Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovanın məhkəməsi keçirilib.Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə Ş.Səmədova ifadə verərək özünü təqsirli bilmədiyini deyib:
"Hadisə günü oğlumla evə gedirdik, məhləyə çatanda gördük hamı qaçır. Bu vaxt iki nəfər qoluma girib məni evə gətirdi, çantamı da aldılar. Sonra bizi polisə apardılar, orada hal şahidləri dedilər ki, guya mənim çantamdan narkotik çıxıb, mən də yalan olduğunu dedim.
Mən bundan əvvəl də narkotika görə "yatmışam", amma onda da günahım olmayıb. Ərimin əvəzinə mən həbsə getdim. Ortada heroin var idi, ərim də "lomka"da idi. Dedi tutulsam, türmədə öləcəyəm. Onun əvəzinə mən heroini üzərimə götürdüm və gedib içəridə yatdım.