Venesuela prezidenti Nikolas Maduro ölkədə hakimiyyət dəyişəndən sonra Kuba yaxud Rusiyaya qaça bilər.
RİA “Novosti”nin məlumatına görə, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.
“Maduronun Kuba və Rusiyada dostları var. Digərləri də var. Onlar gəlib bizə deyirdilər ki, hazırkı qeyri-legitim rejimin nümayəndələrini qəbul etməyə hazırdırlar”, - deyə o vurğulayıb.