• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bir avqust- Azərbaycan əlifbası və Azərbaycan dili günüdür!

gundem / sosial / manset

31-07-2026, 18:57

Bir avqust- Azərbaycan əlifbası və  Azərbaycan dili günüdür!
“Hər bir xalqın milli qüruru, milli mənliyi onun ana dilidir”- Heydər Əliyev

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onla¬rın ilk nümunələri bəşər tarixinin bö¬yük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günə¬dək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan isifadə edib. Lakin hər bir dövrdə xalqımız dogma dilinə sahib çıxıb, onu bütün dillərdən üstün tutub.Elmi ədəbiyyatda X.Təbrizinin (XI-1046) öz ustadına həmyerlisi ilə danışdığı dilin Azərbaycan dili olduğunu söylədiyi bir hadisə hər kəsə məlumdur. Daha sonra Şah İsmayıl Xətainin Səfəvilər sarayında (XVI) Azərbaycan dilinin ordu və saray dili elan etməsi, eyni zamanda Azərbaycan dilində əsərlər yazması tarixi mənbələrdə (Z.Bünyadov) ifadə edilmişdir. Bəzi qeyri-rəsmi məlumatlara görə hələ Hülakilər dövründə (XIII-XIV) belə, Azərbaycan dilindən (dilimiz o zaman türk dili adlanırdı) sarayda və orduda geniş istifadə edilmişdir.
Dil hər bir xalqın varlığını təsdiq edən ən böyük mənəvi sərvət, onun tarixi keçmişini, bu gününü və gələcəyini birləşdirən sarsılmaz körpüdür. İnsan dünyanı ana dili vasitəsilə dərk edir, hisslərini və təfəkkürünü bu dildə cilalayır. Məhz buna görə də ana dili, sadəcə, ünsiyyət vasitəsi deyil, xalqın ruhu, mənəvi pasportu və milli kimliyinin əsas sütunudur.
Ana dili mənəvi irs və milli özünüdərk vasitəsidir. Milli kimlik anlayışı fərdin mənsub olduğu xalqın mədəniyyətini, adət-ənənələrini və tarixi yaddaşını mənimsəməsi ilə formalaşır. Bu prosesin mərkəzində isə şübhəsiz ki, ana dili dayanır. Bir xalq öz dilini itirərsə, zamanla öz tarixi yaddaşını və milli özünəməxsusluğunu itirmək təhlükəsi ilə üz-üzə qalar.
Azərbaycanın nəhəng söz ustadları öz əsərləri ilə Azərbaycan dilinin zənginliyini, poetik gücünü sübut etmişlər. Dilimizin saflığı uğrunda mübarizə aparan ədiblərimiz hər zaman vurğulamışlar ki, dildə yaşayan xalq əbədi yaşayır.
Ana dili həm də müstəqil dövlətçiliyin ana sütunlarından biridir. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan, təzyiqlərdən keçərək özünəməxsusluğunu qoruyub saxlamışdır. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi, qətiyyəti nəticəsində Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi, latın qrafikalı əlifbaya keçid və “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günü”nün təsis edilməsi dilimizin inkişafında müstəsna rol oynamışdır.
Ulu Öndərin uzaqgörən siyasətinin uğurlu davamçısı olan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman dilimizin inkişafına diqqət etmiş, öz səlis, düzgün nitqi ilə xalqa nümunə göstərmişdir. Dövlət Başçısının son illər ərzində dil siyasəti istiqamətində atdığı addımlar, imzaladığı sərəncamlar, AMEA-nın 80 illik yubiley tədbirindəki çağırışları dövlətin dil siyasətində yeni mərhələdir.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev ana dilinin saflığının qorunması və inkişafı məsələsini dövlətimizin milli təhlükəsizliyi və milli kimliyi kontekstində strateji prioritet kimi dəyərdirmişdir. Dövlət başçısı öz nitqində Azərbaycan dilinin imkanlarının genişliyinə diqqət çəkərək kəskin və prinsipial mesajlar vermişdir: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”,-deyən İlham Əliyevin çıxışında irəli sürdüyü ana xətləri, irad və təklifləri aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Dilin saflığının qorunması və xarici sözlərin əsassız işlədilməsi: Dövlət başçısı bəzi hallarda lüzumsuz olaraq xarici kəlmələrin dilimizə gətirilməsini, ədəbi dil normalarının pozulmasını sərt şəkildə tənqid etmişdir. Ədəbi dilin zədələnməsini ya qeyri-peşəkarlıq, ya da milli-mənəvi dəyərlərə laqeydlik kimi qiymətləndirərək dilçilər və kütləvi informasiya vasitələri qarşısında kəskin tələblər qoymuşdur. Müasir ədəbi dilimizdə olmasa belə, hər hansı mənanı ifadə etmək üçün, ilk növbədə, arxaikləşmiş türk sözlərinə, türk dillərinə müraciət etməyi münasib hesab etmişdir.
Nümunə olaraq ilin fəsillərinin adlarına diqqət edək. İlin fəsilləri ana dilimizdə və demək olar ki, digər türk dillərində də təkhecalı, yığcam gözəl sözlərdir. Lakin biz “bahar, payız” əcnəbi sözlərindən istifadə edirik. Payız anlamında dilimizin toponimlərində, hətta dialektlərdə bu gün də işləkliyini qoruyub saxlayan “küz” sözü (Küzlək//Güzdək –Bakı ərazisində qəsəbə; küzəm/güzəm-qoyunun payızda qırxılan yunu və s.) var: yaz,yay, küz, qış-sözlərini işlətməyimiz daha doğru olmazmı?
2. KİV və televiziyalarda dil normaları: Televiziya verilişlərində, mətbuatda və sosial şəbəkələrdə məişət üslubunun ədəbi dili sıxışdırması, jargon və yad sözlərdən istifadə olunması təhlükəli meyil kimi göstərilmişdir. Dilin təmizliyini saxlamaq hər bir ziyalının və media nümayəndəsinin mənəvi borcu hesab olunur. Aparıcıların, jurnalistlərin nitqi hər zaman insanlar üçün nümunə olmalıdır.Yerli şivələrin ekrana, mətbuata gətirilməsi doğru deyil.
3. Milli Dil Korpusu və müasir texnologiyalar: Qloballaşma, Sənaye İnqilabı və süni intellektin sürətlə inkşaf etdiyi bir dövrdə Azərbaycan dilinin rəqəmsal məkanda mövqelərinin möhkəmləndirilməsi əsas məsələlərdən biri kimi diqqətə çatdırılmışdır. Bu çərçivədə Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması və süni intellekt alətlərində ana dilimizin düzgün inteqrasiyası prioritet vəzifə kimi müəyyənləşdirilməlidir.
Keçmişdən bu günümüzə ötürülən dogma dilimiz, bu gündən də gələcəyə əmanət edilməlidir. Müasir dünyada xarici dilləri öyrənmək zəruri olsa da, bu proses ana dilinin hesabına baş verməməlidir. Söz ehtiyatımızı zənginləşdirmək, dilimizə yad ünsürlərin əsassız daxil olmasının qarşısını almaq və onu gələcək nəsillərə təmiz şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsi və vətənpərvərlik borcudur.
Ana dili bizim milli qürurumuz, mənəvi varlığımız və müstəqilliyimizin rəmzidir. Dövlət səviyyəsində göstərilən diqqət və verilən tapşırıqlar bir daha sübut edir ki, dili sevmək - vətənini, tarixini və köklərini sevmək deməkdir. Məhz ana dilimizə sahib çıxaraq, onun saflığını və zənginliyini qoruyaraq biz milli kimliyimizi uca tutur və gələcəyə inamla addımlayırıq. Dilimiz milli kimliyimizdir.

ADPU, filologiya elmləri doktoru, professor,
AYB-nin üzvü, Prezident təqaüdçüsü
Həcər Hüseynova

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

1-08-2024, 12:28

MƏNİM DİLİM-DOĞMA DİLİM

gundem / sosial

1-08-2025, 17:45

Azərbaycan dili – mənim doğma dilim

gundem / manset

25-07-2025, 21:54

Xalqımızın varlığının ən əsas təminatçısı

gundem / ust / manset

31-07-2023, 20:40

Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır

gundem / ust / manset

31-07-2023, 20:33

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • 17-09-2026, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
  • 16-09-2026, 20:33
    Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
  • 16-09-2026, 20:32
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • 16-09-2026, 18:01
    Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var
  • 16-09-2026, 16:44
    Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur
  • 16-09-2026, 16:27
    Türk dünyası və İslam həmrəyliyi
  • 16-09-2026, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • 16-09-2026, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • 16-09-2026, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • 16-09-2026, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • 16-09-2026, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə