• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sizin kimi Kişilərə güvənir Vətən Azərbaycan!

gundem / sosial / manset

30-06-2026, 16:09

Sizin kimi Kişilərə güvənir Vətən Azərbaycan!
30 aprel 1999-cu il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun tarixində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Xüsusi Təyinatlı Qüvvələr yaradı. XTQ qısa müddətdə yüksək peşəkarlığı, döyüş hazırlığı, çevikliyi və Vətənə sonsuz sədaqəti ilə ordumuzun ən güclü bölmələrindən birinə çevrildi. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti hər zaman ən çətin və məsuliyyətli döyüş tapşırıqlarının yerinə yetirilməsində ön sıralarda yer aldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə orduda genişmiqyaslı islahatlar həyata keçirildi. Müasir silah və texnikalar alınaraq ordunun arsenalına daxil edildi, beynəlxalq standartlara uyğun hazırlıq sistemi quruldu, hərbi qulluqçuların sosial təminatı gücləndirildi və nəticədə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri, zabiti və Xüsusi Təyinatlıları misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdilər. Sonrakı dövrlərdə həyata keçirilən əməliyyatlar, dövlət sərhədlərinin bərpası, eləcə də 2022 və 2023-cü illərdə keçirilmiş antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi.
Bu şanlı döyüş yolunun qəhrəman iştirakçılarından biri də uzun illər Xüsusi Təyinatlı Qüvvələrin sıralarında şərəflə xidmət etmiş baş gizir Şərəfəddin Xankişiyevdir.
Şərəfəddin Xankişiyev 22 il 9 ay ərzində Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrinin döyüş bölmələrində xidmət etmiş, Vətənə sədaqətin, peşəkarlığın və qəhrəmanlığın canlı nümunəsinə çevrilmişdir. O, xidmət etdiyi bütün dövrlərdə komandirlərinin etimadını qazanmış, döyüş yoldaşları arasında böyük hörmət və nüfuz sahibi olmuşdur.
2012–2016-cı illər ərzində dəfələrlə düşmənin dərinliyində fəaliyyət göstərən kiçik kəşfiyyat qruplarının tərkibində xüsusi tapşırıqları yerinə yetirmiş, qarşıya qoyulan bütün vəzifələri uğurla icra etmişdir. Onun iştirak etdiyi əməliyyatlar Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə və düşmənin planlarının ifşa olunmasına mühüm töhfələr vermişdir.
Şərəfəddin Xankişiyev 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir. Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşərək bir çox yaşayış məntəqələrinin və rayonların azad olunmasında iştirak etmişdir. Müharibənin ən çətin anlarında belə döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirmiş və döyüş yolunu şərəflə davam etdirmişdir.
2021-ci ildə Kəlbəcər istiqamətində dövlət sərhədlərinin müəyyənləşdirilməsi və bərpası əməliyyatlarında fəal iştirak etmişdir.
2022-ci ilin sentyabr döyüşlərində göstərdiyi cəsarət, qətiyyət və fədakarlıqla xüsusi seçilmişdir. Döyüş meydanında nümayiş etdirdiyi soyuqqanlılıq, liderlik və peşəkarlıq döyüş yoldaşları və komandirləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu döyüşdə Şərəfəddin Xankişiyev düşmənin bir çox döyüş texnikalarını, dəyərli kəşfiyyat maşınlarını və canlı qüvvələrini sıradan çıxartmışdır.
2023-cü ildə keçirilən lokal antiterror tədbirlərində də iştirak edən Şərəfəddin Xankişiyev Azərbaycan bayrağının Qarabağın bütün ərazilərində dalğalanması uğrunda aparılan əməliyyatların fəal iştirakçılarından olmuşdur.
O, antiterror tədbirlərindən 7 gün əvvəl, 32 ildən sonra Xankəndi torpaqlarına qədəm qoyan ilk iki kəşfiyyatçıdan biri olmuş, düşmən fəaliyyətini ordumuza ötürməyi bacaran ən fəal kəşfiyyatçılardan biri olub. Azərbaycan hərb tarixinin şərəfli səhifələrindən birinə öz adını yazdırmışdır. Antiterror əməliyyatları zamanı da düşmənə sarsıdıcı zərbələr endirmiş, ölkəmizin ərazi bütövlüyünün tam bərpası uğrunda böyük şücaət göstərmişdir.
Lakin Şərəfəddin Xankişiyevin xidmətləri yalnız döyüş meydanı ilə məhdudlaşmır. O, hərbi xidmətdən təqaüdə ayrıldıqdan sonra da Vətənə xidmət etməyi özünün mənəvi borcu hesab edir.
Şərəfəddin, Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri, qazilər və veteranlar birliyinin rəhbəri Məmmədzadə Bəhruznan fəaliyyətlərdə yaxından iştirak edir. Döyüş yoldaşları ilə birlikdə şəhid ailələrini ziyarət edir, qazilərlə görüşür, şəhidlərimizin əziz xatirəsini daim yad edir və silahdaşları ilə sıx əlaqələr saxlayır.
Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində də fəal fəaliyyət göstərən Şərəfəddin Xankişiyev müxtəlif məktəblərdə, tədbirlərdə və vətənpərvərlik görüşlərində iştirak edir, keçdiyi döyüş yolunu gənclərlə bölüşür. O, gənclərə Vətən sevgisini, dövlətə sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və hərbçi peşəsinin müqəddəsliyini aşılayır.
26.06.2026 tarixində Şərəfəddin Xankişiyev silahdaşı Ədalət Məmmədov ilə birlikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Bakı Gənclər Mərkəzində təşkil etdiyi tədbirdə gənclərlə görüş keçirmişdir. Görüş zamanı gənclərin bilik səviyyəsinin və vətənpərvərlik ruhunun artırılması məqsədilə müxtəlif yarışlar təşkil olunmuş, iştirakçılara keçdikləri döyüş yolları haqqında məlumat verilmişdir. Fərqlənən gənclər sertifikatlar təltif etmişdir.
Şərəfəddin Xankişiyev çıxışında qeyd etmişdir ki, xalqa xidmət etmək onun üçün ən böyük qürur və şərəfdir. O vurğulamışdır: “Mən bu Vətənin övladıyam. Damarlarımda axan qan Azərbaycan qanıdır və Vətənə xidmət etmək mənim həyat amalım olub.”
Belə qəhrəman oğullar Azərbaycan xalqının qürur mənbəyidir. Onların keçdiyi şərəfli yol, göstərdikləri qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün örnəkdir. Dövlətimizin müstəqilliyi, xalqımızın təhlükəsizliyi və torpaqlarımızın bütövlüyü naminə xidmət etmiş hər bir hərbçi xalqımızın sonsuz ehtiramını qazanmışdır.
Şərəfəddin Xankişiyev!
Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, firavan həyat və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin kimi Vətəninə sədaqətlə xidmət edən qəhrəman oğullarımız xalqımızın ən böyük qürurudur. Keçdiyiniz şərəfli döyüş yolu hər zaman hörmətlə xatırlanacaq və gələcək nəsillərə nümunə olacaqdır.
Allah Sizi, ailənizi, bütün hərbçilərimizi və Azərbaycanımızı qorusun!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Azərbaycanın Müzəffər Silahlı Qüvvələri!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!
Qarabağ Azərbaycandır!

Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı

Fərid Faiqoğlu
AJB-nin üzvü

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

26-06-2026, 16:19

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

gundem / siyaset / manset

26-06-2026, 15:53

Qalib ordunun şanlı salnaməsi

sosial / manset

26-06-2026, 12:41

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

sosial / manset

26-06-2026, 12:46

“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”

gundem / sosial / manset

29-04-2026, 15:54

SALAM, DAĞ QARDAŞLARI!

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:36
    2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
  • Bu gün, 10:04
    Həftəyə tıxacla başladıq
  • Bu gün, 09:56
    İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
  • Bu gün, 09:52
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 09:49
    Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”
  • Bu gün, 09:45
    Şəmkirdə evdən kişi meyiti tapıldı
  • Bu gün, 09:41
    “Qarabağ”dan çətin qələbə
  • Bu gün, 09:37
    Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
  • Bu gün, 09:34
    “Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
  • Bu gün, 09:31
    51 yaşlı kişini maşın vurub öldürdü
  • Dünən, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • Dünən, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • Dünən, 12:06
    Faktiki hava açıqlandı
  • Dünən, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • Dünən, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
  • Dünən, 11:52
    “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 11:47
    İsrail Livana cavab zərbələri endirib
  • Dünən, 11:43
    “Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü
  • Dünən, 11:39
    Danışıqları üç saatdan çox çəkdi - Yenilənib
  • Dünən, 11:35
    “Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi
  • Dünən, 11:31
    İranda yanacaq tankeri partladı - 10 ölü
  • Dünən, 11:04
    Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
  • 5-09-2026, 21:23
    Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
  • 5-09-2026, 20:45
    Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
  • 5-09-2026, 18:21
    “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” nəşr olundu
  • 5-09-2026, 18:11
    Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
  • 5-09-2026, 13:30
    Tanınmış kinooperator vəfat etdi
  • 5-09-2026, 13:23
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
  • 5-09-2026, 13:13
    “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” - Davam edir
  • 5-09-2026, 13:08
    Saakyanın əsassız iddialarına - Cavab verdi
  • 4-09-2026, 12:17
    Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
  • 4-09-2026, 12:08
    Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
  • 4-09-2026, 11:52
    Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
  • 4-09-2026, 11:43
    “Honeywell” Qarabağda - Ağdamda qaz sayğacı zavodu qurulur
  • 4-09-2026, 11:35
    “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə