• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”

sosial / manset

26-06-2026, 12:46

“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
“Müstəqil dövlətin ən mühüm atributlarından biri onun Silahlı Qüvvələridir. Tarix göstərir ki, etibarlı müdafiə sistemi olmadan dövlət müstəqilliyini qorumaq, milli maraqları təmin etmək və təhlükəsiz inkişaf strategiyasını həyata keçirmək mümkün deyil. Bu baxımdan Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu təkcə hərbi quruculuq tarixinin deyil, bütövlükdə dövlətçilik salnaməsinin mühüm hissəsidir. Bu inkişaf yolunun təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Azərbaycanda milli hərbi kadr hazırlığının əsasları hələ sovet dövründə məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə formalaşdırılıb. 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ümummilli Lider ölkənin gələcək taleyi baxımından hərbi sahəyə xüsusi diqqət ayırdı. Həmin dövrdə azərbaycanlıların hərbi təhsil müəssisələrində təmsilçiliyi məhdud idi. Bu vəziyyətin dəyişdirilməsi məqsədilə sistemli addımlar atıldı və milli zabit korpusunun formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul edildi.”

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun mətbuata açıqlamasında yer alıb.

Deputat xüsusi olaraq vurğulayıb ki, bu sahədə ən mühüm hadisələrdən biri 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması oldu:

“Böyük zəhmət və siyasi iradə nəticəsində fəaliyyətə başlayan bu təhsil müəssisəsi sonrakı onilliklər ərzində minlərlə peşəkar hərbçinin yetişməsinə imkan açdı. Bununla yanaşı, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, Bakı Ali Hərbi Dənizçilik Məktəbinə və SSRİ-nin müxtəlif hərbi akademiyalarına qəbul imkanlarının genişləndirilməsi milli hərbi elitanın formalaşmasında mühüm rol oynadı. Sonrakı dövrdə Azərbaycanın müstəqil ordu quruculuğu məhz həmin kadr potensialına söykəndi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə dövlətçiliyin xilası və nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. Başlıca məqsəd vahid komandanlığa tabe olan peşəkar Silahlı Qüvvələrin yaradılması idi. Qısa müddətdə qeyri-qanuni silahlı dəstələr ləğv edildi, hərbi idarəetmə sistemi formalaşdırıldı və ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Atəşkəsin əldə olunmasından sonra bu proses daha da sürətləndi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin hazırlığının yüksəldilməsi və döyüş ruhunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ulu Öndərin “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır” fikri məhz həmin dövrdə həyata keçirilən siyasətin ideoloji əsasını təşkil edirdi.”

Fikirlərini davam etdirən Göydəniz Qəhrəmanov qeyd edib ki, ordu quruculuğunun mühüm istiqamətlərindən biri də hərbi təhsil sisteminin inkişafı oldu:

“1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərmanın imzalanması milli hərbi kadr hazırlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Daha sonra Silahlı Qüvvələr üçün kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi peşəkar zabit korpusunun formalaşmasına əlavə təkan verdi. Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atıldı.

Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət Azərbaycanı güclü dövlətə, ordunu isə xalqın qürur mənbəyinə çevirmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək – 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi və Qarabağ həsrətinə son qoydu”, – deyə millət vəkili bildirib.

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

23-06-2026, 14:48

“Onların adı müasir tariximizə qızıl hərflərlə yazılıb”

gundem / siyaset / manset

12-12-2025, 17:17

Mehman Qəhrəmanov: Ulu Öndər Heydər Əliyev – Azərbaycanın inkişaf yolunun ilham mənbəyi

gundem / siyaset / manset

15-06-2026, 21:14

VƏTƏNDAŞ, BÖYÜK AZƏRBAYCANLI, FÖVQƏLBƏŞƏR

gundem / sosial / manset

25-06-2026, 19:51

Düşməni qorxuya salan Azərbaycan Ordusu

gundem / siyaset / manset

15-06-2026, 13:20

Heydər Əliyev və Milli Qurtuluşun zəfər salnaməsi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • Bu gün, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • Bu gün, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • Bu gün, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • Bu gün, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • Bu gün, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
  • Bu gün, 10:43
    Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı
  • Bu gün, 10:32
    “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
  • Dünən, 17:22
    Vətənpərvər iş adamı Ataş müəllim – xeyirxahlığı və dövlətçiliyə bağlılığı ilə seçilən nümunəvi insan
  • Dünən, 16:23
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Adil Əliyevin doğum günüdür
  • Dünən, 16:11
    Rübail Nəsibov – xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən ziyalı
  • Dünən, 15:35
    Dağ-mədən sektoru iqtisadi imkanları genişləndirir
  • Dünən, 10:36
    Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
  • Dünən, 10:28
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • Dünən, 10:18
    “Azeri Light”ın qiyməti 126 dollara çatır
  • Dünən, 10:05
    Quba-Qusara arabir yağış yağır
  • Dünən, 10:01
    “Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”
  • Dünən, 09:57
    Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
  • Dünən, 09:52
    İranla diplomatik əlaqələri kəsdilər
  • Dünən, 09:48
    İrana hücumların dayandırılmasına dair qətnamə rədd edildi
  • Dünən, 09:38
    Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
  • Dünən, 09:34
    Əfsanəvi stadionun ot örtüyü satışa çıxarıldı
  • 24-09-2026, 12:58
    Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?
  • 24-09-2026, 12:53
    Xəzərdə zəlzələ oldu
  • 24-09-2026, 12:48
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • 24-09-2026, 12:40
    Əhaliyə 7 milyard manat ödənilib
  • 24-09-2026, 12:23
    Mümkün üçtərəfli görüşün tarixini açıqladı
  • 24-09-2026, 12:19
    “Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
  • 24-09-2026, 12:14
    YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək
  • 24-09-2026, 12:08
    Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
  • 24-09-2026, 12:04
    “Bu fakt ölkəmizdə humanizmin nə dərəcədə yüksək olmasını təsdiqləyir”
  • 24-09-2026, 12:00
    Hərbçilərin maaş və pensiyaları artırılır
  • 23-09-2026, 17:20
    Dağ-mədən sənayesi iqtisadi gəlirlərin yeni mənbəyinə çevrilir
  • 23-09-2026, 17:00
    “DEFENDING HUMAN RIGHTS MMC” – İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ YOLUNDA YENİ MƏRHƏLƏ
  • 23-09-2026, 11:36
    Elbəy Fətəliyevin özbaşınalığı ilə bağlı nəticə videosu çəkmək istəyirəm.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə