• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır

gundem / siyaset / manset

21-11-2025, 10:30

Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır
Obrazlı şəkildə desək, bu partiya zamanın tələbi kimi yaranmışdır. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranmış və hər seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini ifadəsidir..
Üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirən partiya müxtəlif dövrlərdə keçirilən seçkilərin mütləq qalibi oldu. Çünki Azərbaycan xalqı onları işıqlı gələcəyə aparacaq siyasi qüvvənin Yeni Azərbaycan Partiyası olduğunu çox yaxşı bilirdi. Xalqın sevgisinin digər səbəbi isə lider faktorudur. Yeni Azərbaycan Partiyasına XX əsrin ən böyük siyasətçilərindən birinin – Ulu Öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərlik etməsi xalqın partiyaya rəğbətinin ən böyük səbəblərindən biri idi.
Yeni Azərbaycan Partiyasının fəaliyyətini, onun ölkəmizin siyasi həyatındakı mühüm rolunu, üzərinə götürdüyü tarixi missiyanı Ümummilli Lider Heydər Əliyev belə ifadə edirdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Bəli, Yeni Azərbaycan Partiyası dünənimizin xilaskarı, bu günümüzün təminatı, gələcəyimizin isə qarantıdır.
Bu gün isə Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi arenada böyük gücə çevrilib.
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində,ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri,müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ulu öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil olmuşdur. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib. Xalq bilirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması o dövrdə cərəyan edən hadisələrin yekunu olacaq.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır.
Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. YAP Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi.
Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu öndərimiz Heydər Əliyev demişdir: «Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır». YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.
Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və qürur duyur. 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasət davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycan Dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyir və yeni hədəflərə doğru inamla irəliləyir.

Manaf Manafov
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi

Oxunub: 7
Paylaş:
Digər xəbərlər

gundem / bolge / manset

20-11-2025, 20:08

Şirvanda YAP-ın təsis olunmasının 33-cü ildönümü qeyd edilib

gundem / ust / manset

3-09-2024, 14:31

Qanun qüvvəyə mindi: Bu partiyalar maliyyə yardımı alacaq (SİYAHI)

gundem / siyaset / manset

21-11-2023, 14:00

Ümummilli maraqlara sədaqət

siyaset / manset

15-05-2023, 08:40

Türkiyədə bülletenlərin 98 faizi sayılıb, Ərdoğan liderdir - YENİLƏNİR

gundem / siyaset / ust / manset

14-11-2024, 18:35

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 16:41
    Yetmiş İlin İşığında Bir Ömür
  • Bu gün, 16:17
    Həsrət sevincə döndü.
  • Bu gün, 15:34
    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
  • Bu gün, 15:10
    Pərviz Şahbazova ağır itki
  • Bu gün, 15:06
    3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı
  • Bu gün, 14:17
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • Bu gün, 14:13
    “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”
  • Bu gün, 14:03
    Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
  • Bu gün, 13:37
    Leyla və Alena Əliyevalar festivalda
  • Bu gün, 13:24
    6 milyard dollar İrana qaytarılır
  • Bu gün, 13:17
    “Bu dünya bir igid gördü” sənədli povestindən döyüşçü xatirələri...
  • Bu gün, 12:54
    İyunun son günü hava necə olacaq?
  • Bu gün, 12:50
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bu gün, 12:14
    Tapdıq Əlibəyli - 65
  • Bu gün, 12:09
    HACI QULİYEV – CƏMİYYƏTƏ XİDMƏTİ -HƏYAT MƏRAMINA ÇEVİRƏN İNSANIN DOĞUM GÜNÜDÜR
  • Bu gün, 11:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bu gün, 11:18
    Ukrayna konstitusiyasına dəyişiklik ediləcək
  • Dünən, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Dünən, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Dünən, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Dünən, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Dünən, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Dünən, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Dünən, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • 27-06-2026, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • 27-06-2026, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • 27-06-2026, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • 27-06-2026, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • 27-06-2026, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • 27-06-2026, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • 27-06-2026, 11:52
    Tapdıq Əlibəyli - 65
  • 27-06-2026, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • 27-06-2026, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə