• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şuşa Zəfəri dövlətin qətiyyətini və milli birliyin sarsılmaz gücünü nümayiş etdirir

gundem / siyaset / manset

8-11-2025, 14:33

Şuşa Zəfəri dövlətin qətiyyətini və milli birliyin sarsılmaz gücünü nümayiş etdirir
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Azərbaycanın müasir tarixi 8 Noyabr – Zəfər Günü ilə əbədi bir dönüş yaşadı. Məhz həmin gün xalqımızın uzun illər həsrətini çəkdiyi Şuşa azad olundu, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi, milli ruhun simvolu yenidən Vətənə qovuşdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər, təkcə hərbi deyil, həm də mənəvi, tarixi, mədəni bir qələbə idi.

“Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq” – deyən Prezident İlham Əliyev bu qayıdışla birlikdə Azərbaycan xalqının yaddaşına, mədəniyyətinə, qüruruna yeni nəfəs verdi.

Azərbaycan Ordusunun hərb salnaməsinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı, müasir döyüş tarixində bənzəri az olan qəhrəmanlıq səhifəsidir. Düşmən illərlə bu şəhəri “alınmaz qala” adlandırırdı, amma 2020-ci ilin noyabrında Azərbaycan əsgəri bu mifə son qoydu.

Silah-sursatın çoxluğu ilə deyil, iman, iradə və torpaq sevgisi ilə irəliləyən hərbçilərimiz dumanlı, qayalı dağ yollarından keçərək, əlbəyaxa döyüşlərlə, bəzən qılınc və süngü ilə Şuşaya daxil oldular. Bu əməliyyat hərbi taktika baxımından unikal idi — ağır texnikasız, yüksək dağ relyefi şəraitində, qısa zamanda şəhərin azad edilməsi hərb tarixində nadir hadisə sayılır.

Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz üçün Şuşa təkcə strateji nöqtə deyildi, bu, qürurun və kimliyin bərpası idi. Hər bir döyüşçü bilirdi ki, Şuşanın alınması ilə müharibə faktiki olaraq bitəcək, düşmənin müqaviməti sarsılacaq.

Məhz buna görə də, 8 noyabrda Ali Baş Komandan İlham Əliyev “Şuşa azaddır! Qarabağ Azərbaycandır!” sözlərini səsləndirəndə, bu təkcə qələbə xəbəri deyildi, bu, Azərbaycan Ordusunun və xalqının birlik rəmzi idi.

Şuşa əməliyyatı göstərdi ki, Azərbaycan əsgərinin gücü texnikada deyil, ruhundadır. Onların mərdliyi, soyuq dağlarda, sıx meşələrdə, qayalı uçurumlarda göstərdikləri şücaət əsrlər boyu xalqımızın yaddaşında yaşayacaq.

Azərbaycan Ordusu Şuşa Zəfəri ilə yeni dövrün hərbi strategiyasını formalaşdırdı — müasir texnologiyanın milli ruhla birləşdiyi, ədalətli mübarizənin nümunəsinə çevrildi.

Tarixə nəzər salsaq görərik ki, Şuşa şəhəri əsrlər boyu Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatında mühüm rol oynayıb. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın tarixi hissəsi tarix-memarlıq qoruğu elan edilmişdi. Bu qərar Şuşanın mənəvi dəyərinin qorunması istiqamətində mühüm addım idi.

Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Elə həmin il 31 mayda qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun da şəhərin bərpası, inkişafı və təbliği üçün hüquqi baza yaratdı.

Bu gün Şuşa təkcə milli deyil, həm də beynəlxalq səviyyədə tanınan mədəniyyət mərkəzinə çevrilib. 2022-ci il – “Şuşa İli”, 2023-cü il – “Türk dünyasının mədəniyyət paytaxtı” (TÜRKSOY), 2024-cü il – “İslam dünyasının mədəniyyət paytaxtı” (ICESCO) elan edildi. 2026-cı ildə “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” da Şuşa olacaq. Bu ardıcıl uğurlar Şuşanın həm türk, həm islam, həm də beynəlxalq miqyasda mədəniyyət diplomatiyasının mərkəzinə çevrildiyini göstərir.

Azadlığa qovuşmuş şəhərin dirçəldilməsi məqsədilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. 101 kilometr uzunluğundakı Zəfər Yolu qəhrəman əsgərlərimizin keçdiyi cığır boyunca salınan strateji magistral bu dirçəlişin simvoluna çevrilib.

Prezident İlham Əliyevin 2024-cü il 21 oktyabr tarixində təsdiqlədiyi “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” isə şəhərin gələcək inkişaf konsepsiyasını müəyyən edir. Bu planla Şuşa həm tarixini qoruyan, həm də müasir şəhər planlaşdırmasının nümunəsinə çevrilən nadir mədəni irs məkanına çevriləcək.

Bərpa işləri nəticəsində Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yenidən öz yerlərinə qaytarılıb, tarixi məscidlər, karvansaralar, mehmanxanalar, konqres mərkəzi, yaşayış kompleksləri və turizm obyektləri istifadəyə verilib.

Şuşa azad olunduğu gündən bəri Prezident İlham Əliyevin hər səfəri həm dövlətçilik, həm diplomatik, həm də milli kimlik baxımından mühüm hadisə olub.

5 il ərzində - 2021-ci ildə Şuşada ilk Xarıbülbül festivalı və Vaqif Poeziya Günləri keçirildi, 2022-ci ildə Şuşa Bəyannaməsi ilə Azərbaycan–Türkiyə qardaşlığı tarixə mühürləndi. 2023–2024-cü illərdə şəhərdə Şuşa Qlobal Media Forumu, Mədəniyyət həftələri, “İslam dünyasının mədəniyyət paytaxtı” tədbirləri təşkil olundu. Bu tədbirlər göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının mədəniyyət mərkəzidir.

17 iyul 2025-ci il tarixində Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşaya birgə səfər etdilər. Onlar Daşaltı kəndindən və Yeni Şuşa məscidinin tikintisindən tutmuş Cıdır düzünə qədər bir çox simvolik məkanları ziyarət ediblər. Bu səfər türk dövlətləri arasında mədəni və mənəvi həmrəyliyin parlaq nümunəsi idi.

Ardınca, 15–16 sentyabr 2025-ci ildə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Şuşada rəsmi qarşılayıb. Bu səfər Şuşanın artıq beynəlxalq diplomatiyanın məkanına çevrildiyini göstərdi. Prezidentlərin Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi və Yeni Şuşa məscidində tikinti işləri ilə tanış olmaları Azərbaycan–Ərəb dünyası münasibətlərində yeni səhifə açdı.

Bu gün Şuşa Azərbaycanın təkcə mədəniyyət beşiyi deyil, həm də dövlət suverenliyinin, milli iradəsinin, Ali Baş Komandanın siyasi uzaqgörənliyinin rəmzidir. Prezident İlham Əliyevin sözləri bu həqiqəti ən gözəl ifadə edir: “Şuşasız bizim Qarabağımız, Qarabağsız isə Azərbaycanın bütövlüyü yoxdur.”

Şuşa artıq azad, dirçələn, dünyaya açılan Qələbə şəhəridir. Hər yeni tikili, hər bərpa olunan abidə, hər səfir səfəri bu şəhərin timsalında müasir, qalib Azərbaycanın obrazını möhkəmləndirir.


www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

6-11-2024, 15:13

Yazılsın tarixə bir qızıl xətlə, 2020-ci ilin 8 Noyabrı!

gundem / ust / manset

8-11-2024, 11:41

Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tarixi zəfəri xalqımıza yaşatdı-Könül Nəbizadə

gundem / sosial / manset

4-11-2023, 08:00

Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir

gundem / manset

8-11-2025, 11:13

Şuşa şəhər gününü qeyd edir

sosial / maraqli

8-11-2025, 10:32

Azərbaycan Zəfər Gününü qeyd edir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 16:41
    Yetmiş İlin İşığında Bir Ömür
  • Bu gün, 16:17
    Həsrət sevincə döndü.
  • Bu gün, 15:34
    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
  • Bu gün, 15:10
    Pərviz Şahbazova ağır itki
  • Bu gün, 15:06
    3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı
  • Bu gün, 14:17
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • Bu gün, 14:13
    “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”
  • Bu gün, 14:03
    Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
  • Bu gün, 13:37
    Leyla və Alena Əliyevalar festivalda
  • Bu gün, 13:24
    6 milyard dollar İrana qaytarılır
  • Bu gün, 13:17
    “Bu dünya bir igid gördü” sənədli povestindən döyüşçü xatirələri...
  • Bu gün, 12:54
    İyunun son günü hava necə olacaq?
  • Bu gün, 12:50
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bu gün, 12:14
    Tapdıq Əlibəyli - 65
  • Bu gün, 12:09
    HACI QULİYEV – CƏMİYYƏTƏ XİDMƏTİ -HƏYAT MƏRAMINA ÇEVİRƏN İNSANIN DOĞUM GÜNÜDÜR
  • Bu gün, 11:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bu gün, 11:18
    Ukrayna konstitusiyasına dəyişiklik ediləcək
  • Dünən, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Dünən, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Dünən, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Dünən, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Dünən, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Dünən, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Dünən, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • 27-06-2026, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • 27-06-2026, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • 27-06-2026, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • 27-06-2026, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • 27-06-2026, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • 27-06-2026, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • 27-06-2026, 11:52
    Tapdıq Əlibəyli - 65
  • 27-06-2026, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • 27-06-2026, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə