• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

WUF13: Azərbaycan müasir şəhərsalma modelini uğurla təqdim edir

gundem / sosial / manset

20-05-2026, 14:49

WUF13: Azərbaycan müasir şəhərsalma modelini uğurla təqdim edir
Məşhur Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışını Azərbaycanın müasir inkişaf fəlsəfəsinin və şəhərsalma strategiyasının beynəlxalq təqdimatı adlandırsaq, yanılmarıq.
Ölkə rəhbərinin çıxışı təkcə beynəlxalq tədbirdə edilən nitq deyil, həm də Azərbaycanın son illərdə həyata keçirdiyi inkişaf modelinin, şəhərsalma siyasətinin, tarixi-mədəni irsə münasibətinin və postmünaqişə dövründə quruculuq strategiyasının geniş siyasi təqdimatı kimi diqqət çəkir. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız enerji resursları ilə tanınan ölkə deyil, həm də dayanıqlı şəhərsalma, ekoloji transformasiya, müasir infrastruktur quruculuğu və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan dövlətə çevrilməkdədir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini və Azərbaycanın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Dövlət başçısı bu forumu COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi xarakterizə etdi. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq siyasi, iqtisadi və humanitar platformaların etibarlı mərkəzinə çevrilib.
Burada xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Prezident forumu sadəcə tədbir kimi deyil, Azərbaycanın reallıqlarının dünyaya təqdim olunması üçün imkan kimi qiymətləndirdi. İlk dəfə ölkəmizə gələn minlərlə qonağın Bakını və Azərbaycanın şəhərsalma siyasətini yaxından görməsi dövlətimizin “yumşaq güc” strategiyasının mühüm elementidir. Bu, həm də Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şərqlə Qərbin qovuşuğunda formalaşan şəhərsalma modeli də qonaqların diqqətini cəlb edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi və sivilizasiya mövqeyini xüsusi vurğulayaraq bildirdi ki, ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub. Bu fikir yalnız geosiyasi deyil, həm də memarlıq və şəhərsalma baxımından dərin məna daşıyır. Bakı şəhərinin simasında qədimliklə müasirliyin harmoniyası xüsusi şəkildə özünü göstərir.
İçərişəhərin qədim qala divarlarından bir neçə addımlıq məsafədə ultra müasir memarlıq nümunələrinin yerləşməsi Azərbaycanın inkişaf fəlsəfəsinin əsas mahiyyətini əks etdirir. Prezidentin qeyd etdiyi kimi, vaxtilə üç kilometr olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq müasir dənizkənarı məkana çevrilməsi planlı urbanizasiya siyasətinin nəticəsidir. Eyni zamanda, XIX əsr Avropa memarlıq üslubunda tikilmiş binaların qorunub saxlanılması göstərir ki, Azərbaycan modernləşməni tarixi irsin dağıdılması hesabına həyata keçirmir. Əksinə, dövlət siyasətinin əsas xətti tarixi irslə müasir inkişaf arasında balansın qorunmasına yönəlib.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması Prezident İlham Əliyevin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Dövlət başçısı çıxışında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə keçirilən milli şəhərsalma forumlarını xatırladaraq bildirdi ki, Azərbaycan postmünaqişə dövründə yeni urbanizasiya modeli formalaşdırır. Bu model təkcə yaşayış məntəqələrinin yenidən qurulmasını deyil, həm də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini, ekoloji yanaşmanı, dayanıqlı iqtisadiyyatı və müasir sosial infrastrukturu əhatə edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur bölgələri gələcəyin şəhərsalma laboratoriyası kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərlərinin memarlıq irsini xüsusi qürur hissi ilə təqdim edərək qeyd etdi ki, tarixi-mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şamaxıdakı 743-cü ilə aid qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Qəbələ və Şəkinin qədim abidələri, Kiş kəndindəki qədim kilsə, Lahıcın əsrlərlə işləyən mühəndis infrastrukturu Azərbaycanın zəngin sivilizasiya tarixinin göstəriciləridir.
Dövlət başçısının bu nümunələri sadalaması təsadüfi deyildi. Prezident bununla beynəlxalq ictimaiyyətə çatdırdı ki, Azərbaycan yalnız təbii sərvətlərə malik ölkə deyil, həm də minilliklərə söykənən yüksək şəhərsalma və memarlıq mədəniyyətinin daşıyıcısıdır. Xüsusilə diqqət çəkən məqam Şuşanın yenidən qurulması ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev Qarabağın tacı hesab edilən Şuşanın sıfırdan bərpa olunduğunu vurğulamaqla göstərdi ki, Azərbaycan dağıdılmış tarixi irsi bərpa etməklə milli yaddaşı və mədəni kimliyi də yenidən dirçəldir.
Prezident İlham Əliyevin çıxışının ən mühüm hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı oldu. Dövlət başçısı erməni işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə məhv edildiyini, Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Bu fikirlər təkcə dağıntının miqyasını göstərmirdi. Prezident bununla həm də Azərbaycanın həyata keçirdiyi bərpa prosesinin tarixi əhəmiyyətini diqqətə çatdırırdı. Çünki cəmi beş il ərzində bölgədə 70 kilometr tunel, yüzlərlə körpü, beynəlxalq hava limanları, dəmir yolları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa olunub. Azərbaycan postmünaqişə dövründə dünyanın ən böyük yenidənqurma layihələrindən birini həyata keçirir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 85 mindən çox insanın doğma torpaqlarına qayıtması dövlət siyasətinin uğurunu təsdiqləyir.
Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərdən biri də ekoloji bərpa və ətraf mühitin qorunması məsələləri idi. Dövlət başçısı Bakının XIX əsrdən başlayan neft sənayesi nəticəsində ciddi şəkildə çirkləndiyini qeyd etdi və son illərdə həyata keçirilən ekoloji layihələrin əhəmiyyətini vurğuladı. Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanizasiya və ekoloji transformasiyanın uğurlu nümunəsi kimi təqdim edildi. Prezident bununla göstərdi ki, Azərbaycan sənaye keçmişindən gələn ekoloji problemləri aradan qaldıraraq müasir, yaşıl və dayanıqlı şəhər konsepsiyasına keçid edir.
Son 20 ildə Bakıda yaradılan yüz park və ictimai məkan, mikromobillik layihələri, elektrik avtobusları və metro infrastrukturu da şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət edən strateji layihələrdir. Prezident İlham Əliyevin çıxışında istifadə etdiyi Formula 1 metaforası xüsusi siyasi məna daşıyırdı. Dövlət başçısı şəhərsalma prosesini Bakı Qran-Prisi ilə müqayisə edərək bildirdi ki, liderlər həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar. Bu yanaşma əslində Azərbaycanın inkişaf modelinin fəlsəfəsini ifadə edir. Yəni, ölkə sürətli modernləşmə yolunu seçsə də, bu proses tarixi yaddaşın və milli-mədəni irsin qorunması hesabına aparılmamalıdır. Prezidentin fikrincə, inkişafla irsin qorunması arasında düzgün balans qurulmalıdır.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini əks etdirən mühüm proqram xarakterli çıxış oldu. Bu nitqdə Azərbaycanın beynəlxalq nüfuzu, şəhərsalma siyasəti, tarixi-mədəni irsə münasibəti, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ekoloji transformasiya və dayanıqlı inkişaf modeli kompleks şəkildə təqdim edildi. Azərbaycan öz inkişaf yolunda yalnız iqtisadi göstəricilərə deyil, həm də insan amilinə, mədəni irsə, şəhər həyatının keyfiyyətinə və gələcək nəsillərin rifahına əsaslanan modern dövlət modeli formalaşdırır. Bu model isə artıq beynəlxalq miqyasda maraq doğuran və öyrənilən inkişaf nümunəsinə çevrilməkdədir.

www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / manset

19-05-2026, 11:54

Prezident İlham Əliyev çıxışında qlobal mesajlar verdi

sosial / manset

30-09-2023, 11:45

II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb

siyaset / manset

17-05-2026, 12:01

“Qarşıdakı 10 il həlledici mərhələ olacaq” - Qay Rayder

siyaset / manset

17-05-2026, 12:34

“Milli hökumətlər bu prosesdə fəal iştirak etməlidirlər” - Nga Kor Minq

gundem / sosial / manset

8-05-2026, 15:02

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:13
    Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var-Yenilənib
  • Bu gün, 10:09
    Generala ağır itki
  • Bu gün, 10:05
    Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
  • Bu gün, 10:03
    Fransada dəhşətli tornado - Anbaan görüntülər
  • Bu gün, 10:00
    Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib
  • Bu gün, 09:57
    Bu yollarda tıxac var - Siyahı
  • Bu gün, 09:54
    İran Rusiya ilə birgə yeni AES tikmək istəyir
  • Bu gün, 09:51
    “Hörmüz boğazı tam blokadaya alına bilər” - İrandan ABŞ-yə hədə
  • Bu gün, 09:48
    3 günlük atəşkəs başa çatdı
  • Bu gün, 09:44
    AfD Almaniyada qadağan edilə bilər
  • Dünən, 10:36
    2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
  • Dünən, 10:04
    Həftəyə tıxacla başladıq
  • Dünən, 09:56
    İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
  • Dünən, 09:52
    Bu ərazilərdə işıq olmayacaq
  • Dünən, 09:49
    Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”
  • Dünən, 09:45
    Şəmkirdə evdən kişi meyiti tapıldı
  • Dünən, 09:41
    “Qarabağ”dan çətin qələbə
  • Dünən, 09:37
    Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
  • Dünən, 09:34
    “Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
  • Dünən, 09:31
    51 yaşlı kişini maşın vurub öldürdü
  • 6-09-2026, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • 6-09-2026, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • 6-09-2026, 12:06
    Faktiki hava açıqlandı
  • 6-09-2026, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • 6-09-2026, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
  • 6-09-2026, 11:52
    “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • 6-09-2026, 11:47
    İsrail Livana cavab zərbələri endirib
  • 6-09-2026, 11:43
    “Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü
  • 6-09-2026, 11:39
    Danışıqları üç saatdan çox çəkdi - Yenilənib
  • 6-09-2026, 11:35
    “Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi
  • 6-09-2026, 11:31
    İranda yanacaq tankeri partladı - 10 ölü
  • 6-09-2026, 11:04
    Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
  • 5-09-2026, 21:23
    Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
  • 5-09-2026, 20:45
    Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
  • 5-09-2026, 18:21
    “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” nəşr olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə