Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll edilməlidir.
Bunu baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, işğalçı və təcavüzkar Ermənistan münaqişənin, beynəlxalq hüququn normaları əsasında həllinə ciddi cəhdlərlə maneçilik törədir.
“Münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və bir milyondan çox soydaşımız yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb.
Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll edilməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə ölkəmizin ərazi bütövlüyü və toxunulmazlığı bir daha təsdiqlənib və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb olunub.
Təəssüf ki, məlum qətnamələr indiyədək yerinə yetirilməyib. Ona görə həmin qətnamələri icra etmək, yerinə yetirmək üçün Ermənistana ciddi təzyiqlər edilməlidir”, - deyə Ə.Əhmədov əlavə edib.