Sumqayıt... Bu ad kimlərin qəlbini titrətmir, kimlərin yadına nələri salmır, kimlərin də yaddaşında tarixi vərəqlətmir? Sumqayıt bu gün kimləri qoynunda əzizləmir, kimlərə ev sahibliyi etmir, kimlərin də oduna-ocağına çevrilmir? Sumqayıt adıyla, sanıyla hər zaman ölkələr arasında tanınıb, sevilib, dostluq, qardaşlıq şəhərinə çevrilib. Bir sözlə, Sumqayıt bu gün onun qədrini bilənlərindir, onun havasını udub, suyunu içənlərindir.
Sumqayıt bu gün gözəl paytaxtımızla birgə böyüyür, birgə addımlayır. Şəhərə üç-dörd il bundan əvvəl gələn qonaq bu gün şəhəri tanımır, onun bu qısa müddət ərzində necə dəyişdiyini dilinə gətirir. Bu da təbii ki, şəhər rəhbərliyinin gərgin əməyinin bəhrəsidir.
Cənab Zakir Fərəcovu Mənzil Kommunal İstehsalat Birliyində işlədiyi dövrdən tanıyıram. Dəfələrlə qəbulunda olmuşam, dəfələrlə gördüyü işlər barədə məqalələr hazırlamışam. Cənab başçımız elə o vaxtlarda da Sumqayıtı sevən, onun qiymətini bilən bir dövlət işçisi idi. Cənab başçının xalqını necə sevdiyinin dəfələrlə şahidi olmuşam. Hələ 93-cü illərdə müharibənin qızğın vaxtında Zakir Fərəcovun necə həyəcan keşirdiyini görmüşəm, onun Mənzil Kommunal İstehsalat Birliyinin qarşısında 15 şəhidimizə abidə ucaltmağı da dediklərimin sübutudur. O vaxtlar bu cavanlar haqqında Zakir müəllimin tapşırığına əsasən “On beş qardaşın nağılı” adlı kitabı da hazırlayıb “Sumqayıt” nəşriyyatında çap etdirmişik. Kitabın redaktoru Hacı Ağəddin Mansurzadə (Allah ona qəni-qəni rəhmət eləsin) hər zaman deyərdi ki, Zakir Fərəcovun bu xidməti Allah dərgahında qəbul olunacaqdır. Bizim hazırladığımız kitabın Zakir müəllimə təqdim olunmasında da iştirak etmişəm. Zakir müəllim kitabı əlinə alan kimi bağrına basdı və bu xidmət üçün Ağəddin Mansurzadəyə təşəkkürünü bildirdi.
Zakir müəllim sonralar Bələdiyyə sədri seçiləndə də Ağəddin müəllim çox sevinmişdir. Onun dediyi bir kəlmə söz bu gün də qulaqlarımda cingildəyir: “Zakir müəllim yaxşı oğlandı, bu mərtəbəyə ən layiqli namizəddir” demişdir.
Sonralar Bələdiyyədəki xidmətləri bunu bir daha təsdiqlədi. Zakir müəllim Azərbaycanda təzə-təzə qurulan Bələdiyyə sisteminə ilk dəfə rəhbərlik edən şəxslərdən biri idi. Hələ Azərbaycan xalqı Bələdiyyə sisteminin nə olduğunu bilmirdi. Belə çətin anda xalqla birlikdə işləmək həqiqətən çətin idi. Lakin Zakir Fərəcov bu çətinliyin də öhdəsindən layiqincə gəldi. Və onun bu xidmətləri gözdən uzaqda qalmadı. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı kimi yüksək bir mərtəbəyə layiq görüldü.
Abşeron rayonu cənab Zakir Fərəcovun sayəsində yenidən quruldu, yenidən tikildi. Bu gün Abşeron sakinləri cənab başçımızın gördüyü işləri alqışlayırlar.
Cənab Zakir Fərəcovun Sumqayıta İcra başçısı təyin olunmasından elə bir uzun müddət keçmir. Bu balaca zaman kəsiyində cənab başçımız Sumqayıtı yenidən yaradıb, yenidən tikib, yenidən qurub. 70 illiyini qeyd etməyə hazırlaşdığımız Sumqayıt bu gün günü gündən gözəlləşir. Məhəllələrdə, mikrorayonlarda gəzərkən bu şəhərin qısa müddət ərzində belə dəyişdiyinə inana bilmirsən. Sovet dönəmində tikilmiş binaların bu gün hamısında yenidən qurma işləri aparılıb. Sınıb dağılmış şüşələri yenilənmiş, giriş qapıları seyf qapıları ilə əvəz olunmuşdur. Binaların zirzəmisinə yığılan zibbilliyin iyindən, qoxusundan təkcə binada yaşayan sakinlər deyil, elə ətrafından keçən insanlar da şikayətlənirdi. Bu gün bu problem tamamilə həll olunmuş, zibil yeşikləri hər gün Təmizlik idarəsinin işçiləri tərəfindən daşınır. Binaların fasadları yenilənir, dam örtülkəri yenisi ilə əvəz olunur. Bir vaxt vardı ki, qış aylarında evləri daman insanların şikayətləri baş alıb gedirdi. Hər il qırlanan binalar isti yay aylarında əriyir, yenidən qış aylarında problemlər yaradırdı. Bu gün artıq bu problem də öz həllini tapmış, binaların dam örtükləri bir qayda olaraq şiferlənir. Bu gün şəhər sakinlərinin rahat yaşaması üçün hər cür şərait yaradılır.
Şəhərin küçələrində də abadlıq işləri görülüb və bu gün də görülür. Yollar asfaltlanmış piyada keçidlərinin kənarında gül kolları əkilmiş, qazonlarla bəzədilmişdir. Şəhərin giriş qapısı sayılan Sülh küçəsindən şəhərə daxil olarkən insanın ürəyi sevinir, ətrafa nəzər salanda könül rahatlığı tapırsan. Yol boyu gül kolları əkilmiş, ağaclar basdırılmış, yeni elektrik işıqları ilə işıqlandırılmışdır. Bu da illərlə yığılıb qalan ən böyük problemlərimizdən biri idi ki, bu gün artıq o problem öz həllini tapıb.
Cənab başçımız təkcə şəhəri yeniləməklə qalmamış, şəhərin kadr sahəsində də dəyişikliklər etmişdir. Bu gün Sumqayıtda bütün idarə rəhbərləri, məktəb direktorları ancaq və ancaq işləməklə məşğuldurlar. Günlərini keçirən rəhbərlər, rüşvət yığmaqla məşğul olan məktəb direktorları vəzifələrindən kənarlaşdırılmışdır. Bu gün Sumqayıt gənclərinin istər idman sahəsində, istərsə də bilik yarışmalarında səsi ucalır. Sumqayıtın yetirmələri Avropa ölkələrində Azərbaycanın bayrağını dalğalandırılar. Bu da təbii ki, Sumqayıtın adını, sanını ucaldır. Sumqayıt gəncləri bilik yarışlarında bu gün uğurla çıxış edirlər.
Bəli, cənab başçımız Sumqayıta gələn gündən məktəblərdə, uşaq müəssisələrində olmuş, onların problemlərini yerindəcə həll etməyə çalışmışdır. Artıq bütün məktəblər, uşaq bağçaları istilik sistemi ilə əvəz olunmuş, dam örtükləri yenilənmişdir.
Cənab Zakir Fərəcovun məcburi köçgünlər də bu gün diqqətdən kənarda qalmamışdır. Onların illərlə çəkdiyi əzablara son qoyulmuş, bu gün onlar üçün tikilən binalarda evlə təmin olunmuşlar. Təbii ki, bunun üçün hər kəs cənab başçımıza minnətdarlığını dilə gətirir.
Sumqayıt sakinləri uzun müddət idi ki, belə bayram ab-havası yaşamırdılar, Novruz bayramını belə gözl əhval-ruhiyyəylə qarşəlamırdılar. Şəhərin hər tərəfindən çal-çağır səsləri eşidilirdi. İnsanların üzü gülürdü, hiss edirdin ki, şəhər sakinləri Novruz bayramını belə gözəl qarşılamağın həsrətini çəkiblər. Şəhərdə həqiqətətn bir bayram əhval-ruhiyyəsi vardı. Təbii ki, bu da hörmətli başçımızın sayəsində idi.
Zakir müəllim mehriban insandır. El qədrini, elinin qədrini bilən dövlət rəhbəridir. Mən cəsarət edib müqəddəs Novruz bayramımız münasibəti ilə onu ürəkdən təbrik edirəm. İşlərində sonsuz uğurlar arzulayıram. Allah sizi daim var eləsin!
Bəhruz Quliyev