Atam Fərhad Nəhmətoğlunun bu günlərdə doğum günüdür. Bu münasibətlə səbəbkarı təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Əslində atam haqqında bir, iki kəlimə xoş söz demək istəyirəm. Bəli, atam haqqında nəsə demək və ya yazmaq mənim üçün çox çətindir.Düşünürəm ki, birdən ona olan sevgimi, ona layiq olan sözləri tapıb yaza bilmərəm. Sözlərim yarımçıq qalar, ürəyim istəyən cümlələri tapmaqda aciz olara. Bax onnda yazdığım cümlələrdən utanaram, yazdığım sözlərdən utanaram. Ancaq Atamın ad günü barədə bir-iki kəlmə yazmağı bir övlad olaraq özümə borc bilirəm. Ürəyim elə doludur ki, heç bilmirəm hardan başlayım, harda qurtarım. Düşünürəm ki, görəsən fikirlərimi, onun haqqında düşüncələrimi ifadə etməyə gücüm çatacaqmı? Yoxsa…
Atam mənim ideal saydığım insanların içində birinci sıradadır. Həmişə onun kimi olmağa can atmışam, onun kimi yaşamağı, onun kimi davranmağı, onun kimi yeriməyi arzulamışma. Bəzən insanlar ürəklərindəki sevgi hisslərini yaxın adamlarına çatdırmaq üçün çətinlik çəkirlər, bəzən isə bir baxış, bir gülüş, bircə söz belə yetər ki, fikir çatsın.
Övladın bu dünyada həmışə güvənə biləcəyi bir dağıdır Ata. Bu dağın bəzən qoynu daş-qaya olsa da, yolunu itirmiş hər kəs özünü müdafiə üçün bu qayaları səngər edir, insan da həmişə dar ayaqda atanın köməyini beləcə səngər edər özünə. Ata uca, amma başı qarlı bir zirvədir!.. Bir çox missiyaları daşıyan və onları çox layiqincə yerinə yetirən ATAM haqqında yazarkən əvvəlcə onu deyim ki, mən atamı bu dünyada çox-lap çox sevirəm! Mənim atam həm yaxşı oğuldur, həm yaxşı qohumdur, yaxsı vətəndaşdır, dürüst insandır.
Əziz atam, bir il daha bitdi, amma heç vaxt kədərlənmə ki, zaman necə də tez keçir deyə… Unutma ki hər kəs eyni ömrü yaşayır. Bu ilin sonunda geriyə baxdığında ümid edirəm ki, belə deyəcəksən ”möcüzələrlə dolu bir ili də yola saldıq”. Bütün diləklərinin reallaşması diləyimlə deyirəm... ATA, AD GÜNÜN MÜBARƏK!
Bütün sevdiklərinin adından Lalə Fərhadqızı
Bu təbrikə biz də qoşuluruq. Ad günün mübarək Fərhad müəllim! 100 yaşınızı qeyd etmək qismətinizə yazılsın.