• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

SEVGİ SÜSLÜ POETİK PALİTRA

gundem / medeniyyet / manset

16-01-2026, 15:46

SEVGİ  SÜSLÜ  POETİK  PALİTRA
Çağdaş Azərbaycan poeziyasının məhsuldar və çoxşaxəli simalarından olan şair-publisist Raqif Nazimoğlu yaradıcılığında sevgi mövzusu yalnız lirik hisslərin ifadəsi deyil, həm də həyat təcrübəsinin, taleyin sınaqlarından süzülüb gələn mənəvi-estetik mövqeyin poetik təcəssümüdür. Şairin 2026-cı ildə “Füyuzat” nəşriyyatında işıq üzü görən, 404 səhifəlik “Möcüzədir bu gözəl” kitabı bu baxımdan onun yaradıcılığında ayrıca mərhələ kimi dəyərləndirilə bilər. Sayca 68-ci kitab olan bu toplu Raqif Nazimoğlunun son illərdə qələmə aldığı sevgi şeirlərini bir araya gətirməklə, həm müəllifin poetik təkamülünü, həm də sevgi anlayışına fəlsəfi yanaşmasını nümayiş etdirir.
Raqif Nazimoğlunun zəngin bioqrafiyası: filoloq, jurnalist, hüquqşünas, pedaqoq, alim, ictimai xadim kimi keçdiyi çoxqatlı həyat yolu onun poeziyasına da sirayət etmişdir. Ağsu torpağında doğulan, gənclik illərindən mətbuat və ədəbiyyatla nəfəs alan, sürgün və həbsxana həyatı kimi ağır sınaqlardan keçən şairin sevgi lirikasında məhz bu həyat təcrübəsinin dərin izləri duyulur. “Möcüzədir bu gözəl” kitabındakı şeirlər sentimental özəlliklə kifayətlənmir; burada sevgi insan taleyinin mühüm kateqoriyası kimi təqdim olunur.
Kitabdakı şeirlərin ideya-estetik əsasını sevginin əbədiliyi təşkil edir. Şair üçün sevgi ani hiss, ötəri ovqat deyil, var olma mənasıdır. Bu mövqe “Sevgi o deyil ki...” şeirində bariz şəkildə ümumiləşdirilir:
Sevgi sevənlərin vuran qəlbidi,
Sevgi fəsil deyil, gəlsin və getsin.
Sevgi o demək ki, sevənlər üçün
Ürəkdə başlayıb məzarda bitsin.

Bu misralar Raqif Nazimoğlunun sevgi fəlsəfəsinin açar ifadəsidir. Sevgi burada zaman və məkan çərçivələrini aşan, insan ömrünü bütövləşdirən mənəvi dəyər kimi təqdim olunur.
Şair sevginin insan ruhunda başlanan və ölümə qədər davam edən bir yolculuq olduğunu vurğulayır. Sevgi, təkcə dünyada yaşanan bir hiss deyil, həm də ölümdən sonrakı dünyaya qədər davam edən bir yaşamdır. Bu yanaşma Nazimoğlunun poeziyasının ən mühüm xüsusiyyətlərindən biridir: o, sevgini təkcə bədii simvolla deyil, həyatın özünün bir forması olaraq təqdim edir.
Şairin sevgi lirikasında müraciət forması diqqət çəkir. “Ay gözəlim”, “Necəsən?”, “Tanı məni” kimi xitablar klassik aşıq poeziyasının intonasiyasını xatırlatsa da, mətnlərin daxili semantikası deyimin tər nəfəsini özündə əks etdirir. “Necəsən” şeirində sevgili obrazı təkcə aşiqin məhəbbət obyekti deyil, onun varlığının ayrılmaz hissəsi, zaman ölçüsüdür:
Gündüzlər günəşim, gecələr ayım,
Qürurum,varlığım, harayım-hayım,
Kükrəyən dənizim, çağlayan çayım,
Sübh çağı ağaran danım, necəsən?
Burada sevgi xronoloji anlayışları ləğv edir, insan həyatını vahid mənəvi bütövlük kimi təqdim edir.
“Möcüzədir bu gözəl” kitabında hicran motivi də aparıcı xətlərdəndir. “Sən məni tərk edib gedəndən bəri” şeirində ayrılıq romantik pafosla deyil, daxili sarsıntının sakit, lakin təsirli poetik dili ilə ifadə olunur. Qəlbin “mizrabı”, “teli” kimi metaforalar şairin lirikasında musiqi ilə duyğunun vəhdətini yaradır. Bu, Raqif Nazimoğlunun poetik üslubuna xas olan emosional səmimiyyətin göstəricisidir.

Sızlayır qəlbimin mizrabı, teli,
İntizar çəkməkdən olmuşam dəli,
Gözlərim hər yerdə axtarır səni,
Sən məni tərk edib gedəndən bəri.

Kitabdakı şeirlər dil və üslub baxımından sadə, məna siqlətində yüklüdür. Şair mürəkkəb sintaktik konstruksiyalardan qaçaraq, fikri birbaşa, oxucu ilə canlı dialoq formasında təqdim edir. Bu sadəlik poeziyanın gücünü azaldan yox, əksinə, onun təsir dairəsini genişləndirən amildir. “İncidər” şeirində olduğu kimi, bir neçə misra ilə bütöv bir sevgi psixologiyası açılır:
Nazimoğlu, sinəndədir ox hələ,
Bu eşq səni incidəcək çox hələ.
Belə mələk yaranışdan yox hələ,
Qoru onu,nəzər dəyib incidər.
Burada sevgi həm ilahi nemət, həm də qorunmalı dəyər kimi təqdim olunur.
Elmi-publisistik baxımdan yanaşdıqda demək olar ki, “Möcüzədir bu gözəl” kitabı Raqif Nazimoğlunun yaradıcılığında sevgi konseptinin sistemli ifadəsidir. Bu toplu, müəllifin əvvəlki poeziya nümunələrində mövcud olan lirizmin daha da dərinləşdiyini, həyat və sevgi arasında fəlsəfi körpü qurduğunu göstərir. Şairin uzun illər ərzində qazandığı həyat, elm və yaradıcılıq təcrübəsi bu şeirlərdə təbii şəkildə cəmlənmişdir.
Nəticə etibarilə, “Möcüzədir bu gözəl” təkcə sevgi şeirləri toplusu deyil, həm də sevginin insan taleyindəki yerinə dair poetik-fəlsəfi manifestdir. Raqif Nazimoğlu bu kitabla oxucunu bir daha inandırır ki, əsl poeziya kimi əsl sevgi də zamanın fövqündədir, sınaqlardan keçir və yaddaşlarda yaşayır.
Təbii ki, qeyd etdiyim poetik nümunələr və mənim düşüncələrim dəryadan damla timsalındadır. Bu baxımdan, inanıram ki, kitabla həmsöhbət olacaq hər kəs məftunluğun, sözün daha dərinliklərinə könül xoşluğu ilə varacaq...
R. Nazimoğlunun “Möcüzədir bu gözəl”i misra-misra, bənd-bənd sevgi süslü poetik palitradır ki, baş-başa olduqca ahənrüba cazibəsinə düşür, heyrətin feyz şəbnəmlərinə bələnirsən... Elə bu ovqatdaca bir müjdə də vermək istərdim: Raqif Nazimoğlunun redaktoru olduğum “Seçilmiş əsərləri” də artıq çapa hazırdır.
Çağdaş poeziyamızın rəngarəngliyində poetik incilərinin özünəməxsus çaları olan, şeiriyyət şöləsi ilə mənəvi dünyamıza içıq saçan şair dostumu gözünə - könlünə köçən gözəlliklər, uğurlu özəlliklər diləyilə təbrik edirəm!

Tapdıq ƏLİBƏYLİ

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

sosial / manset

30-12-2025, 11:54

Ədalət Nəbi Qarabulud - 70 * KİTABA ÇEVRİLMİŞ RUHUN SƏDASI ...

gundem / manset

11-03-2025, 20:09

YENİ NƏŞR - "E ş q n a m ə"

gundem / sosial / medeniyyet / manset

19-06-2025, 15:26

“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

gundem / manset

5-05-2023, 14:26

İstiqlal şairimiz, himnimizin müəllifinin doğum günüdür

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 13:34
    “Bir qadir insanam el nəzərində”
  • Bu gün, 10:44
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
  • Bu gün, 10:30
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 10:22
    ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
  • Bu gün, 10:18
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 10:14
    Ağdaşın 11 kəndində işıq olmayacaq - Yenilənib
  • Bu gün, 10:09
    “Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
  • Bu gün, 10:05
    Bu yollarda tıxac var
  • Bu gün, 10:01
    “Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
  • Bu gün, 09:56
    Şəhid atası vəfat etdi
  • Bu gün, 09:51
    Göygöldə bələdiyyə binasında mühasibin meyiti tapıldı
  • Bu gün, 09:47
    “Arsenal” “Liverpul”u məğlub etdi - Haverts tarixə düşdü
  • Dünən, 19:09
    Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
  • Dünən, 11:52
    İsveçrədə də kütləvi iğtişaşlar baş verib
  • Dünən, 11:39
    “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
  • Dünən, 11:35
    Tramp Netanyahu ilə nə danışdı?
  • Dünən, 11:30
    Kəmaləddin Heydərovdan yeni - Təyinatlar
  • Dünən, 11:26
    96 yaşlı milyarder 48 ildir su içmirmiş...
  • Dünən, 11:20
    Bakıda keçmiş ət kombinatında yanğın
  • Dünən, 11:08
    Bolqarıstanda prezident seçkilərinin ikinci turu başladı
  • Dünən, 10:54
    Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi
  • 31-10-2026, 22:01
    Fələstindən Şimali Kipr Türk Respublikasına qarşı vəfasızlıq
  • 31-10-2026, 11:36
    Elşad Kəlbəliyev – sahibkarlıq fəaliyyəti, zəhmətkeşliyi və işgüzar keyfiyyətləri ilə seçilən nümunəvi iş adamı
  • 31-10-2026, 10:55
    İlham Əliyev mükafatlandırma mərasimində
  • 31-10-2026, 10:49
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 31-10-2026, 10:39
    “HALO Trust” - minatəmizləmədə şübhəli fəaliyyətləri ilə tanınan təşkilatdır
  • 31-10-2026, 10:34
    “Azeri Light”ın qiyməti 126 dollara qalxdı
  • 31-10-2026, 10:21
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 31-10-2026, 10:16
    Respublika Elmi Konfransının açılışı keçirilib
  • 31-10-2026, 10:12
    Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər
  • 31-10-2026, 10:07
    10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
  • 31-10-2026, 10:02
    Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
  • 30-10-2026, 13:41
    Vüqar Əhmədov – enerji sektorunun inkişafına, müasir idarəçilik və xidmət keyfiyyətinə töhfə verən rəhbər
  • 30-10-2026, 13:14
    Vətənpərvər insan Ümid Əsgərov – dövlətinə, xalqına və Vətəninə bağlılığın nümunəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə