• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan dili – mənim doğma dilim

gundem / sosial

1-08-2025, 17:45

Azərbaycan dili – mənim doğma dilim
Dil bir millətin mənəvi sərvəti, kimliyinin, tarixi yaddaşının daşıyıcısıdır. Azərbaycan dili isə təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli varlığını, düşüncə tərzini, dünyagörüşünü formalaşdıran əsas amildir. Doğma dilimizin zənginliyi, qədimliyi və müasir inkişaf mərhələləri hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Azərbaycan dili türk dilləri ailəsinə mənsub olub, qədim oğuz ləhcələrinin davamı kimi formalaşmışdır. Orxon-Yenisey abidələrindən başlayaraq bu günə qədər dahilərimizin dünyanın söz xəzinəsini bəzəyən elmi və bədii əsərləri dilimizin tarixi dərinliyini və zənginliyini sübut edir. XIX-XX əsrlərdə dilimizin ədəbi normalaşması, milli mətbuatın və teatrın yaranması Azərbaycan dilinin ictimai funksiyalarını genişləndirmişdir.
Ulu Öndər Heydər Əliyev: “Azərbaycan dili – millətin sərvətidir”-deməklə, dilin dövlətçilik və milli kimlik üçün əhəmiyyətini vurğulamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən, dövlət dili Azərbaycan dilidir. Bu, dilimizin hüquqi statusunu təmin etməklə yanaşı, onun qorunması və inkişafına dövlət dəstəyi göstərilməsinin də əsasını qoyur.
Bu gün Azərbaycan dili həm rəsmi, həm də beynəlxalq səviyyədə istifadə edilən nüfuzlu dillərdən biridir. Prezident İlham Əliyevin sərəncamları ilə dilin normativ bazası gücləndirilmiş, Terminologiya Komissiyası, Dilçilik İnstitutu və digər qurumlar vasitəsilə lüğətlər, normativ sənədlər nəşr edilmişdir. Medianın, təhsilin və rəqəmsal platformaların inkişafı da dilin təkmilləşməsinə təkan verir.
Azərbaycan dili qədim və zəngin tarixi olan, türkdilli xalqların ən inkişaf etmiş dillərindən biridir. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın milli kimliyinin, mədəniyyətinin, tarixi yaddaşının daşıyıcısıdır. Müasir dövrdə Azərbaycan Respublikasının rəsmi dili kimi hüquqi statusa malik olan bu dil dünya azərbaycanlılarını birləşdirən ortaq mənəvi bağ rolunu oynayır. Dilimizin formalaşması prosesi minilliklərə dayanır və bu müddət ərzində dilimiz çoxsaylı mərhələlərdən keçmişdir. XII-XIV əsrlərdə yazılı poeziya nümunələrinin meydana gəlməsi ilə ədəbi dilin əsası qoyulmuş, XV-XVIII əsrlərdə klassik şairlərin (Nəsimi, Füzuli, Vaqif və b.) əsərləri ilə zənginləşmişdir. XX əsrdə isə dilin standartlaşması və rəsmi status qazanması baş vermişdir.
Azərbaycan dili aqlütinativ quruluşlu dildir. Bu, o deməkdir ki, sözlərə müxtəlif şəkilçilər ardıcıl şəkildə artırılır, hər şəkilçi öz spesifik funksiyasını qoruyur. Məsələn: şəhər – şəhərlər – şəhərdə – şəhərdəki və s. Bu quruluş nitqə çeviklik və ifadə zənginliyi verir.
Əlifbamızdakı sait və samitlərin uyğun ahəngdarlığı nitqimizi gözəlləşdirir, ona bir musiqilik qazandırır. Ahəng qanunu, yəni saitlərin uyum qaydası Azərbaycan türkcəsinin melodik və musiqili səslənməsinə şərait yaradır. Eyni zamanda vurğu və intonasiya sistemi dilin emosional çalarlarını ifadə etməyə imkan verir.
Morfoloji baxımdan, Azərbaycan dili zəngin şəkilçi sisteminə malikdir. İsimlər cinsə görə dəyişmir, lakin hal, təklik-çoxluq, mənsubiyyət, xəbərlik şəkilçiləri vasitəsilə qrammatik əlaqələr qurulur. Feillər zaman, şəxs, təsrif şəkilləri ilə ifadə olunur.
Sintaktik cəhətdən, cümlə quruluşu nisbətən sərbəstdir. Lakin əsas quruluş söz+söz+feil formasındadır. Məsələn: “Müəllim dərsi izah etdi”. Dilimizdə həm sadə, həm də mürəkkəb cümlə quruluşu geniş istifadə olunur. Bu, fikrin ifadəsində elastiklik yaradır.
Leksik tərkib milli və alınma sözlərin harmoniyasını əks etdirir. Azərbaycan dili ərəb, fars, rus, fransız və ingilis dillərindən müəyyən qədər sözlər alsa da, milli söz ehtiyatı üstünlük təşkil edir. Dilimizin lüğət tərkibi zəngin və çoxqatlıdır. Eyni zamanda dilimizdən dünyanın bir çox dilləriniə: rus, erməni, fars, yunan, hətta bəzi avropa dillərinə sözlər daxil olmuşdur.
Doğma dilə münasibət dövlət siyasətində də öz ifadəsini tapır, zaman-zaman dilin istifadəsi və inkişafı istiqamətində sərəncamlar imzalanır.
Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalq üçün onun ana dili milli varlığının, milli məfkurəsinin əsas atributudur”. Bu gün Azərbaycan dövlətinin dil siyasəti ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində Azərbaycan dili dünya miqyasında təbliğ olunur, xarici ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri yaradılır.
Azərbaycan dili bizim doğma dilimizdir. O, təkcə danışıq vasitəsi deyil, həm də tariximizin, ruhumuzun, kimliyimizin daşıyıcısıdır. Bu dilə sahib olmaq, onu qorumaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Gələcək nəsillərə sağlam və zəngin dil mirası ötürmək isə bizim milli məsuliyyətimizdir.
Azərbaycan dili xalqımızın mənəvi varlığı, tarixinin güzgüsüdür. Bu dili sevmək, qorumaq, öyrənmək və inkişaf etdirmək hər bir azərbaycanlının borcudur. Doğma dilinə bağlı olan xalq heç vaxt assimilyasiyaya uğramaz, kimliyini itirməz.

Həcər Hüseynova
Filologiya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universiteti, BAAU
[email protected]
https://orcid.org/0000-0002-3223-427X

Oxunub: 7
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

31-07-2023, 20:33

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

gundem / ust / manset

31-07-2023, 20:40

Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır

gundem / manset

25-07-2025, 21:54

Xalqımızın varlığının ən əsas təminatçısı

gundem / ust / manset

1-08-2024, 12:28

MƏNİM DİLİM-DOĞMA DİLİM

gundem / ust / manset

8-05-2023, 21:36

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: ana dilimiz

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 11:52
    İsveçrədə də kütləvi iğtişaşlar baş verib
  • Bu gün, 11:39
    “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
  • Bu gün, 11:35
    Tramp Netanyahu ilə nə danışdı?
  • Bu gün, 11:30
    Kəmaləddin Heydərovdan yeni - Təyinatlar
  • Bu gün, 11:26
    96 yaşlı milyarder 48 ildir su içmirmiş...
  • Bu gün, 11:20
    Bakıda keçmiş ət kombinatında yanğın
  • Bu gün, 11:08
    Bolqarıstanda prezident seçkilərinin ikinci turu başladı
  • Bu gün, 10:54
    Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi
  • Dünən, 22:01
    Fələstindən Şimali Kipr Türk Respublikasına qarşı vəfasızlıq
  • Dünən, 11:36
    Elşad Kəlbəliyev – sahibkarlıq fəaliyyəti, zəhmətkeşliyi və işgüzar keyfiyyətləri ilə seçilən nümunəvi iş adamı
  • Dünən, 10:55
    İlham Əliyev mükafatlandırma mərasimində
  • Dünən, 10:49
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 10:39
    “HALO Trust” - minatəmizləmədə şübhəli fəaliyyətləri ilə tanınan təşkilatdır
  • Dünən, 10:34
    “Azeri Light”ın qiyməti 126 dollara qalxdı
  • Dünən, 10:21
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 10:16
    Respublika Elmi Konfransının açılışı keçirilib
  • Dünən, 10:12
    Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər
  • Dünən, 10:07
    10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
  • Dünən, 10:02
    Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
  • 30-10-2026, 13:41
    Vüqar Əhmədov – enerji sektorunun inkişafına, müasir idarəçilik və xidmət keyfiyyətinə töhfə verən rəhbər
  • 30-10-2026, 13:14
    Vətənpərvər insan Ümid Əsgərov – dövlətinə, xalqına və Vətəninə bağlılığın nümunəsi
  • 30-10-2026, 12:23
    Bu mərkəz “PAŞA Holding”in dəstəyi ilə Azərbaycanda fəaliyyətə başlayır - Fotolar
  • 30-10-2026, 12:18
    Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü
  • 30-10-2026, 12:09
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • 30-10-2026, 12:03
    Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
  • 30-10-2026, 11:58
    Orxan Məmmədov Urakəranda sakinlərlə görüşdü - Fotolar
  • 30-10-2026, 11:53
    “Ombudsman dövlət orqanlarındakı nöqsanları göstərməlidir”
  • 30-10-2026, 11:48
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • 30-10-2026, 11:42
    Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
  • 30-10-2026, 11:38
    “Turan Tovuz” “Sabah”a qarşı
  • 30-10-2026, 11:18
    “Binance” kriptobirjasına kiberhücum - 6 milyardlıq zərər dəyib
  • 29-10-2026, 16:50
    Mais Məmmədov – yol hərəkətinin təhlükəsizliyi və vətəndaş məsuliyyəti naminə xidmət
  • 29-10-2026, 16:38
    “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov – enerji təsərrüfatının inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi naminə
  • 29-10-2026, 16:17
    İlqar Talıbov – humanitar təhsilin inkişafına, gənc nəslin maariflənməsinə xidmət edən rəhbər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə