Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Azərbaycan və Ermənistan arasındakı operativ əlaqələr haqqında danışıb.
ulusestv.az Oxu.Az-a istinadla xəbər verir ki, Naqdalyanın sözlərinə görə, bu əlaqələr nəinki ictimai bəyanatlar üçündür, bu, həqiqətən, işləyən xətdir.
“Bu əlaqələrin qurulmasına sülh atmosferinin formalaşması və bərkidilməsi baxımından baxmaq lazımdır”, - Ermənistan XİN nümayəndəsi bildirib.
Oktyabrın 18-də Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bildirib ki, Azərbaycanla etibarlı operativ əlaqə qurulub və yarım saat ərzində əldə edilən məlumatlar dövlət başçılarına çatdırılır.