• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tapdıq Əlibəyli – 65

gundem / medeniyyet

6-04-2026, 16:14

Tapdıq Əlibəyli  – 65
TAPDIQ ƏLİBƏYLİNİN POEZİYASI: ƏNƏNƏ VƏ SƏMİMİYYƏT

Müasir Azərbaycan poeziyasında, ədəbi mühitdə xüsusi dominant mövqe tutan şairlər olduğu kimi, daha sakit, iddiasız, lakin öz daxili poetik dünyasını qoruyub saxlayan müəlliflər də var. Tapdıq Əlibəyli məhz bu tip şairlərdən biri kimi diqqəti cəlb edir. Onun şeirləri oxucuda səmimi duyğuların, klassik poetik ənənəyə bağlılığın və şəxsi həyat təcrübəsinin ifadəsi kimi maraq doğurur.
Tapdıq Əlibəylinin “Qəbdən qələmə” duyğu-söz çələngi ilə baş-başayam. Düşüncələrimi də elə bu ovqatda bölüşnək istərdim. Kitabda toplanmış şeirlər mövzu baxımından rəngarəngdir. Burada həm söz və şeir haqqında düşüncələr, həm vətənpərvərlik motivləri, həm də sevgi, xatirə və həyat fəlsəfəsi öz əksini tapır. Müəllifin “Şeir - bir ruh, könül işi” kimi yanaşması onun poetik dünyasının əsas istiqamətini müəyyənləşdirir.

Düzdəsə sözun düzu,
Sübhədək inləmişəm...
Başıma çəkib sözü,
Özümü dinləmışəm...

Bu misralarda şair üçün söz ifadə vasitəsi olduğu qədər də mənəvi dayaq, daxili aləmin aynasıdır.
Tapdıq Əlibəylinin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri onun klassik üsluba yaxınlığıdır. Qafiyə, ritm və bədii təsvir vasitələri ənənəvi çərçivədə qurulur. Bu isə bir tərəfdən şeirlərin oxunaqlığını artırır, digər tərəfdən isə yenilik axtaran oxucu üçün müəyyən sadəlik təsiri yaradır. Məsələn, “Şairlər”, “Yanğı həzzi”, “Şeir - sözün ən göyçəyi” kimi nümunələrdə şair sözə, şeirə, sənətə münasibətini klassik poetik qəliblər daxilində ifadə edir.
“Şairlər” şeirində o, şair obrazına özünəməxsus yanaşma təqdim edir. Müəllif şairləri “eşq sərxoşu”, “söz pərvanəsi” kimi təsvir etməklə onların sözə və ilhama bağlılığını ön plana çıxarır. Burada şair obrazı adi insan yox, daha çox yanaraq yaşayan, söz uğrunda əzab çəkən bir varlıq kimi təqdim olunur. Şeirdə diqqət çəkən əsas məqamlardan biri sözlə şair arasındakı ayrılmaz bağlılıqdır. Bu bağlılıq şairin taleyinin əsas yükü kimi təqdim olunur. “Şair ürəyinə güllə çaxılıb” misrası bu mənada şair taleyinin ağrılı tərəfini ifadə edir.
Eyni zamanda, şeirdə şairin həqiqəti demək missiyası da vurğulanır.

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb...

Şairlər vurnuxur yer-göy üzündə,
Könlünü oxşayan sözlə ovunur.
Düzünü söyləyir, qalsa da düzdə...
Özünün odunda sözü qovurur.

“Düzünü söyləyir, qalsa da düzdə” misrası göstərir ki, şair cəmiyyət qarşısında məsuliyyət daşıyan bir obrazdır. O, çətinliklərə baxmayaraq sözünü deməkdən çəkinmir.
Ümumilikdə, bu şeirdə Tapdıq Əlibəyli şairliyi həm ilahi ilham, həm də daxili yanğı kimi təqdim edir. Şair obrazı idealizə olunsa da, bu ideal daha çox səmimi və ənənəvi təsəvvürlər üzərində qurulub. Bu isə müəllifin poeziyaya yanaşmasının sadə və klassik ruhda olduğunu göstərir.
Şeirin son bəndində isə klassik ədəbiyyata, xüsusilə Nəsimi irsinə bir işarə hiss olunur.

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan...
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!.

“Dərisi soyulub, ancaq haqq səsi / Susmayıb...” misraları Nəsiminin taleyini xatırladır. Bu paralel vasitəsilə müəllif şairin haqq söz uğrunda çəkdiyi əzabları daha da ümumiləşdirir və onu tarixi bir kontekstə bağlayır.
Beləliklə, şair obrazı yalnız fərdi deyil, həm də ənənədən gələn bir davam kimi təqdim olunur. Bu isə Tapdıq Əlibəylinin poeziyasında klassik düşüncəyə bağlılığın bir daha təsdiqi kimi görünür.
Şairin yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Şəhidlərə həsr olunmuş silsilə şeirlər müəllifin vətəndaş mövqeyini açıq şəkildə ortaya qoyur. Bu şeirlərdə emosional yük yüksəkdir, duyğunun birbaşa ifadəsi ön plandadır.

Şəhidin qan yeri -
Torpağın san yeri!
Hər qarış Vətəndir,
Şəhidi an, yeri!..

Ücrəngli bayrağım -
Hürriyət sorağım!
Azadlıq yolunda
Şəhidlər çıragım. –

kimi bəndlər səmimiliyi əks etdirsə də, şeirlərdə publisistik çalarları artırır.
Tapdıq Əlibəylinin şəhidlərə həsr olunmuş silsilə şeirləri var. General Polad Həşimova həsr olunan “Bayraq dalğalandı şəhid adınla”, polkovnik Şükür Həmidova ünvanlanan “Qəhrəman polkovnik Şükür Həmidov”, əfsanəvi qəhrəman Mübariz İbrahimov haqqında yazılan “Mübariz” kimi şeirlərində müəllif konkret şəxsiyyətlərə müraciət edir və onların qəhrəmanlığını poetik şəkildə təqdim etməyə çalışır. Bu şeirlərdə əsas diqqət bədii mürəkkəblikdən çox, duyğunun birbaşa ifadəsinə yönəlir.
Müəllif burada daha çox vətəndaş mövqeyindən çıxış edir. Şəhid obrazı ideallaşdırılır, onların adı Vətən, bayraq və zəfər anlayışları ilə eyniləşdirilir. Emosional ton yüksəkdir, şeirlərdə çağırış və tərənnüm ruhu aydın hiss olunur. Bu baxımdan, həmin nümunələr də, publisistik-lirik xarakter daşıyır və müəllifin daxili vətən sevgisinin ifadəsi kimi diqqət çəkir.
Sevgi və xatirə motivləri də müəllifin yaradıcılığının mühüm hissəsini təşkil edir. “Bir ev vardı”, “Sevərdim yenə səni”, “Olmazdım sanki” kimi şeirlərdə daha yumşaq, lirizmə yaxın bir dil var. Bu mətnlərdə səmimiyyət daha qabarıq hiss olunur və şairin fərdi duyğu dünyası oxucuya daha yaxın gəlir. Xüsusilə keçmişə dönüş, uşaqlıq xatirələri və ailə obrazları üzərində qurulan şeirlər daha uğurlu təsir bağışlayır.
Tapdıq Əlibəylinin dili sadə və aydındır. O, mürəkkəb sintaktik quruluşlardan qaçır, fikrini daha çox birbaşa və anlaşıqlı şəkildə ifadə edir. Bu xüsusiyyət şeirləri geniş oxucu kütləsi üçün əlçatan edir.
Ümumilikdə, şairin şeirləri daha çox müəllifin daxili dünyasının səmimi ifadəsi kimi dəyərləndirilə bilər. Tapdıq Əlibəyli öz poetik xəttini qoruyan, ənənəyə bağlı, özünəməxsus ədəbi üslubu olan bir şairdir. Ona ömür təqviminin 65 illik şərəfli və mənalı yubileyi ərəfəsində möhkəm cansağlığı, uzun ömür və daim yüksələn əhval-ruhiyyə arzulayıram. Arzu edirəm ki, yaradıcılıq yolunda yeni-yeni uğurlara imza atsın, ilhamı heç vaxt tükənməsin, hər bir əsəri ilə oxucuların, qədirbilənlərin qəlbini fəth etməyə davam etsin. Həyatının bu gözəl mərhələsi ona sevinc, qürur və yeni zirvələr bəxş etsin.

Yusif NƏĞMƏKAR,
yazıçı-şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
31.03.2026-ci il

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

1-07-2025, 12:01

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.

gundem / medeniyyet

10-02-2026, 15:16

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

gundem / medeniyyet / manset

22-07-2025, 10:30

TAPDIQ ƏLİBƏYLİNİN ŞEİRİYYƏT ŞÖLƏSİ

gundem / medeniyyet / manset

20-02-2026, 18:26

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:17
    Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
  • Dünən, 12:08
    Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
  • Dünən, 11:52
    Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
  • Dünən, 11:43
    “Honeywell” Qarabağda - Ağdamda qaz sayğacı zavodu qurulur
  • Dünən, 11:35
    “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı
  • Dünən, 11:30
    Prezident Melonini təbrik etdi
  • Dünən, 11:26
    ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi
  • Dünən, 11:21
    Driskolun səlahiyyətlərini o icra edəcək
  • Dünən, 11:18
    Trampa sui-qəsd cəhdinə rəğmən - 35 illik təhlükəsizlik siyasətini yeniləməyiblər
  • 3-09-2026, 13:42
    Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
  • 3-09-2026, 13:39
    Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
  • 3-09-2026, 13:35
    “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
  • 3-09-2026, 13:03
    Nazirlik əməkdaşı vəfat etdi
  • 3-09-2026, 13:00
    Neftimiz bu gün də bahalaşdı
  • 3-09-2026, 12:57
    ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi
  • 3-09-2026, 11:33
    İrandan ABŞ-nin “mülki şəxsləri hədəf almırıq” açıqlamasına - Reaksiya
  • 2-09-2026, 13:27
    İranda toya hücumda yaralananların sayı artdı
  • 2-09-2026, 13:00
    Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
  • 2-09-2026, 12:53
    “Azərbaycana marağın artması mühüm amillərlə şərtlənir”
  • 2-09-2026, 12:48
    Sabahdan I sinfə elektron qəbul yekunlaşır
  • 2-09-2026, 12:45
    Polina Rəhimova milli karyerasını başa vurdu
  • 2-09-2026, 12:41
    Dron qalmaqalı böyüyür - Almaniya Rusiyanı rəsmən ittiham etdi
  • 2-09-2026, 12:07
    Əvvəl bacısını, sonra özünü bıçaqladı
  • 2-09-2026, 11:31
    Gecəki gərginlik fonunda neft kəskin bahalaşdı
  • 2-09-2026, 11:24
    Mərmərə dənizində iki gəmi toqquşdu - İtkin düşənlər var
  • 2-09-2026, 11:21
    Parlamentdən də istefa verdi
  • 1-09-2026, 11:54
    Bakıda və rayonlarda leysan olub
  • 1-09-2026, 11:39
    Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
  • 31-08-2026, 16:03
    Şərəfin tarixi, ləyaqətin təntənəsi...
  • 31-08-2026, 15:27
    31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
  • 31-08-2026, 10:28
    Sizin də küçədə itlər adamlardan çoxdur?
  • 31-08-2026, 10:24
    Yasamal sakinlərinin nəzərinə!
  • 31-08-2026, 10:21
    Bakıda 1-6 yaşlı uşaqlar üçün fəaliyyət göstərən - Montessori Uşaq Akademiyası
  • 31-08-2026, 10:17
    Bu 6 yolda sıxlıq var - Siyahı
  • 31-08-2026, 10:12
    ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə