Martın 24-də Ukraynanın Odessa şəhərində “BMW” və “Hyundai Sonata” markalı avtomobillərin iştirakı ilə dəhşətli qəza baş verib.
24tv.ua portalının verdiyi məlumata görə, qəza zamanı “BMW”nin 22 yaşlı sürücüsü və 33 yaşlı sərnişini ölüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, “BMW”nin sürücüsü Şamil Hacıyevin atası Qəzənfər Hacıyev biznesmen, qardaşı Ramil Hacıyev isə boks üzrə dünya çempionudur. Qəzənfər Hacıyev Odessadakı gecə klublarından birinin sahibidir.
Ukrayna KİV yazır ki, sərnişin Viktoriya Kvarçenkonun atası Valeriya Kravçenko iş adamıdır. O, plastik cərrahiyyə klinikalarından birinin sahibidir.
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.