• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şuşa Bəyannaməsi regional geosiyasəti dəyişdi

gundem / siyaset / manset

11-06-2026, 13:54

Şuşa Bəyannaməsi regional geosiyasəti dəyişdi
Məşhur Məmmədov
Milli Məclisin deputatı

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından 5 il ötür. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş dövlət arasında münasibətlərin hüquqi-siyasi əsaslarını möhkəmləndirən sənəd deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi strateji yol xəritəsidir.
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək onları strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatdırdı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixi köklərə əsaslanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları sənədin ideoloji mahiyyətini ifadə edir. Bu baxımdan Bəyannamə yalnız siyasi sənəd deyil, eyni zamanda ortaq tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə söykənən qardaşlığın rəsmi təsdiqidir.
Şuşa Bəyannaməsinin ən mühüm cəhətlərindən biri Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün istiqamətlər üzrə sistemli şəkildə inkişafını nəzərdə tutmasıdır. Sənəd siyasi dialoq, xarici siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, hərbi əməkdaşlıq, təhsil, mədəniyyət, media və diaspor fəaliyyətini əhatə edən geniş spektrli əməkdaşlıq platforması yaradır.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlər sistemində ən nümunəvi dövlətlərarası əməkdaşlıq modellərindən biri hesab olunur. Şuşa Bəyannaməsi isə bu modelin hüquqi əsaslarını daha da möhkəmləndirərək tərəflərin qarşılıqlı dəstəyini və birgə fəaliyyətini strateji öhdəlik səviyyəsinə yüksəldib.
Bəyannamənin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Sənəddə tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşı yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyət göstərməsi xüsusi vurğulanır.
44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək iki ölkə arasındakı qardaşlığın real təzahürü oldu. Şuşa Bəyannaməsi isə bu həmrəyliyi institusional səviyyəyə qaldıraraq gələcək təhlükəsizlik əməkdaşlığının əsaslarını müəyyən etdi.
Eyni zamanda müdafiə sənayesində əməkdaşlıq, müasir silah sistemlərinin istehsalı, pilotsuz uçuş aparatları texnologiyalarının inkişafı, birgə hərbi təlimlər və silahlı qüvvələrin modernləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər hər iki ölkənin müdafiə potensialını daha da gücləndirir.
Şuşa Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda formalaşan yeni geosiyasi reallıqları da özündə əks etdirir. Bu reallıqların ən mühüm elementlərindən biri Zəngəzur dəhlizi layihəsidir.
Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək, eyni zamanda Avropa ilə Asiya arasında mühüm tranzit marşrutuna çevriləcəkdir. Bu layihə Orta Dəhlizin inkişafına yeni təkan verərək beynəlxalq ticarətin həcmini artıracaq, yükdaşımaların sürətlənməsinə və region ölkələrinin iqtisadi inteqrasiyasına xidmət edəcək.
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi də məhz bu strateji məqsədlərə xidmət edir. Layihənin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə inteqrasiyası regionun nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək və Azərbaycanı Avrasiya nəqliyyat qovşağının əsas mərkəzlərindən birinə çevirəcək.
Şuşa Bəyannaməsinin mühüm nəticələrindən biri də işğaldan azad olunmuş ərazilərin bərpası prosesində əməkdaşlığın daha da genişlənməsidir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iri infrastruktur layihələrində fəal iştirak edir.
Yeni yolların, tunellərin, hava limanlarının, yaşayış məntəqələrinin və sosial obyektlərin tikintisində Türkiyə təcrübəsi və investisiyaları mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Qarabağın sürətli inkişafına və bölgənin beynəlxalq investisiya məkanına çevrilməsinə xidmət edir.
Şuşa Bəyannaməsində xarici siyasət sahəsində əlaqələndirmənin gücləndirilməsi xüsusi yer tutur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış etmək barədə razılığa gəliblər.
Azərbaycan və Türkiyənin beynəlxalq platformalarda nümayiş etdirdiyi həmrəylik hər iki dövlətin siyasi çəkisini artırır. Türk Dövlətləri Təşkilatının güclənməsi, regional əməkdaşlıq formatlarının genişlənməsi və yeni geosiyasi təşəbbüslərin irəli sürülməsi bu əməkdaşlığın mühüm nəticələrindəndir.
Müasir dövrdə informasiya təhlükəsizliyi və ictimai diplomatiya dövlətlərin milli maraqlarının qorunmasında mühüm rol oynayır. Şuşa Bəyannaməsi xaricdə yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini, ortaq media platformalarının inkişaf etdirilməsini və beynəlxalq informasiya məkanında birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.
Bu istiqamətdə atılan addımlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına, dezinformasiya ilə mübarizəyə və iki ölkənin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir.
Şuşa Bəyannaməsi eyni zamanda regionda revanşist meyillərin qarşısını almağa xidmət edən mühüm siyasi sənəddir. Sənəd Ermənistan daxilində və xaricində mövcud olan revanşist qüvvələrə açıq mesaj verir ki, Azərbaycan və Türkiyə regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində vahid mövqedən çıxış edirlər.
Bu baxımdan Bəyannamə təkcə iki dövlətin maraqlarını deyil, bütövlükdə Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasını hədəfləyir.
Yeni dünya nizamında Azərbaycan-Türkiyə tandemi xüsusi əhəmiyyət kəsb edir.
Son illərdə Şuşada keçirilən beynəlxalq konfranslar da Bəyannamənin strateji əhəmiyyətinin artdığını göstərir. 2022-ci ildən etibarən hər il iyunun 15-də keçirilən konfranslarda regional təhlükəsizlik, Türk dünyasının inteqrasiyası, yeni dünya nizamı və qlobal çağırışlar müzakirə olunur. Bu tədbirlər Şuşanın təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mühüm siyasi-intellektual mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir.
Qısaca desək, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlığı yeni mərhələyə yüksəldərək regionda təhlükəsizlik, sabitlik və inkişafın mühüm təminatına çevrilib. Eyni zamanda sənəd Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, Qarabağın bərpasına, Türk dünyasının inteqrasiyasına və Avrasiya məkanında yeni geosiyasi balansın formalaşmasına mühüm töhfə verir.
Şuşada imzalanan bu tarixi sənəd bir daha sübut edir ki, “Bir millət, iki dövlət” fəlsəfəsi yalnız siyasi şüar deyil, real strateji əməkdaşlığın, qarşılıqlı etimadın və ortaq gələcək vizyonunun ən parlaq təcəssümüdür. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən mühüm siyasi manifest kimi tarixdə öz yerini möhkəmləndirib.

www.AzadMedia.az

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

15-06-2024, 12:53

Şuşa Bəyannaməsinin imzalanmasından üç il keçir

gundem / ust / manset

16-06-2024, 11:13

“Şuşa Bəyannaməsi hər iki ölkə üçün mühüm tarixi sənəddir” - Kamaləddin Qafarov

gundem / ust / manset

11-06-2024, 15:49

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi

gundem / siyaset / manset

10-02-2025, 11:19

Ərdoğandan Azərbaycanla bağlı qərar

gundem / ust / manset

18-08-2024, 12:54

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • Bu gün, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • Bu gün, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Bu gün, 11:01
    Sürücülərin nəzərinə!
  • Dünən, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Dünən, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Dünən, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Dünən, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Dünən, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Dünən, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Dünən, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Dünən, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Dünən, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dünən, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Dünən, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Dünən, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Dünən, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Dünən, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Dünən, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Dünən, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • 5-11-2026, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • 5-11-2026, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • 5-11-2026, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə