• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tapdıq Əlibəyli – 65

gundem / medeniyyet / manset

Bu gün, 15:50

Tapdıq Əlibəyli – 65
ZAMANIN FÖVQÜNDƏ OLAN ŞAİR

Zaman hər kəsi sınağa çəkir. Bu həyatın dəyişməz qanunudur. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə əksinə, çətinliklərin ağırlığı altında sınır. Kimi sözü ilə, kimi əməli ilə bu sınaqdan keçir və hər kəs öz mahiyyətini zamanın aynasında göstərir. Elə insanlar var ki, zaman onlardan sadəcə keçib getmir; əksinə, onların daxilindən süzülərək dərin bir mənaya, hikmətə çevrilir. Məhz belə şəxsiyyətlər cəmiyyətin və ədəbiyyatın yaddaşında iz qoyur. Ədəbi camiədə isə bu cür insanlar çox nadir yetişir.
Şair Tapdıq Əlibəyli də məhz bu nadir şəxsiyyətlərdəndir. O, sözün həqiqi mənasında şairdir - sözü duyan, ona can verən, hissləri incə çalarları ilə ifadə etməyi bacaran sənətkardır. Eyni zamanda, o, insan kimi də öz bütövlüyünü qoruyan, mənəvi dəyərlərə sadiq qalan, saf və səmimi bir şəxsiyyətdir.
Dağlar qoynunda yerləşən Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açması onun taleyində təsadüfi bir məqam deyil. Uşaqlıqdan nəfəsinə qarışan saf dağ havası, təbiətin sakitliyi və ucalığı onun ruhunun formalaşmasında mühüm rol oynamışdır. Bu mühit insanın daxilində təmizlik, saflıq və həssaslıq yaradan təbii bir məktəb kimidir. Bununla yanaşı, onun şəxsiyyətinin formalaşmasında genetik irs və sosial mühit də az rol oynamamışdır.
Bütün bu amillərin vəhdəti nəticəsində o, həm mənəvi, həm də fiziki aləmin incəliklərini dərindən duymağı bacaran bir sənətkara çevrilmişdir. Bu duyum, bu həssaslıq onun sözündə, misralarında öz əksini tapır. O, sözü sadəcə ifadə vasitəsi kimi deyil, ruhun aynası, düşüncənin səsi kimi təqdim edir. Elə buna görə də Tapdıq Əlibəyli sözün əsl mənasında söz sərrafıdır - hər kəlməni seçən, ona dəyər verən və onu mənaya çevirən nadir sənətkarlardan biridir.
Tapdıq Əlibəyli publisistik məqalələrinin birində yazır: “Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var.
Hansı ki mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət... Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii - “nizamlı” söz - şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.”
Özünün dediyi kimi, söz nizamının işığında sözün heyrətinə bələnə-bələnə ömür təqviminin 65 ilini tamamlamaqdadır Tapdıq Əlibəyli.

Söz sərrafı sığal çəkər sözünə,
Təriflənsə, həya çökər üzünə.
Sözdən elə saray tikər özünə,
Bülənd olar goy üzünə sədası.

Son dövrdə şeir yazanların sayı artıb, lakin əsl, özünəməxsus və şeiriyyəti dərin mənaya malik şairlər şübhəsiz ki, azdır. Bu ədəbi fonda Tapdıq Əlibəyli sözə sığal çəkib ona yeni məna qataraq, şeirin və sözün həqiqi təmsilçisinə çevrilir. O, göstərir ki, hər zaman sözün, şeirin və ədəbiyyatın keşiyində duran, təxəyyülü zəngin və ifadəsi güclü şairlər var və onlar öz poetik inciləri ilə ədəbiyyatımıza dəyər qatır.
Çağdaş ədəbiyyatımızda poeziyanı təkcə təmsil etməklə qalmayan, ona yeni bir nəfəs, rəng və şirinlik verən Tapdıq Əlibəyli, hər zaman bizim yolumuzu işıqlandıran, ruhumuzu qidalandıran bir bələdçimizdir. Onun şeirləri yalnız poetik məzmunu ilə deyil, həm də içindəki həyat fəlsəfəsi və bədii üslubunun incəliyi ilə diqqəti cəlb edir. Bu baxımdan, Tapdıq Əlibəylinin üslubu sadəcə müasir poeziyanın qiymətli bir nümunəsi deyil, həm də ədəbiyyatımızın gələcəyinə işıq tutan bir xəzinədir. Düşünürəm ki, onun əsərləri, hərtərəfli araşdırılmalı, daha dərindən öyrənilməli və dəyərləndirilməlidir.
Bəzən mənə elə gəlir ki, Tapdıq Əlibəylini şair olaraq ilk kəşf edən insan mənəm. Yəqin ki, bu hiss müəllifi olduğum və Tapdıq müəllimin redaktoru olduğu, ön söz yazdığı “Eşqnamə” əsəri üzərində birlikdə çalışmamızdan və bu çalışma sayəsində ona daha yaxından bələd olmamdan irəli gəlir. Təmiz ürəkli, xoş diləkli və zəngin iç dünyası olan bu insan ədəbi camiədə özünəməxsus bir yer tutub.
Əminəm ki, Tapdıq Əlibəyli. sözünə olan məhəbbət və hörmət sayəsində, ədəbiyyatımızda silinməyən dərin izlər buraxacaq və əsərləri gələcək nəsillər tərəfindən də hər zaman sevilərək zaman-zaman oxunacaq. Çünki onu yaradıçılığı zamanın fövqündədir.
Tapdıq Əlibəylinin sözə sığal çəkmək bacarığı da özünəməxsusdur - hər bir ifadə sanki bir naxış kimi ortaya çıxır. Məsələn, “Payız çöhrəsində yazdı 44 Gün” kitabını oxuyarkən sanki təsirli bir filmə tamaşa edirsən. Qeyd edim ki, bu əsər nəşr tarixi etibarı ilə Zəfərlə nəticələnən Vətən müharibəsi (Qarabağ) mövzusunda ilk poetik salnamədir.
Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı…
Payız çöhrəsində yazdı 44 gün.
Əminliklə demək olar ki, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndilərindən biri olan Tapdıq Əlibəylinin yaradıcılığı, ədəbiyyatımıza dəyərli bir töhfədir. Aşağıdakı bəndin prototipi də elə sevimli şairimizdir.

Şairlər duyğusal, kövrək olurlar,
Elə bil nur üzlü mələk olurlar,
Möhürü söz olur, qibləsi sevgi,
Qəlbinin səsiylə ahəng olurlar.

Söz dəryasına dalmaq, onun dərinliklərinə enmək hər şairin qismətinə düşməz. Sözün hər incəliyini və gözəlliyini axtarıb tapmaq üçün bu dərinliklərə qəvvas kimi enən şairlər həqiqətən də tərifə layiqdir. Necə ki, özünün də dediyi kimi:
Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci gəzirım.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.
Tapdıq Əlibəylinin ən diqqətçəkən və təqdirəlayiq xüsusiyyətlərindən biri onun insanlara olan dərin həssaslığı və yüksək dəyər verməsidir. O, Azərbaycana layiqincə xidmət etmiş, xalqının rifahı üçün çalışan şəxsləri mütəmadi olaraq gündəmə gətirir və dünyasını dəyişənləri heç vaxt unutmur, həmişə onların xatirəsini yad edir və bizə onların töhfələrini xatırladır.
Bu xüsusiyyətini nəzərə alaraq, Tapdıq Əlibəyliyə həsr etdiyim şeiri məmnuniyyətlə xatırlamaq istəyirəm:

Şair var boğulur öz göz yaşında,
Şair var heç adı yox baş daşında,
Şair var yüz sual var baxışında,
Sağ ol ki, hər kəsi yada salırsan.

Şair var gəlməyir səsi- sorağı,
Şair var yazdığı yalnız bayağı,
Şair var sönübdür ömür çırağı,
Sağ ol ki, hər kəsi yada salırsan.

Böyük ürəyin var, böyük amalın,
Tapdıq Əlibəyli, nurdur camalın,
Ünvanlar dolanır şair xəyalın,
Sağ ol ki, hər kəsi yada salırsan.

Çingiz Ərəblidir gördüyün yazan,
Yazdığı zamanda verildi azan...
İmzalar içində seçilir imzan,
Sağ ol ki, hər kəsi yada salırsan.

Tapdıq Əlibəyli həm də sədaqətli dostdur. Onunla söhbət etmək insanı daxilən rahatlaşdırır. Saçlarının ağarması və həyatın üzündə çəkdiyi naxışlar onun nurani çöhrəsinə yaraşır və əzəmətini artırır. Əlbəttə, bu onun qocalmasından yox, ucalmasından xəbər verir. Şair dostuma ithaf olaraq yazdığım kimi:

Şair dostum, gör bizi zaman necə qocaltdı;
Saçımıza dən salıb, gündən-günə çoxaltdı.
Bəlkə, heç zaman bizi qocaltmadı, ucaltdı...
Deyim var ki, başında zirvələrin qar olar.

Ruhumuzsa cavandır, sanki on beş yaşında,
Onun da ağ yoxdu ki, nə "saçında", "qaşında".
Bir ömürlük hakimdir qəlb evinin başında,
Vaxt gələr ki, ruhumuz əbədiyə yar olar.

Ağaran tək saç olsun, ürək qocalmasın heç,
Ömrümüzdən qoy illər təki bac almasın heç,
Dostlarımız ucalsın düşmən ucalmasın heç,
Yoxsa ki hər günümüz ancaq ahu-zar olar...

Tapdıq Əlibəyli yaradıcılığı çağlayan çeşmədir. O bulaqdan içmək könülləri saflaşdırır. Arzu edirəm ki, şairin həyata, sözə olan eşqi heç vaxt səngiməsin. İlhamı daim kükrəsin, qələmi kəsərli olsun. Bu yaşında belə yorulmadan çalışan Tapdıq Əlibəyliyə bəd nəzərdən, pis gözlərdən üzaq olmasını diləyirəm.
65 yaşın zirvəsindən üzü 100 ilin zirvəsinə ucalasan, əziz dost!

Hacı Çingiz ƏRƏBLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
Bilgəh Sağlamlıq Mərkəzinin Baş Həkimi

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet

10-02-2026, 15:16

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

gundem / medeniyyet / manset

20-02-2026, 18:26

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

gundem / medeniyyet / manset

4-04-2026, 12:12

Tapdıq Əlibəyli – 65

gundem / medeniyyet

6-04-2026, 16:14

Tapdıq Əlibəyli – 65

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:50
    Tapdıq Əlibəyli – 65
  • Bu gün, 15:12
    Ankarada “Suverenliyimizi Qazanan Şanlı Zəfər” sərgisi keçirilib
  • Bu gün, 14:12
    YALAN AYAQ TUTAR, YERİMƏZ
  • Bu gün, 13:19
    Qəzalarda 33,6 faiz şəxs bu səbəbdən ölüb
  • Bu gün, 13:15
    Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
  • Bu gün, 13:12
    İtkin kimi axtarılırdı - Restoranda ölübmüş
  • Bu gün, 13:08
    7 yaşlı qız kanalda boğuldu
  • Bu gün, 13:02
    Azərbaycan millisi Gürcüstanla üz-üzə
  • Bu gün, 12:57
    Tiktoker insan alverinə görə həbs olundu
  • Bu gün, 12:54
    Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
  • Bu gün, 12:51
    Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı
  • Bu gün, 12:48
    “O gün ən böyük sevgimi itirdim...”
  • Bu gün, 12:44
    Neftimiz yenə ucuzlaşdı
  • Dünən, 12:23
    Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
  • Dünən, 11:17
    Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...
  • Dünən, 11:11
    Migel Dias-Kanel: "İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər"
  • Dünən, 11:07
    Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT
  • Dünən, 11:02
    Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır
  • Dünən, 10:59
    Sürücülərə təkər bazarı ilə bağlı xəbərdarlıq: Alarkən mütləq diqqət edin
  • Dünən, 10:55
    Hasil Abbasov müavini işdən çıxardı, şöbə rəhbərini onun yerinə təyin etdi
  • Dünən, 10:51
    Anar İsrafilov baş həkimi direktor əvəzi təyin etdi
  • Dünən, 10:40
    Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 10:36
    Gəlir vergisi artıq belə bəyan ediləcək
  • Dünən, 10:32
    Azərbaycan nefti 5 dollara yaxın bahalaşdı - Yeni qiymət
  • 9-04-2026, 20:06
    Elm, təcrübə və gələcək peşələr: Şirvan məktəblilərinin istehsalatla tanışlığı
  • 9-04-2026, 17:27
    İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
  • 9-04-2026, 17:15
    Müharibə əlilinin sosial hüquqlarının bərpası ilə bağlı açıq müraciəti
  • 9-04-2026, 16:37
    Tahir Gözel Müşahidə Şurasının sədri oldu
  • 9-04-2026, 16:34
    Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi
  • 9-04-2026, 14:29
    Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
  • 9-04-2026, 14:25
    Yaşar Əməşov rəis müavini təyin edildi
  • 9-04-2026, 14:13
    AFFA Ehtiram Quliyevi 15 min cərimələdi
  • 9-04-2026, 13:24
    "Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu
  • 9-04-2026, 12:50
    Prezident Litvanın Baş nazirini və türk naziri qəbul etdi
  • 9-04-2026, 11:51
    GİKM tərəfindən infosessiyalar vasitəsilə 2000-dən çox gənc əhatə olunub.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə