Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.
Ulusəs-in Oxu.Az-a istinadən xəbər verir ki “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbərə verir ki, Dünya Bankı ilə imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb.
O cümlədən risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb. İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.
Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.