• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"

gundem / manset

Dünən, 13:19

Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
XXI əsrdə beynəlxalq siyasət və iqtisadiyyatın mərkəzində dayanan ölkələrdən biri də Çindir. Bu ölkənin sürətli inkişafı yalnız regional deyil, qlobal təsirləri ilə də gündəmi formalaşdırır. ABŞ-Çin münasibətlərində gərginliklərin artması, Mərkəzi Asiya və Qafqazdakı strateji dəhlizlərin önəmi, "Bir kəmər - bir yol", Orta dəhliz və Zəngəzur dəhlizi layihələrinin geosiyasi və iqtisadi təsirləri - bütün bunlar beynəlxalq arenada həm də yeni gündəlikləri formalaşdırır.

Türkiyənin Qalatasaray Universitetinin professoru, Çinlə bağlı uzunmüddətli araşdırmalar aparmış Tolqa Bilener Oxu.Az-a müsahibəsində ölkənin iqtisadi yüksəlişindən xarici siyasət strategiyasına, Azərbaycan və Türkiyə ilə münasibətlərindən Mərkəzi Asiya və Qafqazın roluna qədər bütün aspektləri şərh edib.

Türkiyəli professor: Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir

- Tolqa bəy, Çini araşdırmağa sizi ilk cəlb edən nə oldu?

- Bu, şüurlu şəkildə verilmiş bir seçimdir. Təxminən 20 il əvvəl bakalavr təhsili aldığımız vaxtlarda bizə heç kim Çindən bəhs etmirdi. Çinlə bağlı heç bir dərs keçirilmir və dərslərimizdə xüsusi olaraq Çindən bəhs olunmurdu. Bu, müəllimlərimizin Çin haqqında məlumatlı olmamasına görə deyildi, sadəcə olaraq həmin dövrdə belə bir mövzu yox idi. Lakin Çin çox sürətlə inkişaf etməyə başladığı üçün 20 il ərzində bu mövzu artıq zərurətə çevrildi və mən 2010-cu illərdə doktorluq dissertasiyama başlayarkən, Çinin artıq öyrənilməsi vacib olan bir ölkə olduğu fikrində idim. Bu səbəbdən də artıq həmin vaxtdan bu sahə üzrə çalışmağa başladım. Əslində Çini araşdırmağa başlamağımın əsas səbəbi, beynəlxalq münasibətlərdə Çinin yüksəliş mərhələsinə qədəm qoyması idi. XXI əsrdə beynəlxalq münasibətləri anlamaq üçün Çini öyrənməmək kimi bir imkanınız yoxdur. Bu, artıq məcburiyyətdir. Etdiyim seçim buradan qaynaqlanır.

- Məlum olduğu kimi, Çin iqtisadiyyatı bu gün sürətlə inkişaf etdiyi üçün bu təsir bütün dünyada öz əksini göstərir. Belə olduqda, Çinin son illərdəki mövcud durumu rəsmi Pekinin xarici siyasətinə necə təsir edir?

- Artıq elə bir vəziyyət yaranıb ki, Çinsiz nə dünya siyasətini, nə də dünya iqtisadiyyatını anlamaq mümkündür. Çin, təbii ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olduğu üçün, yüzdən artıq ölkənin də bir nömrəli ticarət tərəfdaşıdır. Bu baxımdan Türkiyədən də danışsaq, Çinin Türkiyənin ən böyük üç ticarət tərəfdaşından biri olduğunu qeyd etməliyik. Yəni, Çin iqtisadiyyatı və ticarəti artıq böyük ölçüdə dünya iqtisadiyyatını istiqamətləndirir. Ona görə də son dövrlərdə Çinlə ABŞ arasındakı gömrük qarşıdurmaları dünya gündəmini zəbt edir. Çünki bu qarşıdırma təkcə ABŞ-Çin münasibətləri deyil, bütün dünya iqtisadiyyatına təsir edir. Dolayısı ilə Çin iqtisadiyyatı böyüklüyü ilə bütün dünya üçün həm bir fürsətə, həm də bir problem mənbəyinə çevrilə bilər. Çünki, məsələn, Çin iqtisadiyyatı böhrana girsə, bundan yenə də bütün dünya təsirlənəcək.

- Növbəti sualım da elə bununla bağlıdır. ABŞ-Çin rəqabətinin hazırkı mərhələsi qlobal iqtisadiyyat üçün konkret hansı risklər yaradır?

- ABŞ-nin son olaraq hazrıladığı Milli Təhlükəsizlik Strategiyası ölkənin ümumi siyasətində mühüm bir dəyişikliyi ifadə edir. Çinlə bağlı ABŞ-nin siyasəti 1990-cı illərdə Çinin iqtisadi açılımını dəstəkləmək, Çini dünya iqtisadiyyatına inteqrasiya etmək, Dünya Ticarət Təşkilatına daxil etmək kimi mühüm məqsədlərə malik idi və mütəxəssislər böyük ölçüdə Çin iqtisadiyyatının liberallaşması ilə siyasətinin də liberallaşacağını düşünürdülər. Artıq bu açılım siyasətinin sonuna gəldiyimizi anlayırıq. Donald Tramp bunu birinci prezidentlik dövründə də etmişdi. İndi də eyni yanaşmanı davam etdirir. Çinlə bir tərəfdən əməkdaşlıq edirlər, amma digər tərəfdən də rəqabəti daha da kəskinləşdirirlər. İki ölkə arasındakı ticarət həcmi 700 milyard dollara çatıb və bundan sonra böyük ölçüdə bu ticarət həcmlərinin daralmasına şahid olacaqlar. Çünki gömrük tarifləri məsələsi artıq bizə bu nəticənin olacağını deməyə əsas verir. Ancaq Çinin 2024-2025-ci illərdəki ticarət göstəricilərinə baxsaq, ölkənin ABŞ ilə ticarəti azalsa da, bunu digər regionlarla olan ticarətini artırmaqla əslində kompensasiya etdiyini görürük. Məsələn, son bir il ərzində Çin-Avropa İttifaqı (Aİ) ticarəti 15 faiz artıb. Bu isə o deməkdir ki, ABŞ ilə Çin arasındakı münaqişə birbaşa Afrikaya, Yaxın Şərqə, Aİ və bütün Asiya coğrafiyasına təsir göstərəcək.

Türkiyəli professor: Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir

- Bəs Çinin türk dünyası və Mərkəzi Asiya ölkələri ilə münasibətləri hansı səviyyədədir?

- Çinin Mərkəzi Asiyaya baxışı hər şeydən əvvəl enerji ehtiyacları ilə başlayıb. 1990-cı illərin ortalarına qədər Çin, əslində xaricdən qaz və neft almadan öz iqtisadiyyatını hərəkət etdirə bilirdi. Mərkəzi Asiya ölkələri isə neft və təbii qaz ehtiyatları ilə Çin üçün prioritet əhəmiyyət daşıyırlar. Üstəlik, onların bir üstünlüyü də var ki, Çinin təbii resursları əldə etmək üçün dəniz yollarına ehtiyacı yoxdur. Birbaşa boru kəmərləri vasitəsilə və sərhəd qonşusu olduğu Qazaxıstan kimi ölkələrdən bu resursları ala bilir. Mərkəzi Asiyada Çini maraqlandıran birinci məsələ enerji mənbələri olsa da, ikinci məsələ də var ki, bu da Sintszyan-Uyğur Muxtar Vilayətində yaşanan problemlər və sözügedən coğrafiyada yerləşən ölkələrin uyğur məsələsində Çinlə əməkdaşlığa getmələridir. Çin, xüsusilə təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlıq kimi anlayışları bu bölgədə ön plana çıxarır. Rəsmi Pekinin başqa bir gözləntisi isə Rusiyanın Mərkəzi Asiyadakı hakimiyyətinin tədricən zəiflədiyini görməsidir ki, bu da Ukrayna müharibəsinin nəticələrindən biridir. Çin bu boşluqda özünə yer seçməyə çalışır. Bu baxımdan Mərkəzi Asiya önəm daşıyır. Nəhayət, Mərkəzi Asiyanın əhəmiyyəti onun coğrafi mövqeyi ilə bağlıdır. Bu bölgə Çini Qərb bazarlarına bağlayan bir körpüdür. Bu, Azərbaycan üçün də, Türkiyə üçün də belədir. Çünki biz dünya iqtisadiyyatından danışarkən Çinə olan müəyyən asılılıqlarımızı bilirik, amma Çin də dünya bazarlarından asılıdır. Çin iqtisadiyyatı hələ də ixracyönümlü bir iqtisadiyyatdır. İxrac məhsullarını artırdığı müddətdə öz iqtisadiyyatı ayaqda qala bilər. Bu səbəbdən Avropa bazarlarına çıxış Çin üçün həyati əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın və Qafqazın önəmi də məhz burada ön plana çıxır.

- Çinin dünya iqtisadiyyatında ən mühüm layihələrindən biri də "Bir kəmər - bir yol" layihəsidir. Bu layihənin əhəmiyyətini necə qiymətləndirə bilərsiniz?

- "Bir kəmər - bir yol" layihəsi 2013-cü ildə Qazaxıstanın Astana şəhərində elan edilib. Bu faktın özü belə, layihənin Çin və Mərkəzi Asiya baxımından nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Yəni, "Bir kəmər - bir yol" Çin xarici siyasətinin kod adına çevrilib. Biz bunu bir çox sahədə görürük. Bu, təkcə iqtisadiyyat və ticarətlə bağlı deyil, əslində böyük bir geosiyasi layihədir. Region ölkələri - Mərkəzi Asiya, Qafqaz və Türkiyə - bu layihədən yararlanmaq istəyirlər, çünki ticarət yolları üzərində yerləşmək və daha çox ticarət aparmaq maraqlarına uyğundur. Xüsusilə Avropa ilə olan bu bağlantını gücləndirmək istəyirlər. Bu baxımdan, layihə bu tərəflər üçün üstünlük yaradır. Amma təbii ki, Çinin elan etdiyi məqsədlərin hamısına qısa müddətdə çatması o qədər də asan görünmür. 2010-cu illərdə "Bir kəmər - bir yol" layihəsi ilə bağlı daha böyük bir coşğu var idi. Xüsusilə COVID19-dan sonra bu mövzu ətrafında ciddi müzakirələrin başladığını da bilirik.

Türkiyəli professor: Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir

- Məlum olduğu kimi, Azərbaycan-Çin münasibətləri də hazırda inkişaf mərhələsindədir. Bu gedişatı necə dəyərləndirə bilərsiniz?

- Çinin, xüsusilə yaxın coğrafiyasına dair siyasəti onun üçün həyati əhəmiyyət daşısa da, lakin getdikcə daha uzaq coğrafiyalarda da özünəməxsus təsir yaratdığını görürük. Yaxın Şərq və Qafqaz buna yaxşı nümunədir. Təbii ki, Azərbaycan hazırda malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir. Çin, əlbəttə, Rusiya üzərindən də Avropaya bağlana bilirdi, amma Ukrayna müharibəsi səbəbilə həmin şimal xətti artıq əvvəlki kimi səmərəli istifadə oluna bilmir. İran üzərində də sanksiyalar mövcuddur, dolayısı ilə İranın da inteqrasiya potensialı yoxdur. Çini Qərbə inteqrasiya edə biləcək dəhliz məhz buradan keçir. Bu isə coğrafiyanın bizə verdiyi bir fürsətdir. Təbii ki, körpü olmaq bir tərəfdən yaxşıdır, amma körpüdən başqaları istifadə edərsə, bu bəzən körpünü uçura da bilər. Bu mövzuda diqqətli olmaq faydalıdır. Azərbaycanla olan münasibətlərə gəlincə, Çin, şübhəsiz ki, Azərbaycanın regionda ən mühüm və güclü dövlətlərdən biri olduğunun fərqindədir. Həm coğrafi mövqeyi, həm təbii resursları, həm də sabit idarəetməsi ilə Azərbaycan Çin üçün dəyərli bir tərəfdaş kimi görünür.

- Bəs "Bir kəmər - bir yol" layihəsində Azərbaycanın tranzit ölkə kimi rolu Pekin üçün nə qədər önəmlidir?

- Azərbaycan tranzit baxımından ən önəmli ölkələrdən biridir. Bu istiqamətdə Gürcüstan və Türkiyə də tamamlayıcı rol oynayırlar.

- Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Bu dəhlizin əhəmiyyəti, gözləntilər, onun başqa layihələrlə qarşılıqlı əlaqəsini necə izah edərdiniz? Üstəlik, Zəngəzur dəhlizinin açılması Orta dəhlizin inkişafına hansı töhfələri verə bilər?

- Zəngəzur dəhlizi açılmalıdır, çünki bütün bu məsələlər bir-biri ilə əlaqəlidir. Əslində, Çinin Azərbaycana artan marağı həm də bu münaqişə mühitinin tədricən aradan qalxması ilə bağlıdır. Çünki bölgədə sabitlik olduğu müddətdə iqtisadi münasibətlərin inkişafı da mümkün olacaq. Bölgə ölkələri üçün Çin həm dünyaya, həm də dünyanı Çinlə bağlama rolunu oynayır ki, bu da onların maraqlarına uyğundur.

Bu baxımdan, ticarət əlaqələrinin inkişafı üçün Orta dəhliz böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, rəqib layihələr də gündəmə gəlməyə başlayıb. Məsələn, Hindistanın "Indian Middle East Corridor" layihəsi. Bu tip layihələr əsasən Qafqazı və Türkiyəni kənarlaşdırmağa çalışır. Belə vəziyyətdə Orta dəhliz layihəsinin daha güclü şəkildə qorunması və müdafiə olunması vacibdir.

- Rusiya üzərindən şimal xəttinin istifadəsi artıq təhlükəli olduğu üçün Çin bu yolu istifadə etmir. Azərbaycan isə Cənubi Qafqazda önəmli bir mövqeyə çevrilib. Yəni, necə ki, müharibə Çini Rusiya üzərindən geri çəkilməyə məcbur edib, eyni şəkildə müharibənin bitməsi və Qarabağ zəfəri bölgəni, xüsusilə də Azərbaycanı daha cazibədar hala gətirib. Çinin marağını həm də bu kontekstdən dəyərləndirə bilərik?

- Ukrayna müharibəsinin nəticələrindən biri də budur ki, Rusiya eyni anda həm Qafqazda, həm Mərkəzi Asiyada, yəni bir anda bir neçə coğrafiyada aktiv şəkildə mövcudluğunu qoruya bilmir. Çin isə bu durumdan faydalanır. Bu amil əslində başqa bir məsələni də üzə çıxarır. Çin ilə Rusiya arasında demək olar ki, bir növ ittifaq mövcuddur. Ən azından, ictimaiyyət üçün belə rəy formalaşdırılır. Amma iki ölkənin maraqları tam uyğunlaşmır və aralarında hələ də təsir mübarizəsi davam edir. Bu, nə qədər ictimaiyyətə açıqlanmasa da, belədir. Azərbaycan-Çin münasibətlərinin hazırda inkişaf etməsi də həm Ukrayna müharibəsinin dolayı nəticələri, həm də Qarabağ müharibəsinin birbaşa nəticəsi ilə bağlıdır. Eyni zamanda, regionda yaranan sabitlik mühiti investisiyalar üçün də əlverişli şərait yaradır. Münaqişəli məsələlərin aradan qalxması Çin üçün bölgəni daha cazibədar hala gətirib.

Türkiyəli professor: Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir

- Bu da Zəfərin yalnız siyasi deyil, həm də iqtisadi-ticari olduğunun əyani sübutudur...

- Əlbəttə. Çünki onsuz da zəfərlər hərbi, siyasi və iqtisadi nailiyyətlər birləşən zaman davamlı olur.

- Gələcəkdə Azərbaycan-Çin münasibətlərini hansı əsas faktorlar müəyyən edəcək və ümumiyyətlə bu münasibətlərin gələcəyini necə görürüsünüz?

-Burada həm fürsətlərdən, həm də risklərdən danışa bilərik. Çünki beynəlxalq siyasətdəki şərait artıq münaqişəli hala gəlib. ABŞ ilə Çin arasındakı münasibətlər gərginləşdikcə, hər iki tərəfdən də tərəf seçmək təzyiqi yarana bilər. Əslində beynəlxalq arena stabillik və sülh şəraitində olsa, fürsətlər daha yaxşı istifadə oluna bilər, amma risklər də istisna deyil. Təbii ki, Çinin də prosesdə iştirakı hər ölkə üçün olduğu kimi, Azərbaycan üçün də tərəfdaş sayının artması deməkdir. Bu, digər tərəfdaşlarla danışıqlar apararkən Azərbaycanın əlini gücləndirir. Məsələn, Avropa İttifaqı, ABŞ və Rusiya ilə danışıqlarda bu baxımdan fürsət yaranır. Amma dediyim kimi, sistem aqressivləşdikcə, regional güclər tərəf seçmək məcburiyyətində qala bilərlər.

- ABŞ və Çin bir-birinə qarşıdır, Rusiya ilə ABŞ də qarşı-qarşıyadır. Lakin buna görə Çin və Rusiyanın eyni tərəfdə olduğu söylənsə də, maraqlarının uyğunlaşmadığı məqamlar da az deyil. Bəs belə olduqda, bu qarşıdurmanın hansı təsirləri ola bilər?

- Rusiya ilə Çin arasındakı münasibətlər tarixi baxımdan güclüdür. Bunu Sovet İttifaqından başlayaraq bu günə qədər gətirmək mümkündür. İki ölkə arasında ticarət əlaqələrinin artdığını görürük. Çünki Rusiyanın da Çin üçün maraqlı olan bir çox resursları var. Təbii qaz, neft, kömür, taxta və s. Çin isə böyük miqdarda təbii xammala ehtiyac duyur. Buna görə də bu resursları Rusiyadan təmin edə bilir. Rusiyanın Qərblə ticarətinin zəifləməsi nəticəsində bir növ Rusiyanın Çinlə ticarəti artırmağa məcbur olması da Çin üçün qazanc hesab olunur. Amma iki ölkənin maraqlarının uyğunlaşmadığı sahələr də mövcuddur. Rusiya, əslində, keçmiş coğrafiyasında təsirini itirmək istəmir və Çinin getdikcə maliyyə gücü ilə bu bölgələrdə təsir göstərməsindən narahatdır. Hətta Uzaq Şərq Rusiyasına, Sibirə baxdıqda, Çinin orada nüfuzunun artması bəzən təhlükəsizlik təhdidi kimi qiymətləndirilir. Çin sosial mediasında bəzən Vladivostokun da əvvəllər Çin şəhəri olduğu və 1860-cı ildə Rusiya tərəfindən ələ keçirildiyi xatırlanır. Buna görə də hər sahədə razılaşdıqlarını demək olmaz. Amma Ukrayna məsələsi həll olunmadığı müddətdə Rusiya Çinlə münasibətlərini dərinləşdirməyə davam edəcək. Bunun Mərkəzi Asiya və Qafqaz üzərində, əlbəttə, təsirləri olacaq.

Türkiyəli professor: Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir

- Çinin gələcəyini necə görürsünüz və Pekin qarşıya qoyduğu hədəflərə çata biləcək?

- Bugünkü irəliləyiş davam edərsə, Çin 10-15 il ərzində ABŞ iqtisadiyyatını keçəcək, hətta 2010-cu illərin sonunda hesablamalara görə 2049-cu ildə ABŞ-nin ümumi daxili məhsulunun iki qatına çatması proqnozlaşdırılırdı. Lakin araya COVID-19 pandemiyası girdi və Çin iqtisadiyyatında müəyyən problemlər yarandı. 2000-ci illərin əvvəllərində olduğu kimi artıq Çin iqtisadiyyatı 10-12% civarında böyümür, bu rəqəm 3.5-4% civarındadır. Bu, bir çox ölkə üçün yaxşı rəqəm sayıla bilər, amma Çin üçün kifayət etmir. Hətta 5% böyümə belə Çin üçün azdır. Buna demoqrafik problemləri də əlavə edə bilərik. Çin getdikcə yaşlanan bir əhaliyə malikdir, daşınmaz əmlak bazarında ciddi çətinliklər var, indi isə ABŞ-nin təzyiqi ilə ticarət sahəsində yavaşlama və sanksiyalar başlaya bilər. Dolayısı ilə Çin iqtisadiyyatının ABŞ-nin üstələyib-üstələməyəcəyi müzakirəsində hədəflənən proqnozlar getdikcə təxirə salınmağa başlayıb. Təbii ki, Çin rəsmi olaraq gözlədiyi hədəfi 2049-cu ildə, Çin Xalq Respublikasının 100 illiyinə hesablayır. Bu, mühüm məqsəd kimi qəbul edilir. Amma digər aktorlar da boş dayanmır. Dolayısı ilə Çinin strategiyası və məqsədi hər sahədə birinci güc olmaqdır. Amma arzularla reallıq həmişə uyğun gəlmir. Bunu zaman göstərəcək. Amma bir şeyi dəqiq söyləmək olar ki, XXI əsrdə beynəlxalq münasibətlər tarixi böyük ölçüdə Çin-ABŞ münasibətlərinin gedişatı ilə yazılacaq.

Mərahim Nəsib

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / manset

6-04-2023, 14:18

Əliyevin Tacikistan səfəri: İran kontekstinə reaksiya, Çin strategiyası ilə tutuşdurma - TƏHLİL

siyaset / manset

3-08-2025, 11:01

“Sükutla yanan güc: Azərbaycan qazı və geosiyasətin yeni axını”

gundem / manset

16-04-2025, 12:06

MEDİA II Mərkəzi Asiya Media Forumunda iştirak edir

gundem / siyaset

3-09-2025, 20:39

Azərbaycanın strateji diplomatiyasının yeni mərhələsi başlayır

gundem / siyaset / manset

14-06-2025, 13:46

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:37
    Gürcüstanda bu turizm obyektləri bağlandı
  • Dünən, 13:32
    Britaniyada həbsxanaya dron hücumu olub
  • Dünən, 13:29
    KİV: Maduro və həyat yoldaşı reper P.Diddi ilə eyni təcridxanada saxlanılırlar
  • Dünən, 13:25
    Maduro Nyu-Yorkda istintaq təcridxanasına gətirilib
  • Dünən, 13:19
    Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
  • 3-01-2026, 19:10
    Qərbi Azərbaycan Amasiya rayon İcması koordinatorlarının yeni il tədbiri keçirilib
  • 3-01-2026, 17:44
    Jurnalist Mərhəmət Lələyevdən nümunəvi addım
  • 3-01-2026, 12:54
    SÖZÜN ŞƏFƏQ ÇAĞI...
  • 3-01-2026, 12:14
    Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
  • 3-01-2026, 12:11
    “ADORE”də saxta ətir satılır?
  • 3-01-2026, 12:08
    Polis gücləndirilmiş rejimdə xidmət aparır
  • 3-01-2026, 12:05
    Gənclər Mərkəzi necə şadlıq evinə çevrilib? – İmişlidə şok iddialar/VİDEO
  • 3-01-2026, 11:58
    "The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
  • 3-01-2026, 11:50
    İranda genişmiqyaslı etirazlar: Tramp ABŞ-ın müdaxiləyə hazır olduğunu bildirdi
  • 3-01-2026, 11:47
    Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər (SİYAHI)
  • 3-01-2026, 11:44
    Azərbaycan nefti ucuzlaşıb
  • 3-01-2026, 11:41
    "Elit star" Cəmilə Quba-Xınalıq yolunda qaldı: "Qayıda bilmirik"
  • 3-01-2026, 11:36
    Məşhur restoranda gigiyena qaydalarına əməl olunmur? - İDDİA
  • 3-01-2026, 11:33
    2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
  • 3-01-2026, 11:30
    Leyla Əliyeva Qusarın Hil kəndindən paylaşım etdi
  • 3-01-2026, 11:22
    Qərbi Azərbaycan Amasiya rayon İcması Qadınlar Şurasının bayram tədbiri keçirilib.
  • 2-01-2026, 16:33
    Sumqayıtda növbəti qanunsuz tikinti: MƏMUR HİMAYƏSİ ŞÜBHƏLİ-FOTOLAR
  • 2-01-2026, 16:25
    Xətai rayonunda növbəti qanunsuzluq: bayram sükutundan istifadə edilərək icazəsiz artırma
  • 2-01-2026, 13:41
    “İrandakı etirazçılara yardım etməyə hazırıq” - Trampdan xəbərdarlıq
  • 2-01-2026, 13:39
    20° şaxta olacaq
  • 2-01-2026, 13:35
    Ağsuda bacı-qardaş dəm qazından zəhərləndi
  • 2-01-2026, 13:34
    “Çıxış Yolu”nun işıqlı üzü – Nuranə Gülər doğum gününüz mübarək!
  • 2-01-2026, 13:32
    Mahir Emreli daha tez qayıda bilər
  • 2-01-2026, 13:28
    Bu yolda sürət həddi endirildi
  • 2-01-2026, 13:25
    Hava sabahdan mülayimləşir - Temperatur yüksələcək
  • 2-01-2026, 13:08
    Hikmət Hacıyev: "Biz Tramp Administrasiyasının tam dəstəyinə malikik"
  • 2-01-2026, 13:03
    Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?
  • 2-01-2026, 13:00
    Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
  • 2-01-2026, 12:34
    Leyla Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən paylaşım edib
  • 2-01-2026, 11:44
    Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə