
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,25 ABŞ dolları və ya 1,8% artaraq 70,54 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün neftimiz 69,29 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.