
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1.73 ABŞ dolları və ya 1.7% azalaraq 100.57 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.3 ABŞ dolları olub.