İdman - insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkətidir. ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
İdmanın insan orqanizmi üçün 7 əsas xeyiri:
1. İdman əhvalı yüksəldir - belə ki, idmandan sonra insanözünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
2. İdman xroniki xəstəliklərin qarşısını alır - müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterininmiqdarını nizamlayır.
3. İdman çəkinizi qorumağa kömək edir - müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
4. İdman ürəyin və ağciyərin funksiyasını gücləndirir - müntəzəm idman vucudu oksigenlə tam təmin edir damarlarda qan dövranını artırır.
5. İdman yuxusuzluğu aradan qaldırır.
6. Müntəzəm idman intim həyatı aktivləşdirir.
7. İdman təngnəfəsliyi aradan qaldırır.
Idmanın ölkənin sosial – iqtisadi inkişafındakı roluna, əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin sağlamlığı və tərbiyəsində ən vacib amillərdən biri olmasına ictimai fikir və dövlət münasibəti nəzərə çarpacaq dərəcədə dəyişmişdir. Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə qazanılan uğurlar və əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdir.
Sumqayıt şəhərində də idmanla məşğul olan gənclərimiz son dərəcə çoxdur. Azyaşlılardan tutmuş ta orta məktəb şagirdlərinə, ali məktəb tələbələrinə qədər bütün gənclər idmanla məşğul olurlar. Elə buna görə də Sumqayıt şəhərində idmanın bütün növləri ilə məşğul olan idman müəllimlərimiz, məşqçilərimiz vardır. Belə ki, Sumqayıtın adını bu gün dünyada tanıdan dünya çempionlarımız vardır. Onlardan biri də Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi müəllimi Məmmədov İlham Fazil¬ oğlunun¬ yetirməsi¬ Əliyev Rövşən¬ Kamil oğlu 2009-cu ildən cüdo idman növü ilə məşğul olur. Dəfələrlə kiçik yaşlı cüdoçular arasında şəhər və Respublika birinciliklərinin qalibi olmuşdur. İlk yarışı 2014-cü ildə Rusiyanın Anapa şəhərində keçirilən beynəlxalq turnirin olmuşdur. 2015-ci ildə Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirin burunc mükafatçısı olub. 2016-cı ildə yeniyetmələr arasında Respublika birinciliyinin gümüş mükafatçısı olub və yeniyetmələrdən ibarət yığma komandanın tərkibinə düşüb. Həmin illərdə ardıcıl olaraq Türkiyənin Antalya, Çexiyanın Praqa, Polşanın Varşava və Almaniyanın Berlin şəhərində keçirilən Avropa kuboklarının qalibi olub və Avropa birinciliyinə vəsiqə qazanıb. Fillandiyanın Vantaa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində bütün rəqiblərinə qalib gələrək 50 kq çəkidə Avropa çempionu olub. 2017-ci ildə gənclər arasında 55 kq çəkidə Respublika çempionu. 2018-ci ildə Respublika birinciliyində 55 kq çəkidə gümüş medal qazanmışdır. Həmin ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 55 kq çəkidə dərəcəsində Avropa kubokunun qalib oldu. Avstriya Respublikasında keçirilən Avropa kubokunda finalda Yaponiyalı rəqibinə məğlub olaraq gümüş medala sahib olub və Avropa birinciliyində iştirak etmək hüququ qazanmışdır. Sentyabr ayında Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa birinciliyində gümüş medala layiq görülüb. Və nəhayət 17-20 oktyabr 2018-ci il tarixində Baham adalarının Nassau şəhərində keçirilən Cüdo üzrə gənclər arasında Dünya çempionatının qalibi olaraq, şəhərimizin cüdo üzrə ilk dünya çempionu olmuşdur. Dunya çempionuna bu gələcək bütün yarışlarında uğurlar arzulayırıq və inanırıq ki, bundan sonra da Azərbaycanın bayrağını zirvələrə aparacaqdır.
ulusestv.az