• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi

gundem / siyaset / manset

12-03-2026, 14:56

Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Bakı beynəlxalq tədbirlərə ev sahibliyi edən, sabitliyi və strateji baxışı ilə seçilən dövlət kimi artıq qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Azərbaycanın paytaxtı təkcə regional deyil, həm də Avrasiya miqyasında dialoq, əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas mərkəzlərdən biri kimi tanınır. Bu reallığın arxasında isə uzaqgörən siyasi kurs, balanslı xarici siyasət və ölkəni qlobal tərəfdaşlıqların vacib iştirakçısına çevirən dövlət başçısının ardıcıl düzgün strategiyası dayanır.

Məhz bu kontekstdə 2026-cı il martın 11-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və verilən bəyanatlar Avropa İttifaqı Şurası ilə Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir.

İqtisadi göstəricilər də bu dinamikanı aydın şəkildə təsdiqləyir. Prezidentin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir.

Eyni zamanda, əməkdaşlıq artıq yalnız ticarət müstəvisində deyil. Qarşılıqlı investisiyalar, sənaye layihələri və yeni maliyyə imkanları tərəfdaşlığın iqtisadi əsaslarını daha da gücləndirir. Azərbaycan artıq təkcə investisiya cəlb edən ölkə deyil, həm də Avropada aktiv sərmayə yatıran dövlət kimi çıxış edir.

Azərbaycan–Aİ münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha sistemli və uzunmüddətli xarakterə gətirib.

Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın enerji resurslarını idxal edir. Bu göstərici Azərbaycanı boru kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən aparıcı ölkələrdən birinə çevirib.

Bu prosesdə mühüm rol oynayan layihə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir. Məhz bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və alternativ enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir.

Prezident İlham Əliyevin bəyanatına görə, yaxın iki-üç il ərzində Azərbaycan qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində mövcud həcmlərə əlavə olaraq minimum 10 milyard kubmetr qazın bazara çıxarılması nəzərdə tutulur.

Azərbaycan enerji əməkdaşlığını yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşdırmır. Dövlət başçısının vurğuladığı kimi, ölkə paralel olaraq bərpaolunan enerji istiqamətində də böyük layihələr həyata keçirir.

Külək, Günəş və su elektrik enerjisi üzrə geniş potensiala malik olan Azərbaycan yaxın 5–6 il ərzində ixrac üçün hazır olan 6–8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində isə günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir.

Bu istiqamətdə Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dənizaltı enerji kabelləri və yeni enerji infrastrukturu layihələri müzakirə olunur ki, bu da gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni sülh mühitidir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, dövlət başçısının qeyd etdiyi kimi, ölkə yalnız son yeddi ay ərzində tam sülh şəraitində yaşamağa başlayıb.

Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi regionda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradıb. Artıq iqtisadi əməkdaşlıq istiqamətində də konkret addımlar atılır. Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb, eyni zamanda digər ölkələrdən Ermənistana yönələn yüklərin Azərbaycan ərazisindən tranziti üçün məhdudiyyətlər aradan qaldırılıb.

Bu addımlar yalnız siyasi bəyanatlar deyil, real əməkdaşlıq nümunələri kimi sülh prosesinə praktiki məzmun qazandırır. Orta Dəhliz və yeni iqtisadi imkanlar da zamanın prioritet mövzularındandır.

Regionda sülh mühitinin yaranması logistika və nəqliyyat sahəsində də yeni perspektivlər açır. Xüsusilə Orta Dəhliz layihəsinin genişlənməsi Avropa ilə Asiya arasında ticarət əlaqələrinin daha sürətli və təhlükəsiz şəkildə inkişafına imkan verir.

Azərbaycanın coğrafi mövqeyi bu marşrutda mühüm tranzit rolunu təmin edir. Bakı artıq Şərq–Qərb nəqliyyat xəttinin əsas qovşaqlarından biri kimi çıxış edir və bu mövqe ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır.

Bütün bu amillər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yalnız enerji və ticarətlə məhdudlaşmır. Bu əməkdaşlıq təhlükəsizlik, logistika, yaşıl enerji, investisiya və regional sabitlik kimi çoxşaxəli sahələri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Prezident İlham Əliyevin bəyanatında ifadə olunan fikirlər Azərbaycanın həm regional, həm də qlobal səviyyədə məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini göstərir. Siyasi iradə, iqtisadi potensial və sülhə yönəlmiş siyasət Azərbaycanın Avropa ilə münasibətlərini daha da dərinləşdirəcək əsas faktorlar kimi qiymətləndirilə bilər.

Bu baxımdan, Bakıda keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, eyni zamanda Avrasiyada formalaşan yeni əməkdaşlıq arxitekturasını da əks etdirən mühüm siyasi hadisə kimi tarixə düşür.


www.AzadMedia.az

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

17-10-2025, 16:01

Pərvanə İmamquliyeva: "Müstəqil Azərbaycan dünyanın lider dövlətlərdən birinə çevrilməkdədir".

gundem / siyaset / manset

22-10-2025, 14:03

İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul etdi

gundem / siyaset / manset

18-02-2026, 11:16

Siyasi etimad və əməkdaşlıq

gundem / siyaset

3-09-2025, 20:39

Azərbaycanın strateji diplomatiyasının yeni mərhələsi başlayır

gundem / manset

11-05-2024, 19:48

Bakıdan Avropa İttifaqına ünvanlanan mesaj - “Kaspi”nin TƏHLİLİ

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • Bu gün, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • Bu gün, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Bu gün, 11:01
    Sürücülərin nəzərinə!
  • Dünən, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Dünən, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Dünən, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Dünən, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Dünən, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Dünən, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Dünən, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Dünən, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Dünən, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dünən, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Dünən, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Dünən, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Dünən, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Dünən, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Dünən, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Dünən, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • 5-11-2026, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • 5-11-2026, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • 5-11-2026, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə