Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Elmin vacibliyini hələ qədim zamanlardan dərk ediblər. Ta qədim zamanlardan elmdə nailiyyətlər əldə etmək üçün çalışıblar. Təbiəti öyrənib, bununla cəmiyyəti məlumatlandırmağa səy göstəriblər.
Müsahibim 21 saylı tam orta məktəbin direktoru Vladim İbrahimovdur.
-Ümumilli Lider, dahi şəxsiyyət Heydər Əliyev təhsil haqqında demişdir: “Təhsil millətin gələcəyidir! İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”.
Sumqayıt şəhərində yüksək nəticələri ilə ön sıralarda gedən məktəblər çoxdur. Onlardan biri də 21 saylı tam orta məktəbdir. Bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında Sumqayıtda uğurları ilə öyünən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.
Məktəbimizdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlər daha çoxdur. Hər il olduğu kimi, bu il də məzunlarımız yüksək balla ali təhsil ocaqlarına qəbul olunub. Məktəbimiz ali məktəblərə qəbulolunma göstəricilərinə görə ön sıralardadır. Qazandıgımız bu yüksək nəticə müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib. Onu da qeyd edim ki, bu il qəbul fəaliyyətimiz yüksək olub. Məzunlarımız Azərbaycanın və dünyanın bir cox ali təhsil müəssisələrinə qəbul olublar. Sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ili təhsildə "Keyfiyyət ili" elan edilib. Biz də bu il fəaliyyətimizi daha da genişləndirməyi, daha böyük ugurlara imza atmagı qarşımıza məqsəd qoymuşuq.
Qədim zamanlara nisbətən, elmin inkişafı müasir şəraitdə daha asandır. Elmi nailiyyətlər nəticəsində kompüter erasına qədəm qoymuşuq. Azərbaycanda da bu kimi texnoloji yeniliklərin tətbiqi təhsilin inkişafına gətirib çıxarır. Məktəblər yeni texniki avadanlıqlarla təchiz olunur. Bunlar hamısı dövlətin müəyyən etdiyi strategiyaya əsasən həyata keçirilir.
Dediyim kimi, savadsız cəmiyyət heç kimə lazım deyil. Hazırda da dövlət savadlı kadrların hesabına iqtisadi, hərbi və elm sahəsində irəliləməyi qarşıya məqsəd qoyub. Yalnız savadlı, təhsilli gənclərin hesabına bu sahələrdə uğurlar qazanmaq, beynəlxlaq arenada Azərbaycanı layiqincə təmsil etmək mümkündür.
Son dövrlərdə təhsildə tətbiq olunan yeniliklərin uğurlu fəaliyyət nəticəsində həyata keçirilməsi bu strategiyanın gələcəkdə böyük nəticələr verəcəyini deməyə əsas verir. Artıq deyə bilərik ki, müasir elmlə və müasir təhsil sistemi ilə ayaqlaşan Azərbaycan təhsil sistemi dünya təhsilində öz yerini tapmaqdadır. Şagirdlər isə yaradılan imkanlardan məharətlə faydalanmalıyıq. Yadda saxlamaq lazımdır ki, bütün bunlar şagirdlərin savadlanması üçündür. Hər kəs öz üzərimizdə çalışsa, yaradılan imkanlardan faydalansa, savadlı bir kadr kimi yetişsə, onda, Vətənimiz Azərbaycana da xeyir vermiş olacarıq. Gəlin, hamımız Azərbaycan üçün çalışaq və oxuyaq! Hamımız savadlı olaq!
Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq Vladim İbrahimov xərclədiyi bu illərdə təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərə səmimiyyəti, əsl müəllim qayğısı göstərdiyinə görə onların əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır.
Şagirdlərə biliyi, informasiyaları çatdıra bilmək əsl fədakarlıqdır. Azərbaycan dilinin incəliklərinə vararaq onları şagirdlərə təqdim etməsi mənə vaxtilə Heydər Əliyevin ana dilimizlə bağlı dediyi fikirləri xatırlatdı: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur. Belə müəllimlər çoxaldıqca təhsilin səviyyəsi zaman-zaman yeni inkişafa qədəm qoyur. Bu yerdə türk dünyasının görkəmli filosofu Əbu Turxanın da fikirlərinə istinad etməyə bilmirəm: “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. Bu fikirləri ən çox təhsil sahəsində çalışan bilikli, təcrübəli müəllimlərə aid etmək daha doğru olar. Çünki müəllim cəmiyyətin sütunudur. O, nə qədər bacarıqlı, istedadlı, peşəsinə sədaqətli olsa gələcəyimizdən arxayın ola bilərik. Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq Vladim İbrahimov direktoru olduğu Sumqayıt şəhəri 21 saylı tam orta məktəbin timsalında gördüm. Mən də məktəbin bütün kollektivinə cansağlığı və uğurlar arzulayıram!
Tahirə Həbliyeva