Göyçayda Bayraq Muzeyi inşa olunur[b][/b]
Göyçay rayonunda Bayraq Muzeyi inşa edilir. Rayon icra hakimiyyətinin sifarişi ilə bayraq meydanında inşa edilən muzeyin tikinti sahəsi 360 kvadratmetrdir.
inşaat işlərinə iki ay öncə başlanılıb. Artıq binada dəmir-beton və hörgü işləri görülüb.
Bayraq Muzeyinin ətrafında abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Muzey binasında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənəcək. Həmçinin muzeydə müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.