• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

KÖK SALAN BİR ÇİNAR və yaxud İSMAYILLI TƏHSİLİNİN CANLI SALNAMƏSİ

gundem / sosial / manset

Bu gün, 16:21

KÖK SALAN BİR ÇİNAR və yaxud İSMAYILLI TƏHSİLİNİN CANLI SALNAMƏSİ
Mənalı ömür yolu keçmiş Şəfaqət Həbib oğlu Rəsulovun 75 illik yubileyinə

"Müəllim elə bir zirvədir ki, onun ucalığı yetişdirdiyi insanların uğurları ilə ölçülür".

Azərbaycan təhsil tarixində elə ziyalılar var ki, onların ömür yolu təkcə şəxsi həyat salnaməsi deyil, bütöv bir dövrün, bir nəslin inkişaf tarixidir. Belə şəxsiyyətlərdən biri də ömrünün yarım əsrdən artıq dövrünü müqəddəs müəllimlik peşəsinə, təhsilin inkişafına və gənc nəslin milli ruhda yetişdirilməsinə həsr etmiş görkəmli pedaqoq, bacarıqlı təşkilatçı, nüfuzlu təhsil rəhbəri və əsl ziyalı Şəfaqət Həbib oğlu Rəsulovdur.
Şəfaqət müəllim də müəllim ömrünü bir şam kimi əridərək daim ətrafına işıq saçıb, fədakar və müqəddəs bir həyat hekayəsi yaşayıb. Şəfaqət müəllim haqqında söhbət açarkən müəllim sözünün anlamı, peşə xüsusiyyətləri göz önünə gəlir. Müəllim ömrü sadəcə təqvim rəqəmləri ilə deyil, yetişdirilən yüzlərlə, minlərlə insanın taleyi deməkdir. Müəllim öz həyatını başqalarının gələcəyinə həsr edən yeganə peşə sahibidir.
Müəllimlik, sadəcə, bir peşə deyil, bir missiyadır. Müəllim hər gün sinif otağına daxil olarkən öz şəxsi qayğılarını, yorğunluğunu qapının arxasında qoyur. Onun ömrü lövhə qarşısında, ağ təbaşir tozunun içində, hər bir şagirdin dərdi ilə dözümlə maraqlanmaqla keçir. O, hər bir uşağın qəlbinə toxunmağı, onlara təkcə elmin sirlərini deyil, həm də insanlığı, dürüstlüyü və vətənpərvərliyi öyrətməyi özünə borc bilir.

75 illik ömrünün yarıdan çoxunu bu peşəyə sərf etmiş Şəfaqət Rəsulovun bu günlərdə ad günüdür.
Onun ömrünün müdriklik, zəngin həyat təcrübəsi və mənəvi kamillik zirvəsini ifadə edən 75 illik yubileyi tamam olur. Bu yubiley yalnız bir insanın doğum günü deyil, həm də Azərbaycan təhsilinə xidmətlə keçən şərəfli bir ömrün, minlərlə insanın taleyinə işıq salan müəllim həyatının təntənəsidir.
Şəfaqət müəllim 1951-ci ilin iyun ayında İsmayıllının qədim və gözəl guşələrindən biri olan Mican kəndində (indiki İsmayıllı şəhərində) dünyaya göz açıb. O, zəhmətkeşliyi, dürüstlüyü, xeyirxahlığı və yüksək mənəviyyatı ilə seçilən bir ailədə boya-başa çatıb. Atası Həbib kişi rayonun tanınmış ağsaqqallarından biri olmuş, sözünün bütövlüyü, mərdliyi, əməksevərliyi və insanlara göstərdiyi qayğı ilə hər zaman hörmət qazanıb.

Belə sağlam mənəvi dəyərlər üzərində böyüyən Şəfaqət müəllim uşaqlıq illərindən elmə, zəhmətə və insanlara sevgi ruhunda tərbiyə alıb. Hələ orta məktəb illərindən çalışqanlığı, məsuliyyət hissi və biliyə həvəsi ilə seçilən gənc Şəfaqətin gələcəyini müəllimlik peşəsində görməsi təsadüfi deyildi.
1968-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə qəbul olunub, 1972-ci ildə ali təhsilini uğurla başa vuraraq müəllimlik fəaliyyətinə başlayıb.
Onun ilk əmək yolu Quşencə kənd tam orta məktəbindən başlanıb. Gənc müəllim kimi məktəbə qədəm qoyduğu ilk gündən yüksək biliyi, pedaqoji ustalığı, tələbkarlığı və şagirdlərə olan xüsusi qayğısı ilə kollektivin hörmətini qazanıb.
Şəfaqət müəllim üçün müəllimlik, sadəcə, peşə deyil. Bu, onun həyat fəlsəfəsi, mənəvi borcu və müqəddəs missiyası olub. O, dərslərində yalnız kimya elminin incəliklərini öyrətməyib. Hər bir şagirdinə Vətən sevgisini, milli-mənəvi dəyərləri, zəhmətə hörməti, vicdanlı olmağı və ləyaqətlə yaşamağın əhəmiyyətini aşılayıb. Məhz buna görə də onun yetişdirdiyi yüzlərlə məzun bu gün ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərən layiqli Azərbaycan vətəndaşlarıdır.
Peşəkarlığı və təşkilatçılıq bacarığı qısa müddətdə diqqət çəkib, 1976-cı ildə şəhər qiyabi məktəbinə direktor müavini təyin olunub. Daha sonra 1979-cu ildə rayon təhsil şöbəsində metodist, 1985-ci ildə metodkabinet müdiri, 1987-ci ildən isə rayon təhsil şöbəsinin müdir müavini kimi fəaliyyət göstərib.
Bu illər ərzində İsmayıllı rayonunun təhsil sisteminin inkişafında onun müstəsna xidmətləri olub. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qabaqcıl təcrübələrin tətbiqi, metodiki xidmətin təkmilləşdirilməsi, məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində gördüyü işlər indi də yüksək dəyərləndirilir.
Şəfaqət müəllim çalışdığı bütün vəzifələrdə prinsipiallığı, obyektivliyi, tələbkarlığı və eyni zamanda humanistliyi ilə seçilib. O, hər zaman hesab edib ki, məktəbin ən böyük sərvəti müəllimdir. Buna görə də müəllim kollektivinin peşəkar inkişafına, onların sosial problemlərinə və mənəvi dəstəyə xüsusi diqqət yetirib.
Bu məqamda bir fikir də söyləmək istəyirəm. Müəllim ömrünü böyük bir çinara bənzətmək olar. Zaman keçdikcə müəllim qocalır, saçlarına dən düşür, qəddi bükülür. Lakin onun yetişdirdiyi şagirdlər – həkimlər, mühəndislər, alimlər, əsgərlər və ən əsası yaxşı insanlar – o çinarın qolları-budaqları kimi dünyanın dörd bir yanına yayılır. Bir müəllimin ən böyük xoşbəxtliyi və ömrünün mükafatı illər sonra yetirməsinin uğurunu görmək, onun "Salam, müəllim!" kəlməsini eşitməkdir.
1997-ci ildə doğma təhsil ocağı – İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbə direktor təyin olunması onun həyatının ən əlamətdar hadisələrindən biri kimi yaxşı yadındadır. Vaxtilə şagirdi olduğu məktəbə rəhbərlik etmək hər ziyalıya nəsib olmur.
Şəfaqət müəllim həmin məktəbə düz 20 il fasiləsiz rəhbərlik edib, onu rayonun nümunəvi təhsil müəssisələrindən birinə çevirib. Onun rəhbərliyi dövründə məktəbdə sağlam mənəvi mühit yaradılıb, müəllim kollektivinin peşəkarlığı yüksəlmiş, şagirdlərin elm yarışlarında, olimpiadalarda və ali məktəblərə qəbul göstəricilərində böyük nailiyyətlər əldə olunub. Yeri gəlmişkən, Şəfaqət müəllimlə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində direktor olanda müavini kimi işləmişəm. O, həm rəhbərim olub, həm dostum, həm də doğru yol göstərənim. Mən özümü onun kadrı və ona borclu sayıram.
Onun rəhbərliyi altında məktəb təkcə təhsil müəssisəsi deyil, həm də yüksək mənəviyyat, milli ruh və vətənpərvərlik məktəbi kimi tanınıb.
Şəfaqət müəllimin fəaliyyəti yalnız təhsil sahəsi ilə məhdudlaşmayıb. O, rayonun ictimai-siyasi həyatında da daim fəallığı ilə seçilib, dövlətçilik ideyalarının təbliğində, milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfərlərindən biri zamanı rayon ictimaiyyəti adından dövlət başçısını ilk qarşılayan ziyalılardan biri də məhz Şəfaqət müəllim olub. Onun həmin görüşdə etdiyi səmimi, məzmunlu və yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən çıxışı uzun illər rayon sakinlərinin yaddaşlarında qalıb.
Şəfaqət müəllim yüksək vəzifələrdə çalışmasına baxmayaraq, sadəliyini, təvazökarlığını və insanlara olan səmimi münasibətini heç vaxt dəyişməyib. Onu tanıyan hər kəs bilir ki, o, çətin gündə insanların yanında olmağı, xeyirxahlıq etməyi və gənclərə yol göstərməyi öz həyat amalına çevirib.
O, həm də nümunəvi ailə başçısıdır. Ailəsinə bağlılığı, övladlarına verdiyi yüksək tərbiyə və ailə dəyərlərinə sədaqəti onun şəxsiyyətini tamamlayan ən gözəl xüsusiyyətlərdəndir.
Bu gün Şəfaqət Həbib oğlu Rəsulovun adı İsmayıllı təhsilinin inkişaf tarixində xüsusi hörmətlə çəkilir. O, təkcə müəllim və direktor olmayıb, bütöv bir nəslin formalaşmasında, rayonun ziyalı mühitinin zənginləşməsində, milli təhsilimizin inkişafında əvəzsiz xidmətlər göstərmiş görkəmli maarif xadimidir.
Hörmətli Şəfaqət müəllim!
75 illik şərəfli ömür yolunuz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ruzi-bərəkət və yeni uğurlar arzulayırıq.
Arzu edirik ki, ömrünüzün bundan sonrakı illəri də Sizə sonsuz sevinc, mənəvi rahatlıq və xoş günlər bəxş etsin. Yetişdirdiyiniz minlərlə şagirdin sevgisi, həmkarlarınızın dərin ehtiramı və rayon ictimaiyyətinin Sizə bəslədiyi böyük hörmət ömrünüzün ən qiymətli mükafatıdır.
75 illik yubileyiniz mübarək olsun, dəyərli Şəfaqət müəllim!
Sizin kimi müəllimlər Azərbaycanın ən böyük sərvəti, milli təhsilimizin qızıl fondu və gələcək nəsillər üçün əbədi örnəkdir. Adınız daim hörmətlə çəkilsin, ömrünüz sağlamlıq, sevgi və xoşbəxtlik içində davam etsin.
Və sonda xatırladım ki, insan ömrü fanidir, lakin müəllim ömrü ölümsüzdür. Çünki müəllimin verdiyi bilik, aşıladığı mənəvi dəyərlər nəsildən-nəslə ötürülür. Bu gün Qarabağı azad edən qəhrəman əsgərlərimizin, vətəni layiqincə təmsil edən gənclərimizin hər birinin xarakterində bir müəllim ömrünün payı, bir müəllim qəlbinin hərarəti var. Müəllim öz idealları və tərbiyə etdiyi şəxsiyyətlərlə cəmiyyətin gələcəyini inşa edir.Nəticə olaraq, müəllim ömrü özünü başqalarında tapmaq, öz gəncliyini və enerjisini gələcək nəsillərə bağışlamaq sənətidir. Bu müqəddəs ömrün sahibləri – Şəfaqət Rəsulov kimi pedaqoqların, öyrətmənlərin qarşısında hər zaman baş əyməyə dəyər.


Sayğılarla: Yusif Məhəmmədoğlu,
AYB və AJB-nin üzvi, Prezident təqaüdçüsü,
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

7-07-2025, 12:55

Soltanağa Cəfərov – Ziyalılığın, Təvazökarlığın və Fədakarlığın 75 İllik Yolçuluğu

gundem / sosial / manset

18-05-2026, 17:50

Fədakar müəllim ömrü

gundem / manset

17-12-2025, 23:55

Şahmar müəllim təbrik edirik!

gundem / sosial / manset

19-06-2026, 14:24

ELİN DUALARINDA YAŞAYAN ÖMÜR: ZİYALI ÖRNƏYİ ƏLİZAMİN HƏMİDOV

gundem / sosial / manset

15-01-2026, 13:06

Milli söz və elmin zirvəsində bir ömür – Şəddat Cəfərovun 86 İllik şərəfli yolu

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 16:21
    KÖK SALAN BİR ÇİNAR və yaxud İSMAYILLI TƏHSİLİNİN CANLI SALNAMƏSİ
  • Bu gün, 16:09
    Sizin kimi Kişilərə güvənir Vətən Azərbaycan!
  • Bu gün, 13:43
    “Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
  • Bu gün, 13:40
    Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
  • Bu gün, 13:36
    “Layihədə bu məsələlər kifayət qədər ətraflı tənzimlənməyib”
  • Bu gün, 13:33
    Azyaşlı 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır
  • Bu gün, 13:30
    Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik
  • Bu gün, 13:26
    Bu halda 50 min manatadək cərimə ediləcəklər
  • Bu gün, 13:22
    “Müəllimə yazıq kimi baxılmamalıdır...”
  • Bu gün, 13:18
    “Qurultay bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıyır”
  • Bu gün, 13:15
    Yaşayış yerlərindən imtina edənlər köçkün statusunu itirəcək
  • Bu gün, 13:11
    Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı belə tənzimlənəcək
  • Dünən, 21:01
    Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
  • Dünən, 16:41
    Yetmiş İlin İşığında Bir Ömür
  • Dünən, 16:17
    Həsrət sevincə döndü.
  • Dünən, 15:34
    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
  • Dünən, 15:10
    Pərviz Şahbazova ağır itki
  • Dünən, 15:06
    3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı
  • Dünən, 14:17
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • Dünən, 14:13
    “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”
  • Dünən, 14:03
    Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
  • Dünən, 13:37
    Leyla və Alena Əliyevalar festivalda
  • Dünən, 13:24
    6 milyard dollar İrana qaytarılır
  • Dünən, 13:17
    “Bu dünya bir igid gördü” sənədli povestindən döyüşçü xatirələri...
  • Dünən, 12:54
    İyunun son günü hava necə olacaq?
  • Dünən, 12:50
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Dünən, 12:14
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 12:09
    HACI QULİYEV – CƏMİYYƏTƏ XİDMƏTİ -HƏYAT MƏRAMINA ÇEVİRƏN İNSANIN DOĞUM GÜNÜDÜR
  • Dünən, 11:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Dünən, 11:18
    Ukrayna konstitusiyasına dəyişiklik ediləcək
  • 28-06-2026, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • 28-06-2026, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • 28-06-2026, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • 28-06-2026, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • 28-06-2026, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə