Dekabrın 1-i günü "Vətən Naminə Xalq" ictimai birliyinin sədri Hacı Əbdülün sədrliyi ilə birliyin növbəti toplantısı keçirildi və o, iclasa öz çıxışı ilə başladı. Tədbir iştirakçılarını salamladıqdan sonra, Hacı Əbdül birliyin yaranma tarixi, hədəfləri və Maştağa, Buzovna, Türkan qəsəbələrində yerli sakinlərlə keçirdikləri görüşlər barəsində hər kəsə geniş məlumat verdi. O, onu da qeyd etdi ki, ictimai birlik yarandığı ilk gündən Azərbaycan Respublikasının 1-ci xanımı, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vətən qarşısındakı xidmətlərini geniş kütlələrə çatdırmağı qarşısına məqsəd qoyub.
Çıxışı zamanı birliyin sədri Bakıda və ətraf şəhərlərdə, rayonlarda təşkilatın gücləndirilməsinin vacibliyini bildirdi. O, qeyd etdi ki, “Başlıca məqsədimiz Vətən naminə, vətən uğurunda çalışmaqdır. Biz xalqımıza çatdırmalıyıq ki, məqsədimiz, niyyətimiz nələrdən ibarətdir. Bizim yalnız bir məqsədimiz var, o da Mehriban xanım Əliyevanı dəstəkləməkdir, onu prezident vəzifəsində görməkdir. Bu bizim növbəti görüşümüz olsa da, biz bir nəfər kimi harada olsaq belə, hər zaman apardığımız təbliğatı xalqımıza bildirməliyik, Mehriban xanım Əliyevanı da dəstəkləməliyik.
Mehriban xanım Əliyevanın bir kimsənin qarşısında öhdəçiliyi yoxdur. Bircə onun o, böyük Allah-Təalanın qarşısında öhdəçiliyi var. Biz xanıma güvənirik və o hala da inanırıq ki, Mehriban xanım xalqımıza, millətimizə hər zaman qayğı göstərən bir xanımdır. Biz hər zaman onunla birlikdəyik.
Hacı Əbdül çıxışı zamanı onu da qeyd etdi ki, “Ayaz Mütəllibov ölkəni tərk etdikdən sonra özümə söz vermişdim ki, bir daha siyasətlə məşğul olmayacağam. Mehriban xanım Əliyevanın atdığı addımları gördükdən sonra, sözümü geri götürdüm və yenidən siyasətə qayıtdım. Çünki, biz gələcəyimizi, uşaqlarımızı, dövlətimizi, xalqımızı ancaq bu xanıma etibar edə bilərik.
İctimai birliyin sədri çıxışı zamanı bir neçə məqamlara da toxundu və qeyd etdi ki, “Gənclərimizin çoxu bəlalar içindədir. Mən çalışıram ki, əlimdən gələni edim, lazımi köməkliyimi cavanlardan əsirəməyim. Sözümün canı odur ki, bizi belə bir bəlalardan Mehriban xanım qurtara biləcək. Gəlin hamılıqca bu xanımı dəstəkləyək. Bu gün xalqımızın arasında xəyanətkar çoxluq təşkil edirlər. Qardaşlar, bacılar gəlin bu bəlalardan özümüzü qurtaraq. Bu yolda məqsədimiz, amalımız bir olsun”. Birliyin sədri sözü idarə heyyətinin sədr müavini Hacı Əflan İbrahimova verdi.
"Vətən Naminə Xalq" ictimai birliyinin növbəti toplantısı keçirildi. O da çıxışı zamanı “Gəlin birlikdə Hacı Əbdülü dəstəkləyək, onun hər məsləhətlərinə qular asaq və bu yöndə lazımi addımlarımızı da ataq”. O, onu da qeyd etdi ki, iclasın gündəliyində bir neçə məsələlərə baxılacaq.
1) Təşkilatı məsələlərə baxmaq
2) Azərbaycan Respublikasının ictimai-siyasi vəziyyətinin müzakirəsi
3) Cari məsələlər
Mehriban xanımın gördüyü işlər hər kəsə məlumdur. Bu xanım neçə-neçə məktəblər, məscidlər tikdirib və hər birini də lazımınca qaydaya saldırıb. Gördüyü işlər xalqımızın gözləri qarşısındadır. Biz millət, xalq olaraq Mehriban xanım Əliyevanı dəstəkləyirik, hər zaman da onun mövqeyinin müdafiəçisi olacağıq.
Daha sonra çıxış üçün söz BDU-nin professoru, tanınmış ziyalı, hər kəsin rəğbət bəslədiyi hörmətli Əsədulla Qurbanova verildi. O, çıxışı zamanı qeyd etdi ki, “Bu məscid qədim tarixə malik dini abidədir. Ona görə də, belə bir yerdə çıxış etdiyimə görə özümü xoşbəxt sanıram”. Əsədulla müəllim çıxışı zamanı keçmişə ekskurs etdi və tələbəlik illərini xatırladaraq “Mən tələbə olarkən bura yaxın yerdə qalırdım. Nə zaman eyvana çıxırdımsa, o halda buranı görürdüm. Düşünürdüm ki, vaxt gələcək hər kəs buranın necə gözəl bir yer, qiymətli bir məkan olduğunu biləcək. Bu gün biz təmiz qəlblə, aydın fikirlə bu ictimai birliyi dəstəkləməli və əlimizdən gələnini də etməliyik”. Adı çəkilən şəxsin çıxışından sonra söz şair Maqsud Qobustanlıya verildi.
O, çıxışına belə başladı və bildirdi ki, “Hər kəs burda qəlbinin səsiylə əyləşib. Bu gün elə bir gündür ki, hər kəsin fikiri, düşüncəsi, əqidəsi eynidir. Burda əyləşən xanımlara, bəylərə xeyir-dua verirəm. Çox sevinirəm ki, bugünkü gündə mən də buradayam. Mən də ictimai birliyin üzvüyəm və ürək sözlərimi xalqımıza çatdırıram. Eyni zamanda "Vətən Naminə Xalq" ictimai birliyinə xeyirli olsun deyirəm! Sonda şair Mehriban xanım Əliyeva haqqında yazmış olduğu şeirini hər kəsə belə çatdırdı.
Bizim Mehriban xanım
İçib sədaqət andı,
Fikri xalqa əyandı.
Millətinə həyandı,
Bizim Mehriban xanım!
Anamız –bacımızdır,
Şan -şöhrət tacımızdır,
Darda əlacımızdır,
Bizim Mehriban xanım!
Dostluqa yol açandı,
Qəlblərə nur saçandı,
Yaxşı pisi seçəndi,
Bizim Mehriban xanım!
Durmadan gecə gündüz,
İşini aparır düz.
Tarixdə qoyacaq iz,
Bizim Mehriban xanım!
Yayılıbdı ad-sanı,
Sağ olsun onun canı!
Sevir Azərbaycanı,
Bizim Mehriban xanım!
Tanrı ona yar olsun,
Görüm daim var olsun,
Maqsud Bəxtiyar olsun,
Bizim Mehriban xanım!
Şair Maqsud Qobustanlı
Tədbirə qonaq qismində dəvət olunmuş “Beynəlxalq İdeal Sülhün Təbliği Fondu”nun təsisçisi və rəhbəri Alikram Müzəffər isə, çıxışı zamanı bir çox məsələ və problemlər haqda fikirlərini səsləndirdi. O daha çox Mehriban xanım Əliyevanın gördüyü işlərə lazımi qiymətin verilməsini, ona hər kəsin dəstək verməsinin zəruriliyini qeyd etdi və o, onu da vurğuladı ki, “Birinci vitse-prezident Mehriban xanım atdığı addımları ilə xalqımızın rəğbətini qazanmış bir xanımdır”.
Polis zabiti Elxan Cəfərov çıxışını Nizami Gəncəvinin sözləri ilə başladı və bir çox məsələlərə də toxundu.
İnsanın ağır günü ən böyük ehtiyacıdır,
İnsanın ən ağır günü insan olmaqdır.
Ən çətin işi, ən asan işi vaxtında görməməkdir. Məqsədimiz, amalımız məmləkətimizi şən görməkdir. Amma, bugünkü işlər bizi qane etmir. Məmləkətimizin belə bir vəziyyətə düşməsində, məhz bizim də bilərəkdən bilməyərəkdən günahımız var. Bu gün xalqımızın düşünən beyinlərə ehtiyacı var. Bu çətin, şərəfli yolda hər kəsə uğurlar arzu edirəm. O, onu da qeyd etdi ki, “Qadın kamilliyi hər kişinin əsas dayağıdır. Mehriban xanım Əliyeva da cənab Prezidentimiz İlham Əliyevayə böyük dayaq və dəstəkdir”. Tədbirin gedişi zamanı çıxış üçün söz “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində mədəni irsin tədqiqi üzrə baş məsləhətçi vəzifəsini daşıyan Elxan Məmmədova verildi. O, birlik üzvləri qarşısında çıxış edib bildirdi ki, “Biz Hacı Əbdülün dedikləri hər bir məsləhətini, hər bir tövsiyyəsini əsas tutmalıyıq və qarşımızda duran vəzifələrin həlli istiqamətində, var gücümüzlə addımlarımızı da atmalıyıq dedi. Bu gün hər kəs görür ki, hörmətli Mehriban xanım xalqımıza məxsus mədəni irsin qorunmasında, tədqiqində və onun dünya səviyyəsində tanınmasında əvəzsiz rol oynayır dedi. Odur ki, hər birimiz Mehriban xanım Əliyevaya dəstək verməliyik, ona daha uğurlu addımlarını ata bilməsi üçün, əlimizdən gələn hər cür köməkliyi də göstərməliyik”.
Tədbirdə bir çox ictimai birliyin üzvləri də çıxış etdilər. Onlar etdikləri çıxışlar zamanı öz ürək sözlərini bildirib, hər kəsə uğurlarını çatdırdılar. Çıxış üçün söz ictimai birliyin üzvləri Rövşən Qasımova və Teyyub adlı şəxsə verildi. Hər iksi ictimai birliyin yaranmasından və gələcəkdə görməli olduğu işlərdən danışdılar.
Tədbirin sonunda ictimai birliyin sədri Hacı Əbdül Əbdülov iclasa yekun vurdu və qeyd etdi ki, “Sadə insanlar, ziyalılar, müxtəlif peşə sahibi olanlar arasında Mehriban xanımın nüfuzu və qarşıdakı seçki marafonunda ehtimal olunan namizədliyi çox böyük rəğbət və məhəbbət hissi ilə qarşılanır. Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq mövcuddur. Növbbəti seçki dönəmində cənab İlham Əliyevin layiqli davamçısı 1-ci vitse-prezident ölkənin ən ali “post”unda xalqımızı ləyaqətlə, əzmkarlıqla təmsil etməyə qadir olan bir xanımdır”. Bununla da idarə Heyətinin iclası öz işini tamamlamış oldu. Biz də AtaTv.az xəbər portalı adından bu ictimai birliyə uğurlar arzu edirik.
Mətni hazırladılar: AtaTv.az xəbər portalının rəhbəri Rasafil Bayramov,
Direktor müavini Mehparə Cəfərzadə