Xəstəmiz Davudov Tahirəli qəfil halının pisləşdiyini, sinəsində ağrılar və təngnəfəslik olduğunu bildirdi. Onu Bakı Sağlamlıq Mərkəzinə götürdük. Tibbi müayinədən sonra məlum oldu ki, aorta qapağı tamam sıradan çıxmış və bir damar isə fəaliyyətin 80 %-i itirmişdi. Növbəti gün xəstə əməliyyat otağına qaldırıldı. Xəstənin yaşının riskli – 76 yaşı olmasına baxmayaraq, ağır açıq ürək əməliyyatını tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev və anestezioloq Təranə xanım Mehdiyeva öhdəsinə götürdülər. 6 saat davam edən əməliyyat uğurla başa çatdı. Bakı Sağlamlıq Mərkəzinin tibb personalının peşəkar yanaşması sayəsində xəstəmiz normal həyat fəaliyyətinə başlamışdır. Bakı Sağlamlıq Mərkəzinin həkimləri Ramil Əliyev, Təranə Mehdiyeva, Yeganə xanım, Lalə xanım, Vahid həkim, tibb bacıları xəstəmizə göstərdiyiniz xidmətə görə sizə minnətdarıq.
Tanınmış həkim Ramil Əliyev yüzlərlə uğurlu açıq ürək əməliyyatı etmişdir. Əbəs yerə ona “Şəfalı əlli” həkim demirlər.
Yaşa, var ol Azərbaycan tibbinə tövhələr vermiş Ramil həkim! Biz sizinlə fəxr edirik.
Xəstəmizin qohumları adından sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, Elşən Ağa
şöbə müdiri