• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Xocalı-Tarixin qan yaddaşı

gundem / siyaset / manset

26-02-2026, 12:32

Xocalı-Tarixin qan yaddaşı
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bundan başqa, 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 487 insan şikəst olub, 1275 nəfər isə əsir götürülmüşdür. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
Xocalı fəlakətinin izahı, onu yaşayan şahidlərin səslərində və çəkilmiş dəhşətli fotolarda açıq-şaffaf əks olunub. İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar. Biz bu faciənin təkcə rəqəmlərlə deyil, insan taleləri ilə yazıldığını daha açıq dürüst anlaya bilirik. O gecə ailəsini itirən bir uşaq, əsir aparılan qocalar, soyqırımın qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar.
İşğal nəticəsində Xocalı şəhərində yüzlərlə məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdılıb, XIV-XV əsrə aid türbələr və məzarlar da yerlə-yeksan olunub.
Hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilmişdir. Bundan sonra hər il ölkə ərazisində və xarici dövlətlərdə anım mərasimləri keçirilir. Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində geniş fəaliyyət aparılır. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın bəzi ştatları bu hadisəni qətliam və ya soyqırımı kimi tanımışdır. Lakin böyük güclərin geosiyasi maraqları, qərbi siyasi ikiüzlülüyü və dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı.
Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Bu akt tənzimləməyə görə, məqsədyönlü şəkildə etnik, milli və dini bir qrupa qarşı kütləvi qətliamdır.
Bu hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası başladılmışdır. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri barədə məlumatlandırma məqsədi daşıyır. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Həmçinin, Xocalı vəhşilikləri haqqında bir çox xarici jurnalistlərin yazıları dərc edilmişdir.
Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün müxtəlif hüquqi addımlar atmışdır. BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə çıxarılması üçün davamlı iş aparılır. Diplomatik səylər nəticəsində bir sıra ölkələr Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi qəbul etmişdir. Eyni zamanda, Azərbaycan beynəlxalq məhkəmə orqanlarında bu məsələnin gündəmə gətirilməsi üçün çalışır. Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsidir.
Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycanın diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq arenada daha geniş şəkildə tanıdılması üçün fəal şəkildə çalışırlar. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınmışdır. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırmışdır.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik və şücaət göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalamışdır.
Xocalıya qayıdış prosesi Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı “Böyük Qayıdış” proqramının mühüm istiqamətlərindən biridir. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu günədək Xocalıda 8 yaşayış məntəqəsinə 881 ailə, 3.602 nəfər köçürülmüşdür. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” deyərək bu yöndə dövlətimizin qırılmaz əzmini, güclü iradəsini ifadə etmişdi.
Soyqırımın 34-cü ildönümü ərəfəsində Xocalı qatillərinin Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesi nəticəsində layiqli cəzanı almaları ilə ədalət öz yerini tapdı. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror əməliyyatları ilə tutularaq Bakıya gətirilən Xocalı cəlladları və xunta rejim rəhbərləri məsuliyyətə cəlb olundu. Bu müddət ərzində heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham dövlətimizi qanunun aliliyini qorumaqdan və ölkəmizə, xalqımıza qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirmədi. Müharibə cinayətlərində ittiham olunan şəxslər üçün cəzasızlıq tələb etmək bu cinayətlərə ortaq olmaq deməkdir.
Tarix bu ədaləti hər zaman xatırlayacaq və dayanıqlı sülh ədalət olmadan mümkün deyil.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

siyaset / manset

26-02-2026, 08:10

Xocalı soyqırımından 34 il keçir

gundem / manset

24-02-2024, 15:15

Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidən dünyaya səsləndi

gundem / manset

26-02-2023, 10:36

Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

gundem / ust / manset

26-02-2024, 10:59

XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı

gundem / ust / manset

26-02-2024, 12:48

Müzəffər Ordumuzun Ali Baş Komandanı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi, torpaqlarımızı azad etdi, şərəf rəmzimiz olan bayrağımızı sancdı, dalğalandırdı-Könül Nəbizadə

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:17
    “Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
  • Bu gün, 12:10
    Hoteldə qadınların qızıllarını ələ keçirən inzibatçı - Həbs olundu
  • Bu gün, 12:02
    Yevlaxda ağır qəza - Nəvə öldü, baba yaralıdır - Yenilənib
  • Bu gün, 11:38
    İsrail şirkəti Fransada seçkilərə müdaxilə edib?
  • Bu gün, 11:32
    İsrail səfirliyi xalqımızı təbrik etdi
  • Bu gün, 11:26
    Blokada başlayandan bəri 108 gəmi saxlayıblar
  • Bu gün, 11:23
    Konfrans Liqasının qalibi müəyyənləşəcək
  • Bu gün, 11:19
    Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı
  • Bu gün, 11:15
    Naxçıvanda qəzada yaralanmışdı - Xəstəxanada öldü
  • Bu gün, 11:12
    “Azeri Light”ın qiyməti 106 dollara düşdü
  • Bu gün, 11:08
    Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - Siyahı
  • Dünən, 21:03
    ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
  • Dünən, 20:59
    Kənd təsərrüfatı milli iqtisadi potensialın genişlənməsində mühüm rol oynayır
  • Dünən, 17:14
    İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Dünən, 17:09
    Bir sıra məhkəmələrə yeni təyinatlar oldu (SİYAHI)
  • Dünən, 17:05
    Bakıya diametri 4 mm olan dolu düşdü
  • Dünən, 16:08
    Salam, Torpaq Kişilər...
  • Dünən, 15:20
    Adın şərəflidir sənin ey ATA!
  • Dünən, 14:43
    Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
  • Dünən, 14:01
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • Dünən, 13:55
    Tibb, hüquq, maliyyə üzrə təhsili olmayan blogerlərə qadağa!
  • Dünən, 13:50
    Vaqif Əliyevlə bağlı "Neftçi" FK rəhbərliyinə və digər qrumlara MÜRACİƏT OLUNACAQ
  • Dünən, 13:47
    Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?
  • Dünən, 12:50
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən
  • Dünən, 12:29
    Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi
  • Dünən, 12:26
    Qadınlar ən çox bu sahədə maaş alır
  • Dünən, 11:41
    Azərbaycanda yeni universitet yaradılacaq
  • Dünən, 11:37
    ABŞ ordusu İranın raket məntəqələrinə zərbələr endirib
  • 25-05-2026, 20:22
    Tapdıq Əlibəyli- 65
  • 25-05-2026, 19:13
    Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
  • 25-05-2026, 18:58
    İsmayıl Zalov: Hüquq, ədalət və dövlətçilik prinsiplərinin müdafiəsində
  • 25-05-2026, 18:36
    İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
  • 25-05-2026, 13:53
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən - Astarada bir ağsaqqal yaşayır...
  • 25-05-2026, 12:12
    “CityNet TV” kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
  • 25-05-2026, 12:09
    Messi DÇ öncəsi zədələndi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə