Hörmətli akademik Yaşar Saday oğlu İbadov artıq 14-cü dəfədir ki, “Yeni Zaman” ixtiralar və yeni texnologiyalar Beynəlxalq salonunun işində iştirak edir. Yaşar İbadov hər il informasiya təbabəti və nanotexnologiyalar sahəsindəki özünün yeni ixtiralarını və layihələrini təqdim edir. Yaşar İbadov bu il yenə sentyabrın 27-dən 29-na kimi Qara dəniz sahilindəki Sevastopol şəhərində uğurla keçmiş sərgidə iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyasının direktoru doktor İbadov Sərgiyə iki lahiyə təqdim etmişdir:
1.Akademik V.P.Qoç və C.L.Katamanovanın həmmüəllifliyi ilə yaradılmış piktoqrafik rezonator-korrektor.
2.C.L.Katamanovanın və Z.N.Bəkirovanın həmmüəllifliyi ilə hazırlanmış “Harmoniya” mobil əlavənin köməyi ilə beyinin hər iki yarımkürəsinin harmonizasiya işinin üsulları.
Doktor Yaşarın yeni layihələri böyük maraq doğurdular və layiqli hörmət, mükafatlar və fərqlənmə nişanları aldılar. “Piktoqrafik rezonator-korrektor” layihəsinə görə Yaşar İbadova “Yeni Zaman” ixtiralar və yeni texnologiyalar Beynəlxalq salonunun Qızıl medalı, Rusiya Federasiyasının Kənd təsərrüfatı Nazirliyinin Qızıl medalı, paytaxt işəgötürənlər ittifaqının Diplomu təqdim olunmuşdur. “Harmoniya” mobil əlavənin köməyi ilə beyinin hər iki yarımkürəsinin harmonizasiya işinin üsulları” layihəsinə görə hörmətli Yaşar İbadov “Yeni dünya” ixtiralar və yeni texnologiyalar Beynəlxalq salonunun Qızıl medalı ilə təltif olunmuşdur. İxtiraçılıq və səmərələşdiriçilik, intellektual mülkiyyət, elmi və texniki yaradıcılıq məsələləri üzrə VOİR-in şimal-qərbi şurası ixtiraçılıq fəaliyyəti sahəsindəki yüksək nailiyyətlərinə görə Yaşar İbadovun xidmətlərini Fərmana layiq görmüşdür. Yaşar İbadov “Dünya tədqiqatçılar və ixtiraçılar forumu” Beynəlxalq təşkilatı adından “onun elmi işləri və innovasiyalarına, beynəlxalq elmi-texniki əməkdaşlığa töhvələrinə görə” xüsusi Diplom və Kubokla təltif olunmuşdur. Yaşar İbadov həmçinin elmi fəaliyyətdəki xidmətlərinə görə “Mixail Vasilyeviç Lomonosov” medalı ilə təltif olunmuşdur. Bu mükafat fundamental və tətbiqi tədqiqatların, təhsil proqramlarının realizasiyası və tətbiqi sahəsindəki uğurların ictimai etirafıdır. Professor İbadovun elmi və təhsil məhsullarının keyfiyyətinin fasiləsiz yaxşılaşdırılmasına yönəlmiş yüksək peşəkarlıq, müntəzəm, inteqrasiya olunmuş və mütəşəkkil iş tərzi bu medalların verilməsinin əsas səbəbidir. Oksford Universitetinin akademiki, Alternativ Psixologiya Beynəlxalq Məktəbinin rəhbəri, tibbi-biologiya elmləri doktoru, professor, Azərbaycan Təhsil İnstitutunun psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyasının direktoru hörmətli Yaşar İbadovu yeni elmi nailiyyətlər münasibətilə təbrik edirik! Ona xeyirli günlər və xoşbəxtlik, yaradıcılıq uğurları arzu edirik!
ulusestv.az
xeber portal;