• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

MƏNƏVİ YÜKSƏLİŞLƏ SÖZ UCALIĞI

gundem / medeniyyet / manset

26-02-2026, 15:29

MƏNƏVİ YÜKSƏLİŞLƏ SÖZ UCALIĞI
Tapdıq Əlibəyli – 65

Azərbaycanda müasir ədəbi nəslin ləyaqətli və tanınmış nümayəndələrindən biri olan şair-publisist Tapdıq Əlibəyli həm ədəbiyyat, həm də jurnalistika sahəsində özünəməxsus imzası ilə böyük nüfuz qazanmış bir şəxsiyyətdir. Onun yaradıçılığı yalnız poeziya və publisistika ilə məhdudlaşmır, həm də ictimai-siyasi məsələlərə dair dərin fikirlər və təhlillərlə zəngindir.

Tapdıq Əlibəyli söz sənətindəki bənzərsiz yanaşması və aktual mövzuları işıqlandırmaq məharəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verməkdədir. Onun əsərləri həm ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanır, həm də yaradıcılığı Azərbaycanın zəngin mədəni irsinin bir parçası olaraq gündəmə gəlir. O, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin fəal üzvü, Türk Ağsaqqaları İctimai Birliyinin İdarə Heyətinin üzvü, həmçinin "Konstitusiya" icmai-siyasi qəzetinin. eləcə də "Heyrət" ədəbi-bədii, elmi-publisistik dərgisinin təsisçisi və baş redaktorudur.

Tapdıq Əlibəylinin yaradıcılığı ədəbiyyatın müxtəlif sahələrində özünü göstərir. Onun “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedəninidir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım. Nahaq qan yerdə qalmaz”, “Zaman keçər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Sözün dan yeri” və digər kitabları yalnız sözün gücünü deyil, həm də onun daxili aləminin, mənəvi zənginliyinin bir təcəssümüdür.

Tapdıqla tanışlığım təxminən 30 il öncə, mətbuat sahəsində çalışdığı dövrlərdə baş tutmuşdu. O zaman məndən müsahibə almışdı və ilk təəssüratım onun hər zaman isti və vətənpərvər ruhunun insanı cəlb etməsindən ibarət olmuşdu. Bu xarakter xüsusiyyətləri Tapdıq Əlibəylinin yaradıcılığının təməlini təşkil edən ən mühüm amillərdən biridir.

Onun şeirlərində hər zaman əzəmətli bir vətənpərvərlik, xalqın taleyi mövzuları ön plana çıxır. Hər bir əsərində həyatın müxtəlif mərhələlərini poetik dildə tərənnüm edir, qəlbinin dərinliklərindəki düşüncələri oxucularına çatdırır. Tapdığın şeiriyyətində gördüyümüz məqamlar bəzən klassik Azərbaycan poeziyasının, bəzən də folklor elementlərinin yeni poetik çalarda təzahürütək diqqət çəkir.

Nifrətim qılıncla, sevgim qopuzla,
Boylanır tarixin neçə qatından.
Ulusum qoğuşur Xaqan Oğuzla,
Qanım rəng alıbdı Qorqud zatından.

T.Əlibəylinin "Söz dərgahına merac" (2004) kitabına Xalq şairi Sabir Rüstəmxanlı “Vətəndaşlıq yanğısı” adlı ön sözündə belə qiymət verir: “Oxuduğum, dinlədiyim şeirləri, bir fərd kimi sahib olduğu fərdi keyfiyyətləri, vətəndaşlıq yanğısı və bu yanğını uğurlu poetik sözə çevirmək qabiliyyəti onu çağdaş ədəbi nəslin seçilən nümayəndələrindən biri kimi səciyyələndirməyə imkan verir”

Şairin istedadı onun klassik ədəbiyyatla yanaşı, müasir və folklor ünsürlərini də poetik şəkildə birləşdirmək bacarığındadır.

Söz mülkündə ‘layla’ əzəli qala,
Beşikbaşı nurdur sabahkı yola.
Ananın balaya çaldığı layla
Meracdır söz ilə söz dərgahına.

Tapdıq Əlibəyli yalnız şair deyil, həm də yüksək səviyyəli filoloqdur. Onun şeirlərindəki zəngin dil və üslub bu sahədəki peşəkarlığını göstərir. Sözün hər birini incəliklə işləyərək, öz duyğularını, düşüncələrini mükəmməl şəkildə ifadə edir.

Qəvvasam sahilsiz söz dəryasında,,
Qyməti özündə inci gəzirəm.
İnsan sevgisiyilə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.

***

Gözümə, könlümdə köçən gözəllik -
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol - əbədilik…
Baharla payızın gözəlliyitək.

Yarpaq gözəlliyi - baharın hökmü,
Xəzan gözəlliyi - yarpaq tökümü,
Gəlimin gedimi - ilkə dönümü…
Baharla payızın gözəlliyitək.

Yaradıcılığında xüsusilə vətən, torpaq, Qarabağ, şəhidlər və soyqırım mövzuları böyük yer tutur. Şair bu mövzuları təkcə sözlə deyil, həm də ürəyi ilə qələmə alır, millətin ağrılı taleyini poetik şəkildə təsvir edir.

Torpaq Vətənləşir şəhid qanıyla,
Vətən bütövləşir şəhid qanıyla…

Tapdıq Əlibəylinin yaradıcılığı yalnız klassik mövzularla məhdudlaşmır. O, müasir dövrün hadisələrini də poeziyasına daxil etmişdir. Şairin "Payız çöhrəsində yazdı 44 gün" adlı şeirlər toplusu, onun müharibənin mənəvi və fiziki ağırlığını necə dərindən hiss etdiyini göstərir. Bu kitab, onun müharibə zamanı yaşadığı duyğuları, xalqın qəhrəmanlığını və şəhidlərin müqəddəs ruhunu ehtiramla əks etdirir.

“Payız çöhrəsində yazdı 44 Gün” ün annotasiyasında oxuyuruq:

“Şair-publisist Tapdıq Əlibəylinin, qayəsi “Qarabağ Azərbaycandır!” həqiqət-deyimi olan “Payız çöhrəsində yazdı 44 Gün” poetik toplusuna işğal edilmiş yurd yerlərimizin ağrı-acılarından yoğrulmuş və müzəffər ordumuzun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin Qələbə ovqatı ilə süslənmiş şeirlər daxil edilmişdir.

Müəllifin Vətənə, ulusa olan qızğın şair sevgisiylə, yağı tapdağında inləyən əsir torpaqlarımızın yanğısıyla illər öncə qələmə aldığı “Torpağın səsi” kitabındakı “Zəfər ovudacaq torpağın ahın” düşüncə-ümidinə, özünün dediyi kimi Zəfər Günümüz gözaydınlığı oldu.”

Bürüsə də duman, çən Qarabağı,

Zəfər çiçəklədi bağrının dağı.

Yadda boz illərin çiskin-sazağı...

Payız çöhrəsində yazdı 44 Gün.

Döyüş meydanında yenildi yağı,

Düşmən sırğa etsin qoy ağ bayrağı!

Sərkərdə gur çatıb zəfər ocağı...

Qələbə tarixi yazdı 44 Gün!

“Payız çöhrəsində yazdı 44 gün” şeirlər toplusu yalnız Tapdıq Əlibəylinin şeir dünyasını genişləndirmir, həm də onu müasir Azərbaycan ədəbiyyatında daha da parlaq bir şəxsiyyət kimi tanıdır. Kitabın təqdimatı və müzakirələri bu dövrün böyük hadisəsi ilə, yəni Vətən müharibəsi ilə bağlı bir daha onu oxucuların yaddaşına həkk edir. Şairin bu əsəri həm də bir bədii sənət əsəri olaraq, müharibənin insan psixologiyasına, xalqın birliyinə və mənəvi qüvvətinə dərin baxışla yazılıb.

Məncə, Tapdıq Əlibəyli ədəbi irsindəki mənəvi yüksəlişlə soz ucalığında olan şairlərdəndir. Çünki onun yaradıçılığı sözün mənəvi və ruhi bir yüksəkliyə, dərinliyə çatmasını özündə ehtiva edir. Bəli, "mənəvi yüksəliş" insanın daxili inkişafını, ruhani və intelektual inkişafını, "söz ucalığı" isə sözün yüksək, təsirli, zəngin və mənalı bir şəkildə işlədilməsinə bağlıdır. Birlikdə bu ifadə sözün bir vasitə olaraq insanın mənəvi və ideoloji yüksəlişinə xidmət etməsini, eyni zamanda sözün gücünün nə qədər böyük və təsirli olduğunu vurğulayır.

Tapdıq Əlibəyli bu il 65 yaşını qeyd edir. Yaratdığı əsərlərlə Azərbaycan poeziyasına qiymətli töhfə verən şairin həyatında bu yaş həm də mənəvi yüksəlişlə soz ucalığında olmaqzamanıdır.

Əzizim Tapdıq bəyi bu yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Uca Tanrıdan ona möhkəm cansağlığı, uzun ömür və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayıram. 65 yaş hər bir yaradıcı insan üçün illərin təcrübəsi ilə ən məhsuldar dövr ola bilər. İnanıram ki, Tapdıq Əlibəyli vətənə və xalqa xidmət edən söz incisi ilə daha da yüksək zirvələrə yüksələcək.

VÜQAR ƏHMƏD,
“Turan”ın xalq şairi,
Filologiya üzrə elmlər doktoru, professor,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

1-07-2025, 12:01

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.

gundem / medeniyyet / manset

20-02-2026, 18:26

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

gundem / medeniyyet / manset

21-11-2025, 20:15

TAİB-in aydınları- Tapdıq Əlibəyli

gundem / medeniyyet / manset

30-06-2025, 16:11

Könül adamı...

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 16:56
    05 iyun 2026-cı il tarixində “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi” ilə “Müasir Xəzər Tədris Mərkəzi” arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.
  • Dünən, 11:47
    AFFA niyə Avropa çempionlarını təbrik etmədi?
  • Dünən, 11:40
    “Azeri Light” 100 dollardan ucuz satılır
  • Dünən, 11:34
    Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
  • Dünən, 11:23
    Məhkəmə sədrinə ağır itki
  • Dünən, 11:20
    Millimiz Almaniya ilə qarşılaşacaq
  • Dünən, 11:15
    Vəliəhd şahzadənin vəziyyəti ağırdır - Ağciyər transplantasiyası siyahısına salındı
  • Dünən, 11:09
    Süni intellekt “super peyvənd” hazırladı
  • Dünən, 11:06
    İran ABŞ bazalarını hədəf aldı
  • Dünən, 10:59
    Hörmüz üzərində 4 İran PUA-sı vuruldu
  • Dünən, 10:56
    “Başqa çıxış yolu yoxdur, sonda razılaşmağa məcbur olacaq”
  • 5-06-2026, 16:53
    Son döyüş – qəhrəmanlıq fəlsəfəsi...
  • 5-06-2026, 15:57
    “Sonsuz intellektin təzahürləri” kitabından epizodlar
  • 5-06-2026, 15:03
    Qibləgahım, səcdəgahım, üçrəngli Türk bayrağı...
  • 5-06-2026, 10:28
    KİTAB TƏQDİMATI
  • 5-06-2026, 09:00
    7 il sonra Şimali Koreyaya səfər edəcək
  • 5-06-2026, 08:56
    Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi
  • 5-06-2026, 08:53
    ABŞ Kuba prezidenti və ailəsinə sanksiya tətbiq etdi
  • 5-06-2026, 08:50
    “İrandan sonra Kuba ilə məşğul olacağıq”
  • 5-06-2026, 08:40
    “Bu ölkələrə getməyin” - ABŞ-dən xəbərdarlıq
  • 5-06-2026, 08:32
    “Xamenei ilə görüşməyim mümkündür, şərəf duyardım”
  • 5-06-2026, 08:21
    Gediş haqqını ödəməmək üçün sürücünü döyüb xəstəxanalıq etdilər - Rusiyada qəribə olay
  • 5-06-2026, 08:17
    Genetik saatla insanın ömrünü bilmək real ola bilər
  • 5-06-2026, 08:14
    “Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik”
  • 5-06-2026, 08:11
    “Liverpul”un yeni baş məşqçisi o oldu
  • 4-06-2026, 21:57
    ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib
  • 4-06-2026, 18:54
    SÖZ VƏ ZƏKA NURUNA BÜRÜNMÜŞ AZMAN AYDIN
  • 4-06-2026, 17:25
    Əsl dostluq – Etibar və sədaqətin əbədi ünvanı...
  • 4-06-2026, 14:45
    Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı
  • 4-06-2026, 14:42
    Sabah 32° isti olacaq
  • 4-06-2026, 14:38
    Mourinyo Türkiyəni Avropa Məhkəməsinə - Şikayət etdi
  • 4-06-2026, 14:35
    Ali Məhkəmədən xəbərdarlıq - Bu pullar geri qaytarılmır
  • 4-06-2026, 14:32
    Şuşada infrastruktur layihəsi üzrə tikinti işləri davam etdirilir
  • 4-06-2026, 14:29
    “Bizim millimiz müdafiə futbolu oynamır”
  • 4-06-2026, 14:25
    Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə