Gürcüstanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.
4.5 maqnitudalı zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.