Azərbaycanın ikinci böyük sənaye şəhəri sayılan Sumqayıt bu gün təkcə sakinlərin deyil, eyni zamanda şəhərimizə qonaq gələn xarici vətəndaşların da diqqətini cəlb edir. On il bundan əvvəlki Sumqayıtla bu günkü Sumqayıtın arasındakı fərqi görməmək mümkün deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin inkişafını daim diqqət mərkəzində saxlayır, şəhərin inkişafı üçün maliyyə dəstəyini də əsirgəmir. Regionların inkişafıyla birgə Sumqayıt da bu gün əsl inkişaf yolunu keçməkdədir. Şəhərin meri cənab Zakir Fərəcov bu gün Sumqayıtda əsl yenidənqurma işləriylə diqqət mərkəzindədir. Şəhərin bu az müddət ərzində belə yüksək səviyyədə dəyişməsi də ölkə prezidentinin diqqətindən yayınmamışdır. Bu gün şəhərimizin giriş qapısından şəhərə daxil olan hər bir insan necə gözəl bir mənzərəylə qarşılaşdığını dilə gətirir. Təbii ki, bu da bizim üçün ən böyük sevinc mənbəyidir. Yolların asfaltlanması, dekorativ gül kollarının əkilməsi, elektrik dirəklərinin göz oxşaması həqiqətən şəhərimizə xüsusi bir gözəllik bəxş edir.
Bəli, bu gün təkcə şəhərimizin görkəmi dəyişməyib, eyni zamanda sakinlərin də istirahətinə, yaşam şəraitinə xüsusi diqqət yetirilir. Belə ki, Sovetlər Birliyi dağılandan sonra ölkənin iqtisadiyyatı ağırlaşmış, o dönəm tikilən binalarda təmir işləri aparılmamışdır. Bu da təbii ki, yaşayışçıların haqlı olaraq narazılığına səbəb olurdu. Çünki çürüyüb sıradan çıxmış su boruları su axıdır, zirzəmilərdə qurunt suları yığışırdı. Məlum olurdu ki, zirzəmilərə suyun bir hissəsi binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlıdır. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub. Bu da normal olaraq yay aylarında istinin təsirindən üfunət iyi verirdi. Artıq bu kimi hallar aradan qaldırılmış, zirzəmilərdə təmir işləri aparılmışdır. Belə ki, 2018-ci ilin birinci yarısında Sumqayıt şəhərində 133 çoxmənzilli yaşayış binasının zirzəmilərin məişət tullantılarından təmizlənmişdir. 52 yaşayış binasının zirzəmilərindəki su quruntuları çəkilərək qurudulmuş və təmizlənmişdir. Eyni zamanda 151 binanın kanalizasiya xətləri dəyişdirilmiş, 121 yaşayış binasında binaya verilən su xəttlərinin qəzaları cari təmir edilmiş, 4 ədəd su nasosu quraşdırılmışdır. Hazırda isə beş binanın zirzəmisində təmir işləri aparılır.
Eyni zamanda Sumqayıt şəhərində 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu məqsədlə zirzəmilərdən keçən 1100 metr su xətti, 4811 metr isə kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınıb, su itkiləri minimuma enib. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına da səbəb olub. Hazırda 16 binanın zirzəmilərində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir.
Şəhər sakinlərini narahat edən ən vacib işlərdən biri də zibilxanaların olmamasıdır. Çünki hər hansı bir həyətə qoyulan zibil yeşikləri bəzən dağıdılır, zibillər yerə səpələnir. Bunu nəzərə alan şəhər rəhbərliyi 30 zibilxana tikdirmiş, 54 kanalizasiya lükləri bərpa etdirmişdir. Hazırda bu problem də təxminən aradan qaldırırlmışdır. Bu gün şəhərin mikrorayon və məhəllələrində dekorativ gül kolları əkilmiş, təxminən 15960 ədəd ağac, 150000 ədəd dekorativ gül, 50000 mövsümü gül, 559 dekorativ kol əkilmiş, 30 ton münbit torpaq və kübrə verilmişdir. 7 min metr yeni suvarma xəttləri çəkilmiş, 1500 m2 qazon örtüyü salınmışdır. Bu gün Sumqayıtda görülən bu kimi işlər hər bir sakinin könlünü oxşayır. Şəhərimizin üzdə olan parklarından Nəsimi parkında da süni qazon örtüyü bu gün hər kəsin diqqətini cəlb edir.
Bəli, nə danaq, Sovetlər Birliyi dağılandan sonra şəhərdə bir dağınıqlıq meydana gəlmişdi. İşləməyən müəssisələr, sakinlərin güzəranının ağırlığı sanki şəhərin də canına çökmüşdü. Şəhərə təyin olunan başçılar da qoyulmuş və ya yazılmamış qanunlarla kifayətlənir, heç kim yeni bir iş görmək istəmirdi. Belə ki, cənab Zakir Fərəcovun şəhərimizə başçı təyin olunduğu gündən şəhərin ab-havası dəyişməyə başladı. Cənab başçı bu qısa müddət ərzində çox iş gördü, həm şəhər üçün, həm də sakinlər üçün. Onun bu gün gördüyü işlər illərin yığılıb qalmış problemləri idi. O, həqiqətən Sumqayıtı yenidən yaratdı, yenidən qurdu. Bu gün müəssisə rəhbərləri, idarə müdirləri öz məsuliyyətlərini bilir və öhdələrinə düşən vəzifə borclarını layiqincə yerinə yetirməyə çalışırlar. Belə məsuliyyəti hiss edən idarələrdən biri də Mənzil Kommunal Təsərrüfatı İstismarı Birliyidir. Belə ki, birliyin əməkdaşları cani dildən sakinlərin rahat şəraiti üçün əllərindən gələni əsirgəmirlər. Onlar binaların dam örtüyünü dəyişdirir, giriş qapılarını yenisi ilə əvəz edirlər. Eyni zamanda şəhərimizin təmizliyi üçün də birliyin əməkdaşlarının əməyi danılmazdır.
Tahirə Həbliyeva