• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı

gundem / manset

17-06-2026, 13:59

Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Azərbaycanın tanınmış sahibkarlarından, “Planeta” şirkətinin təsisçisi və direktoru, eləcə də Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Ənvər oğlu Yaqubov uzun illərdir ki, ölkəmizdə sahibkarlığın, səhiyyənin və elmi maarifçiliyin inkişafına mühüm töhfələr verən nüfuzlu şəxslərdən biri kimi tanınır.
Elxan Yaqubov 1968-ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə alaraq 1985-ci ildə Qaraxıdır kənd orta məktəbini bitirmiş, 1986–1988-ci illərdə hərbi xidmət keçərək Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirmişdir. Daha sonra ali təhsilini davam etdirərək 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Elmi fəaliyyətə də xüsusi önəm verən Elxan Yaqubov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun dissertantı olmuşdur.



Onun uğurlu əmək fəaliyyəti 1997-ci ildə təsis etdiyi "Planeta" şirkəti ilə yeni mərhələyə qədəm qoymuşdur. Qısa müddətdə şirkət öz fəaliyyət istiqaməti və etibarlılığı ilə tanınaraq ölkənin nüfuzlu müəssisələrindən birinə çevrilmişdir.
Elxan Yaqubovun ən mühüm xidmətlərindən biri isə 2001-ci ildə Almaniyada formalaşmış Bioloji Tənzimləyici Təbabət metodunu Azərbaycana gətirməsi olmuşdur. O, bu müasir müalicə üsulunun ölkəmizdə tətbiqi üçün geniş təşkilati işlər görmüş, müxtəlif ixtisaslar üzrə həkimlərin peşəkar hazırlığını təmin etmişdir. Məhz bu sistemli fəaliyyətin nəticəsi olaraq 2009-cu ilin fevral ayında Bioloji Təbabət Klinikasını təsis etmişdir. Klinika qısa müddətdə müasir tibbi yanaşmaları, peşəkar həkim kollektivi və pasiyent məmnuniyyəti ilə seçilən tibb müəssisələrindən birinə çevrilmişdir.
Elxan Yaqubov yalnız sahibkar və təşkilatçı kimi deyil, həm də yaradıcılığı və tarixə olan marağı ilə seçilir. O, Azərbaycan dövlətçiliyi, tariximiz və milli yaddaşımızla bağlı dəyərli əsərlərin müəllifidir. 2007-ci ildə Prezident cənab İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Hər bir azərbaycanlının Prezidenti" adlı kitabını nəşr etdirmişdir. 2012-ci ildə tariximizdən bəhs edən "Qara xaç yürüşü", 2014-cü ildə isə Xocalı soyqırımının ağrı-acısını əks etdirən "Torpaq qan ağlayır" kitablarını oxucuların ixtiyarına vermişdir. Bu əsərlər milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin və vətənpərvərlik ruhunun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.



Peşəkar idarəçilik bacarığı, yenilikçi düşüncə tərzi, sosial məsuliyyət hissi və insan sağlamlığına göstərdiyi həssas münasibət Elxan Yaqubovu cəmiyyətin hörmətini qazanan nüfuzlu şəxsiyyətlərdən birinə çevirmişdir. O, həm sahibkarlıq, həm səhiyyə, həm də elmi-maarifçilik sahəsində həyata keçirdiyi layihələrlə Azərbaycan cəmiyyətinin inkişafına öz dəyərli töhfələrini verməyə davam edir.
Ailə dəyərlərinə daim böyük önəm verən Elxan Yaqubov ailəlidir, üç övlad atasıdır. Onun həyat yolu zəhmət, əzmkarlıq, vətənpərvərlik və insanlara faydalı olmaq prinsipləri üzərində qurulmuş uğurlu ömür nümunəsidir.
Hörmətli Elxan Yaqubov!
Sizi 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik!
İnsan sağlamlığının keşiyində dayanmaq, cəmiyyətə sağlam gələcək bəxş etmək ən ali və şərəfli missiyalardan biridir. Bioloji Təbabət Klinikasının yaradılması və ölkəmizdə müasir tibbi yanaşmaların inkişafı istiqamətində göstərdiyiniz xidmətlər yüksək qiymətə layiqdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və xeyirxah fəaliyyətinizdə daim nailiyyətlər arzulayırıq. Tibb sahəsinə verdiyiniz töhfələr bundan sonra da Azərbaycan səhiyyəsinin inkişafına xidmət etsin!
Peşə Bayramınız mübarək!

P.S.
Dünən,
Yəni 16 iyun həm də Elxan müəllimin doğum günüdir. Bu münasibətlə də dəyərli Elxan müəllimi ürəkdən təbrik edir və daim sevinc doğuran uğurlar diləyirik!

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

2-06-2024, 20:48

Elxan Nəcəfov nazir oldu

gundem / ust / manset

29-06-2023, 11:55

Milli Qəhrəman Elxan Zülfüqarovun - Doğum günüdür

gundem / manset

5-01-2025, 12:31

Milli Qəhrəman Elxan Zülfüqarovun - Anım günüdür

sosial / manset

28-04-2025, 10:22

Zərifə Əliyevanın doğum günüdür

sosial / manset

28-04-2026, 08:01

Zərifə Əliyevanın doğum günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
  • Bu gün, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • Bu gün, 11:38
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
  • Bu gün, 11:32
    “Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”
  • Bu gün, 11:28
    “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
  • Bu gün, 11:23
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
  • Bu gün, 11:16
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • Bu gün, 11:12
    “Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
  • Bu gün, 10:50
    İrandan ABŞ-yə xəbərdarlıq
  • Bu gün, 10:30
    Darmadağından sonra istefa verdi
  • Bu gün, 10:25
    Bakıda tədbirdə monitor qadının üstünə aşıb
  • Dünən, 16:28
    Ata və oğulun əbədi xatirəsi...
  • Dünən, 12:42
    XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat
  • Dünən, 12:38
    İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür
  • Dünən, 12:34
    “Yuventus”un qapıçısı zədələndi
  • Dünən, 12:28
    Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
  • Dünən, 12:15
    Tarixi missiya uğurla yerinə yetirildi
  • Dünən, 12:09
    Həmin sakinlərdən 3867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 12:03
    Cəlilabadda “Mercedes” transformatora çırpıldı
  • Dünən, 11:25
    20 Sentyabr – suveren Azərbaycanın yeni tarixi
  • 19-09-2026, 13:07
    Şanlı Zəfər salnaməsi
  • 19-09-2026, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • 19-09-2026, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • 19-09-2026, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • 19-09-2026, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • 19-09-2026, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • 19-09-2026, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • 19-09-2026, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • 19-09-2026, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • 19-09-2026, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • 19-09-2026, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • 18-09-2026, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • 18-09-2026, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • 18-09-2026, 14:32
    Bizim Nizami müəllim...
  • 18-09-2026, 10:27
    DTX məlumat yaydı - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə