Əziz müəllimlə tanışlığımın çox təsadüfidir. Mehriban, səmimi insanlar bağqalarının yaddışında elə həmin an həkk olunur. O da mənim beynimə beləcə həkk olundu. Uzun müddət Sumqayıtdə Xəzərin sahilində Corat qəsəbəsində yaşayır. Corat qəsəbəsi bu gün əsl istirahət məkanı sayılır. Xəzərin sahilində salınan bu qəsəbənin bu gün sakinlərinin sayı 10 mindən artıqdır. Bu on minlərin içərisində Əziz Əlibabayevin özünün yeri və izi var. Uzun müddət Sumqayıt şəhəri Corat qəsəbəsi icra nümayəndəliyində baş mühasib kimi çalışıb. 2001-ci ildən 2004-cü ilə kimi Sumqayıt çəhərində elektrik şəbəkəsində mühəndis vəzifədində çalışıb. Hazırda isə təqaüddədir.
Bu yerdə yadıma bir Hind aforizmi düşdü. «Nəyə gərəkdir o qəhrəmanlar ki, zəifləri müdafiə etmir, Nəyə gərəkdir, o dövlət ki, kasıbların ehtiyacına sərf olunmur. Nəyə gərəkdir o fəaliyyət ki, xeyir işlər üçün görülmür. Nəyə lazımdı o həyat ki, insanın başını ucalttmır».
Düşünürəm ki, bü gün mənim də əlimdə bir qələm var. Əgər bu qələmlə mən yaxşı insanlar haqqında iki-üç kəlmə yazmayacağamsa, onda bu qələm mənim nəyimə lazımdır?
İndi bunları oxuyub, elə fikirləşəcəksiniz ki, harda idi elə bir insan ki, onun həyatı buradakı şərtlərə cavab versin? Ətrafınıza diqqətlə baxın. Belə adamlar olmasaydı, bu aforizm də yaranmazdı, necə ki, Əziz müəllimin olmasaydı bu aforizm də yadıma düşməzdi. Təəcüblənməyin aforizm Əziz müəllimin hərəkətlərini yox onun hərəkətləri aforizmi yadıma saldı.
Məhəmməf Peyğəmbərin belə bir kəlamı var: "Yaxşı əməllərdə təkidli olun".
Hər halda mən də Əziz müəllim kimi insanlar haqqında iki-üç kəlmə yazmağa davam edəcəyəm.
Şamil Cəfər