• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sülh, inkişaf və təhlükəsizlik missiyası

gundem / siyaset / manset

7-11-2025, 10:55

Sülh, inkişaf və təhlükəsizlik missiyası
Məşhur Məmmədov
Milli Məclisin deputatı

8 Noyabr Azərbaycan üçün təkcə hərbi qələbə günü deyil, həm də dövlətçilik iradəsinin, milli həmrəyliyin və uzaqgörən strategiyanın bəhrəsi olan tarixi dönüş nöqtəsidir. Bu tarix həm xalqımızın ən ağrılı illərinin xatirəsini, həm də dövlətimizin ən parlaq zəfərini özündə birləşdirir. 1988-ci ildən başlayan hadisələr Ermənistanın “dənizdən dənizə Ermənistan” ideologiyasının həyata keçirilməsi cəhdləri ilə müşayiət olundu. Bu siyasət minlərlə insanın həyatına son qoydu, yüz minlərlə azərbaycanlının yurd-yuvasından didərgin düşməsinə səbəb oldu. İşğal nəticəsində şəhərlər və kəndlər dağıdıldı, mədəni irsimiz məhv edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edildi.

Beynəlxalq hüququn tələbləri və BMT qətnamələri yerinə yetirilmədi, ATƏT-in Minsk qrupu isə uzun illər səmərəsiz fəaliyyət göstərdi. Nəticədə münaqişə formal olaraq “dondurulmuş” vəziyyətə gətirildi. Lakin Azərbaycan heç vaxt bu reallıqla barışmadı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət bu vəziyyəti dəyişdirdi. Ordu quruculuğu dövlətin prioritet istiqamətinə çevrildi, hərbi islahatlar ardıcıl şəkildə həyata keçirildi, müdafiə xərcləri artırıldı, ordunun müasir texnika ilə təchizatı təmin edildi. Azərbaycanın hərbi-sənaye kompleksi formalaşdırıldı, yerli istehsalın artması nəticəsində strateji müstəqillik və döyüş şəraitində çeviklik əldə olundu.

Paralel olaraq çoxşaxəli xarici siyasət yürüdüldü. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyaraq transmilli enerji və nəqliyyat layihələri ilə regional inteqrasiyanı gücləndirdi. Bu siyasət ölkənin siyasi və iqtisadi cəhətdən təcrid vəziyyətindən çıxmasına və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Bütün bu amillər birlikdə 2020-ci ildə Zəfərə gedən yolun əsasını qoydu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarından birinə nəzər salaq: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.

27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Bu, müasir hərbi düşüncə, milli iradə və strateji planlamanın sintezindən yaranan bir müharibə idi. Cəbhə boyu sinxron irəliləyiş, yüksək döyüş ruhu, PUA-lar və elektron kəşfiyyat sistemlərinin tətbiqi, xalq və ordu birliyinin gücü 44 gün ərzində misilsiz nəticə verdi. Hər gün yeni qələbə xəbərləri gəlirdi, hər zəfər növbətisinə yol açırdı. 9-10 noyabrda imzalanan üçtərəfli bəyanatla müharibə başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Regionda tamamilə yeni geosiyasi reallıq formalaşdı.

Qələbə yalnız hərbi uğurun nəticəsi deyildi. Dövlət başçısının rəhbərliyi ilə siyasi, sosial və hüquqi müstəvilərdə həyata keçirilən tədbirlər bu qələbəni möhkəmləndirdi. Üçtərəfli bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla təhvil verilməsi Azərbaycanın diplomatik üstünlüyünün göstəricisi oldu.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror əməliyyatının dayandırılması barədə razılıq əldə olunmuşdur. Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli Qərar qəbul edildi.

2021-ci ildə imzalanan amnistiya qərarı ilə on yeddi mindən çox şəxsə münasibətdə humanist addım atıldı. Eyni zamanda şəhid ailələri, müharibə iştirakçıları və qazilərin sosial müdafiəsi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirildi. Mənzillərin və avtomobillərin verilməsi, aylıq ödənişlərin artırılması, reabilitasiya xidmətlərinin genişləndirilməsi dövlətin vətəndaşla birliyini bir daha təsdiqlədi.

İşğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası yeni inkişaf səhifəsi açdı. Az müddət ərzində yol, dəmir yolu, hava limanı, enerji və kommunal infrastrukturların bərpası həyata keçirildi. Minalardan təmizlənmə prosesi prioritet istiqamət kimi aparılır. “Böyük Qayıdış” Dövlət Proqramının icrası nəticəsində on minlərlə insan doğma torpaqlarına dönüb. Yeni yaşayış məntəqələri salınır, sosial xidmət mərkəzləri, məktəblər, tibb müəssisələri inşa olunur. Məşğulluğun artırılması, kiçik və orta sahibkarlığa dəstək, peşə təlimləri və sosial proqramlar bölgələrin dayanıqlı inkişafına xidmət edir.

Müharibədən sonrakı dövrdə dövlət sosial rifah siyasətini daha da gücləndirdi. YAŞAT Fondu şəhid ailələrinə və müharibə əlillərinə əlavə dəstək mexanizmi kimi mühüm rol oynayır. Sosial ödənişlərin və təqaüdlərin artırılması, mənzil təminatının genişləndirilməsi, qazilərin tibbi və psixoloji reabilitasiyası bu siyasətin əsas istiqamətlərindəndir. Dövlətin diqqəti təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də cəmiyyətin mənəvi sağlamlığına, sosial ədalətə yönəlir.

Zəfərin nəticələri həm geosiyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Regionda nəqliyyat və enerji xəritəsi yenidən formalaşır, Zəngəzur dəhlizi kimi prioritet layihələr Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Diplomatik əlaqələrin genişlənməsi, beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi ölkənin siyasi nüfuzunu artırır. Bərpa prosesinə yönələn investisiyalar uzunmüddətli iqtisadi artımı təmin edir, yeni iş yerləri yaradır. Eyni zamanda sosial barışıq və milli konsensusun qorunması postmüharibə sabitliyinin əsas dayağıdır.

Təbii ki, qarşıda müəyyən risklər də mövcuddur. Minalardan təmizlənmənin uzanması, infrastruktur layihələrinin gecikməsi və regional siyasi dəyişikliklər bərpa prosesini ləngidə bilər. Buna görə şəffaflıq, ictimai nəzarət, beynəlxalq əməkdaşlıq və yerli ehtiyaclara uyğun proqramların həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Diplomatik kanalların aktiv saxlanılması, sülh müqaviləsi istiqamətində irəliləyişlərin təmin olunması Azərbaycanın uzunmüddətli təhlükəsizliyinə xidmət edəcək.

Qalib dövlətin qalib vətəndaşları kimi Zəfər Gününün 5 illiyini qeyd edirik. 8 Noyabr – Zəfər Günü Azərbaycanın tarixində milli qürur, dövlətçilik qüdrəti və xalq birliyinin təntənəsi kimi qalacaq. Bu qələbə təkcə azad edilmiş torpaqlarda deyil, həm də xalqın yaddaşında, iqtisadi dirçəlişdə, sosial ədalətin bərpasında və milli ruhun yenidən doğuluşunda əks olunur. Qələbənin qorunması, əldə edilən nailiyyətlərin davamlılığı və gələcək nəsillərə ötürülməsi Azərbaycanın sülh, inkişaf və təhlükəsizlik missiyasının əsas hədəfidir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.

www.AzadMedia.az

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

19-09-2025, 17:32

Lokal antiterror tədbirləri dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu

gundem / siyaset / manset

26-09-2025, 16:16

Milli birlik və həmrəyliyin təcəssümü

gundem / siyaset / manset

21-09-2025, 13:30

Dövlətçilik tariximizdə yeni mərhələ başlayıb

gundem / manset

15-06-2025, 12:11

15 İyun Milli Qurtuluş Günü: Dövlətçilik fəlsəfəsinin təcəssümü – Heydər Əliyev

gundem / siyaset / manset

29-09-2025, 18:25

Dayanıqlı inkişaf modeli: Yeni regional və qlobal perspektivlər

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə