Qızlar arasında keçirilən bədii gimnastika yarışları oğlanlar arasında da keçirilə bilər.
Beynəlxalq Gimnastika Federasiyası (FIG) bunu hələ təsdiqləməyib.
Amma FIG-in sabiq vitse-prezidenti, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya milli komandasının baş məşqçisi özbəkistanlı İrina Viner-Usmanova oğlanların da qızlara məxsus bu yarışda iştirak etməsinin tərəfdarıdır.
Təqdim etdiyimiz video isə İspaniyada qeydə alınıb. Kristofer Benites İspaniyada keçirilən Reyna Kubokunda lentlə hərəkətlərdə çıxış edib.
Oxu.Az