• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisini təhdid edib

gundem / manset / dunya

5-08-2026, 17:28

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisini təhdid edib
Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara ünvanladığı müraciət və təqdim etdiyi rəsmi sənədlər, habelə onun və ailəsinin həyatına yönəlmiş birbaşa sui-qəsd planları və transmilli repressiya faktları beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yenicə ictimaiyyətə açıqlanan BMT Xüsusi məruzəçilərinin hesabatına əsasən, Moninder Singh Bual siqhlərin öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq platformalarda müdafiə etdiyi üçün 2022-ci ildən bəri Kanada təhlükəsizlik orqanlarından rəsmi olaraq dörd dəfə “ölüm təhlükəsi barədə xəbərdarlıq” alıb.

Sonuncu dördüncü rəsmi bildiriş 22 fevral 2026-cı ildə birbaşa onun evinə təqdim edilmiş və Kanada kəşfiyyat orqanlarının kifayət qədər ciddi qiymətləndirdiyi bu sui-qəsd planlarında ilk dəfə olaraq təkcə fəalın özü deyil, onun həyat yoldaşı və iki azyaşlı övladı da birbaşa hədəf olaraq göstərilib. Hesabata əsasən, bu gizli sui-qəsd cəhdi, Hindistan dövlətinin BMT xüsusi mexanizmləri ilə əməkdaşlıq edən dissidentləri və hüquq müdafiəçilərini istənilən coğrafiyada fiziki olaraq məhv etmək strategiyasının bariz nümunəsidir və fəalın BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə yola düşməsindən əvvəl olması təsadüfi xarakter daşımır.

Yaranmış kritik vəziyyətlə bağlı BMT-nin insan hüquqları, terrorizmlə mübarizə, sərbəst toplaşmaq azadlığı və din azadlığı üzrə 5 xüsusi məruzəçisi və eksperti Kanada hökumətinə rəsmi etiraz və çağırış məktubu ünvanlayıb. BMT rəsmiləri Moninder Singh və ailəsinin üzləşdiyi təhlükəni birbaşa Hindistan hakimiyyətinin və kəşfiyyat orqanlarının xarici ölkələrdə həyata keçirdiyi qanunsuz transmilli repressiyanın, sifarişli qətllərin və intiqam tədbirlərinin bir hissəsi adlandırıblar. Məktubda eyni xəbərdarlığı alan digər siqh fəalı Hardeep Singh Nijjarın 2023-cü ildə Kanada torpağında Hindistanın gizli agentləri və mütəşəkkil cinayətkar qrupları tərəfindən qətlə yetirilməsi xatırladılaraq, rəsmi Dehlinin suveren ölkələrin ərazisində həyata keçirdiyi dövlət terroruna qarşı Kanadanın davamlı sayıqlıq nümayiş etdirməməsindən ciddi narahatlıq ifadə olunub. Sənədlər sübut edir ki, Hindistan hökuməti öz daxilindəki etnik və dini azlıqların fundamental haqlarını boğmaqla kifayətlənməyərək, qərb ölkələrində yaşayan və fəaliyyət göstərən siqh fəallarını da qeyri-qanuni casusluq, şantaj və terror metodları ilə susdurmağa çalışır.

BMT ekspertlərinin rəsmi sənədinin tam mətni ictimaiyyətə açıqlandıqdan sonra dünya mətbuatının əsas gündəm mövzusuna çevrilib. Böyük Britaniyanın “The Guardian” qəzeti, eyni zamanda Kanadanın “CBC News”, “Global News” və Britaniyanın “The Independent” kimi aparıcı media agentlikləri də mövzuya geniş yer ayıraraq, Hindistan kəşfiyyat şəbəkələrinin suveren dövlətlərin daxili təhlükəsizliyini pozmasını, siqh fəallarına qarşı Avropa və Şimali Amerikada gizli sui-qəsd və təhdid şəbəkələri qurmasını kəskin tənqid ediblər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə profilləri və saytı mütəmadi olaraq Hindistan mənşəli kiberhücumlara məruz qalır.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

gundem / idman / manset

29-06-2026, 14:03

Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib

siyaset / manset

16-01-2026, 09:50

Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir

dunya / manset

29-03-2023, 08:04

“Taliban” qızların evdə təhsil almasını təşkil edən hüquq müdafiəçisini həbs edib

gundem / iqtisadiyyat / manset

26-03-2025, 11:31

Azərbaycanın Kanada ilə ticarət dövriyyəsi 44 dəfəyə yaxın artıb

idman / manset

13-06-2026, 11:03

Kanada millisi DÇ tarixində ilk xalını qazandı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Şanlı Zəfər salnaməsi
  • Bu gün, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • Bu gün, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • Bu gün, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • Bu gün, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • Bu gün, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • Bu gün, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • Bu gün, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • Bu gün, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • Bu gün, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • Bu gün, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə