-hesabsız səhərləri açılacaq. Vidadi kimi qəhrəmanlar isə bu açılan hər səhərdə yaşayacaq. Çünki, Vidadi Zalov Tanrının və tarixin seçdiyi bir qəhrəmandı. Vidadini öyrəndikcə canın burnundan sallaşır, xəcalətdən ölürsən. Sən nə etmisən Vətən üçün? Sualları içini viranəyə çevirir. Vidadini tanıdıqca sinən qürurdan qabarır. Nə yaxşı ki, vətənimin Vidadi kimi bir qəhrəmanı var deyirsən. Hərəsi, hər biri Azərbaycan adında, Azərbaycan boyda bir anlam.

Ömrümün mənasısan, qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan! Azərbaycan!

Ömrünün mənasını Vətən, torpaqla görənlərin hekayəsini yazmaq nə qədər xoş, nə qədər qürurvericidi. Vidadi Zalov kimi qəhrəmanlara vətənləşmiş fərdlər demək yerinə düşür. Yer bəşərinin yarandığı gündən hər bir sahə üzrə, istisnasız olaraq xüsusi təmsilçilər olur. Hərə öz missiyasına görə məşhurlaşır, tarixə çevrilir. Belə şəxsiyyətləri vətəmləşmiş fərdlər adlandırırlar. Onlara görə tanınır Vətən. Bəli, şəhid qəhrəmanlarımız da bu sıradadı. Onlara görə Azərbaycan Vətən kimi etiraf edildi. Bu qəhrəmanlıqlar Azərbaycan kimi böyükdür. O, - Vidadi də böyük oldu. Bu dünya kimi, bu Vətən kimi... O, da digər qəhərmanlar kimi sübut etdi ki, vətən qəbristanlıq deyil, vətən cənnət-məkandır. Torpağın haqqını özünə qaytarmaq lazımdı. Bu minvalla da Vidadi Zalov əbədi yaşamaq yolunu seçdi. Vətəndə vətənsizlik ağrısını yaşadanlara sevinc yaşadanlar oldu onlar. Geri qayıdan bu sevincdən böyük nə ola bilərdi?! Sizlər oldunuz bu sevincin səbəbkarları. Əbədiyaşarlıq fəlsəfəsini kəşf edənlər. Onlardan biri, vətənimizin, Azərbaycanımızın qəhrəman oğlu VİDADİ NİZAMİ OĞLU ZALOV...

Hürü Hacızadə
Yazıçı-publisist, “Qızıl Qələm” mükafatçısı

Fərid Faiqoğlu
AJB-nin üzvü, “Qızıl Qələm” mükafatçısı


Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

18-04-2025, 15:42

DAŞ QARTAL ƏFSANƏSİ - Şəhid Vidadi Nizami oğlu Zalovun əbədi xatirəsinə...

sosial / manset

4-06-2023, 10:22

Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından iki il ötür

gundem / manset

15-04-2023, 11:58

Veteranlar şəhidin yas mərasimində iştirak edib

gundem / ust / manset

18-07-2024, 10:52

YAP-ın təhsildəki namizədləri... - Direktor da var, müəllim də

sosial / manset

13-09-2023, 12:43

Məktəb direktoru təhsil sektoruna müdir təyin edilib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 18:41
    Qobu kəndində Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Çingiz Parkı” açıldı
  • Bu gün, 18:14
    Yeni yaranan agentlik nələri dəyişəcək?
  • Bu gün, 18:08
    Arifə Qasımovadan Ramazan və Novruz bayramı münasibətilə səmimi təbrik
  • Bu gün, 17:57
    “İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”
  • Bu gün, 17:51
    Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək
  • Bu gün, 17:38
    Koxalski “Qarabağ”dan gedir?
  • Bu gün, 17:32
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Bu gün, 17:25
    Putin azərbaycanlı alimi təltif etdi
  • Bu gün, 17:18
    Çin ABŞ ilə sualtı müharibəyə hazırlaşır?
  • Bu gün, 17:11
    Mauro Vieyra Braziliya vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib
  • Bu gün, 16:50
    Məşhur KVN-çi Elnur Məmmədov ÖLDÜ
  • Bu gün, 16:45
    Laricanini əvəz edəcək şəxsin KİMLİYİ AÇIQLANDI
  • Bu gün, 16:28
    Regionlar dayanıqlı inkişafa və yeni iqtisadi mərhələyə qədəm qoyur
  • Dünən, 12:12
    Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı
  • Dünən, 11:57
    Prezident Şahbaz Şərifi təbrik etdi
  • Dünən, 11:53
    Raketin üzərinə fotosunu vurub təşəkkür etdilər
  • Dünən, 11:52
    Lənkəranda maşın kanala aşdı - 6 nəfər yaralandı - Yenilənib
  • Dünən, 11:49
    Nyu-Yorkdakı qəzada iki pilot həlak olub - Yenilənib
  • Dünən, 11:46
    İranda İsraillə əlaqəli olmaqda şübhəli bilinən bir qrup şəxs həbs edilib
  • Dünən, 11:43
    Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
  • Dünən, 11:41
    İsrail Livanda quru əməliyyatlarına başlayır - Plan təsdiqləndi
  • Dünən, 11:32
    “İran tamamilə məhv ediləcək, görəcəksiniz”
  • Dünən, 11:26
    Saatlıda 50 yaşlı kişi qətlə yetirildi
  • 22-03-2026, 11:22
    Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi
  • 22-03-2026, 11:20
    61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
  • 22-03-2026, 11:04
    Ağsuda iki evdə yanğın oldu
  • 22-03-2026, 10:59
    SEPAH-dan Trampın son təhdidinə - Cavab
  • 22-03-2026, 10:54
    “Düşmən dəniz sektorunu faktiki olaraq tərk edib”
  • 22-03-2026, 10:51
    Tramp İranı bu dəfə belə hədələdi
  • 22-03-2026, 10:49
    Sumqayıtdakı hadisədən sonra əhaliyə növbəti - Xəbərdarlıq
  • 22-03-2026, 10:46
    İsrailə genişmiqyaslı raket hücumu elan etdi
  • 22-03-2026, 10:43
    Nəriman ABŞ-də ilk oyununa çıxdı - Komandası uduzdu
  • 22-03-2026, 10:41
    “Yaxın Şərqdəki müharibə 2-3 həftə çəkə bilər”
  • 20-03-2026, 12:24
    “Tramp ya müharibəni davam etdirməli, ya da...”
  • 20-03-2026, 11:44
    Ağdam Cümə Məscidində bayram namazı qılındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə