Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində güclü yanğın baş verib.
ulusestv.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 300 m² sahədə yanıb.
Nazirlikdən əvvəllər həmin evlərdə məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmadığı bildirilib.
Yanğının səbəbi bilinmir.