Şabranda baş vermiş güclü yanğın sönüb.
20 hektardan artıq ərazini əhatə edən yanğın bu gün səhər saatlarında sönüb.
FHN-nin Şabran yanğından mühafizə hissəsindən verilən məlumata əsasən, ərazidə kol-kos yanıb. Yanğınsöndürən avtomobillər əraziyə daxil ola bilməsələr də, kənardan sözügedən əraziyə ciddi nəzarət edilir.
Qeyd edək ki, ötən gün axşam Şabranın Güləmli kəndinin sahil boyu ərazisində güclü yanğın olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.