• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

BİR QƏHRƏMANLIQ FƏLSƏFƏSİ...

gundem / sosial / manset

30-12-2025, 16:15

BİR QƏHRƏMANLIQ FƏLSƏFƏSİ...
VƏTƏN VƏ TORPAQ ADINA AND İÇƏNLƏRDƏN BİRİ…
TANRI SƏNİ MÜCADİLƏ ÜÇÜN YARATDI, VƏTƏNİM AZƏRBAYCANIN İGİD OĞLU ŞƏRAFƏDDİN XANKİŞİYEV!

Zəruri giriş: Xankişiyev Şərafəddin Sərdar oğlu 1982-ci ildə Astara rayonunun Hamoşam kəndində dünyaya göz açmışdır.
1988-ci ildə Astara rayonunun Şəhid Rəhman Babayev adına Hamoşam kənd məktəbinin birinci sinfinə getmiş, 1999-cu ildə həmin məktəbi bitirmişdir. 2000-ci ildə həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yerinə yetirərək, 2002-ci ildə xidmətini baş çavuş rütbəsiylə başa vurmuşdur.
Nəhayət, 2003-cü ildə Heydər Əliyev adına Hərbi Məktəbin nəzdində olan Gizirlər kursuna imtahan verib, kursa daxil olmuş, 6 aylıq kursu bitirdikdən sonra 2023-cü ilə kimi Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölmələrində xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrində ümumi xidməti 22 il 9 ay olmuşdur.
2012-ci ildən 2016-cı ilə kimi dəfələrlə düşmən arxasında kəşfiyyat apararaq uğurlu döyüşlərdə iştirak etmişdir.
2016-cı il Aprel döyüşlərinun iştirakçısıdır.
2020-ci il 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzulinin azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdi.
Müharibə bitsə də, ermənilər məkrli niyyətlərindən əl çəkmirdilər. 2021-ci ildə Kəlbəcərin ərazi bütövlüyünün qorunmasında, sərhədlərin bərpasında iştirak etmişdir.
13.09.2022-ci ildə "Sarsıdıcı zərbə” döyüş tapşırığı.
Kəlbəcər ərazisində təxribat törətməyə çalışan düşmən təxribatının qarşısını alınmasında yüksək şücaət, igidlik göstərərək düşmənə böyük sarsıdıcı zərbələr endirir.
Düşmənin 1 ədəd Radio Elektron Mübarizə (REM) vasitəsi, "JİTEL" (dəyəri on milyon dollar olan kəşfiyyat texnikası) kəşfiyyat maşınını, 3 ədəd silahla dolu “Ural” maşınını və çox sayda canlı qüvvəsiniməhv etmişdi. İgidliklərinə görə Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənmə"medalı ilə təltif edilmişdir.
Xankəndində məskunlaşmış erməni tör-töküntüləri, silahlı qurumları Azərbaycanın sülh təklifinə yox cavabı verməklə müqavimət göstərirdilər. Belə bir vaxtda Ali Baş Komandanımız İlham Əliyev "Antiterror əməliyyatı" keçirmək haqqında tapşırıq verir. 23 saat 50 dəqiqə ərzində ermənilərin bütün hərbi obyektləri darmadağın olunur və ağ bayraq qaldırmağa məcbur edilirlər. Bununla da Xankəndi və ətraf ərazilər tamamilə azad edilir. Ordumuz tam və qəti qələbəsini elan edir. Şərafəddin Xankişiyevin bu əməliyyatlarda misilsiz əməyi vardır. Düşmən arxasına iki nəfərlə keçərək 7 gün ərzində ordumuz üçün kəşfiyyat məlumatları toplayır. Düşmənin Xankəndiyə gedən gizli yolun üzərində düşmənin 10 yaxın postunu aşkar edərək koordinatı öz bölməsinə dəqiqliklə göndərir. Antiterrorun ilk dəqiqələrində həmin postlar dəqiqliklə məhv edilir. Müharibənin gedişatında bölmələrimizin ələ keçirə bilmədiyi düşmən postlarını öz silahı olan Faqut silahıyla zərbə endirərək sıradan çıxarmışdır. Bununla da erməni birləşmələrinin hərbi maşınlarının Azərbaycan ərazisində mövcudlığuna son qoyulmuşdur. Bu igidliyinə görə də Azərbaycan Prezident tərəfindən "Hərbi xidmətə görə” medalı ilə təltif edilmişdir. Döyüşlərdə dəfələrlə yaralanmasına baxmayaraq, ordu sıralarından yalnız 22 il 9 ay fasiləsiz xidmətdən sonra tərxis edilmişdir. Hal-hazırda təqaüddədir.
Təltifləri:
Respublika Prezidenti tərəfindən:
1. “Cəbrayılın azad olunmasına görə” (2021-ci il)
2. «Xocavəndin azad olunmasına görə” (2021-ci il)
3. “Füzulinin azad olunmasına görə” (2021-ci il)
4. «Cəsur döyüşçü” (2021-ci il)
5. “Hərbi xidmətə görə” (2023-cü il)
Azərbaycanın Baş Naziri tərəfindən:
1. “Müharibə iştirakçısı” medalı. (2021-ci il
Müdafiə naziri tərəfindən:
1. “Qüsursuz xidmətə görə” III dərəcəli medalı. 10 il
2. “Qüsursuz xidmətə görə” II dərəcəli medal. 15 il
3. “Qüsursuz xidmətə görə” I dərəcəli medalı. 20 il
4. “Hərbi xidmətdə fərqlənməyə görə” I dərəcə. Il dərəcə. III dərəcəli medalları.
3. “Azərbaycan Respublikasının 90, 95, 100 illiyi” medalları.
Müdafiə Nazirliyi Veteranlar Şurası tərəfindən:
1. General Həzi Aslanov adına medalı.
Bununla igid, həmyerlimiz Şərafəddin Xankişiyev (Xanış ləqəbli) - qəhrəman oğlumuz haqqında qısa da olsa, məlumatı təqdim edərək sizin də tanıyıb-tanıtmağınışı istədim. Çünki belə igid oğulların, şəhidlərin qanı bahasına torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etməyə nail olduq.

PS: Azərbaycanın igid oğlu Şərafəddin Xankişiyevin (kod adı Xanış) Vətən, torpaq, azadlıq naminə göstərdiyi fədakarlıqlar və qəhrəmanlıqlar haqqında geniş açıqlamanı yaxınlarda geniş oxucu kütləsinə təqdim edəcəyik. “Şeytanla əlbəyaxa” sənədli layihəsinin qəhrəmanlarından biri olan bu Vətən oğlunu hamı tanımalıdı. Onun keçdiyi ağır döyüş yolu gələcək nəslin vətənpərvər ruhda böyüməsinə bariz nümunələrdən biridir…

Hürü Hacızadə
Yazıçı-publisist, “Qızıl Qələm” mükafatçısı

Fərid Faiqoğlu
AJB-nin üzvü

Oxunub: 23
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

7-02-2025, 11:00

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

gundem / ust / manset

18-06-2023, 11:31

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 13 il ötür

sosial / manset

4-06-2023, 10:22

Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından iki il ötür

gundem / manset

5-01-2025, 12:25

Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür

gundem / sosial / manset

29-05-2024, 19:48

HƏM İDMANDA HƏM DƏ PEŞƏ FƏALİYYƏTİNDƏ MƏSULİYYƏTLİ ZABİT AYDIN HƏŞİMOV

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Bu gün, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Bu gün, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Bu gün, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Bu gün, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Bu gün, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Bu gün, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Bu gün, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Bu gün, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bu gün, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Bu gün, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Bu gün, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bu gün, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bu gün, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Bu gün, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Bu gün, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • Dünən, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Dünən, 10:54
    Anar Rzayevə ağır itki
  • Dünən, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Dünən, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • Dünən, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Dünən, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Dünən, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • Dünən, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • Dünən, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • Dünən, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • 4-11-2026, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • 4-11-2026, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • 4-11-2026, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə