30 iyun 2019-cu il tarixdə Bakı şəhərində coğrafiya müəllimlərinin görüşü baş tutdu.Görüşdə ölkəmizin bir çox rayon və şəhərlərində çalışan coğrafiya müəllimləri ilə yanaşı AMEA-nın Coğrafiya İnstitutunun və BDU-nin coğrafiya kafedrasının müəllimləri,dərslik müəllifləri,əməkdar müəllimlər də iştirak etmişdi.İştirakçılar arasında coğrafiya dərsliklərinin müəllifi Nərminə Seyfullayeva,DİM-in əməkdaşları,X sinif coğrafiya dərsliyinin müəllifi Şərafət Hüseynli və s. olmuşdur.Görüşün təşkil edilməsində məqsəd,Azərbaycan təhsilində coğrafiya fənninin bu günki vəziyyəti və problemləri haqqında müzakirələr aparmaq və bir sıra məsələlərə aydınlıq gətirilmək olmuşdur.Görüşdə iştirak edən müəllimlərdən Məhəmmədəli Rəsulov,Şamxal Həşimov,Elvin Soltanov,Xəzər Nuri,Ramiz Tayıbov,Hörmət Məmmədli,Amid Məmmədov,Fərəc Cəfərov,Samir Cəbrayılov və digərləri coğrafiyanın bu günki problemlərindən söz açmış müxtəlif sual və təkliflərlə çıxış etmişlər.
Görüşün təşkilatçılarından biri Fərəc Cəfərovun saytımıza verdiyi məlumata görə:
-Görüşdə ilk olaraq,coğrafiya fənninin nüfuzunun getdikcə azalması ilə bağlı məqamlara toxunuldu.Bunun əsas səbəbi kimi isə,bu fənnin nə buraxılış imtahanlarında,nə də ll ixtisas blokundan başqa digər bloklarda yer almaması kimi göstərildi.Digər məsələ dərsliklərlə bağlı idi ki,bu məsələ haqqında da müəllimlər üçün bəzi qaranlıq məqamlara dərslik müəllifləri tərəfindən aydınlıq gətirilsə də,bəzi çatışmazlıqların hələ də qalmaqda olduğu bildirildi.Azərbaycan coğrafiyasının parakəndə şəkildə verilməsi və məlumat azlığı da müəllimlərin narazılıq etdiyi məsələlər arasında idi.Bunlarla yanaşı qəbul imtahanlarında coğrafiyadan maksimum balın 200 baldan 150 bala endirilməsi də ll qrupa hazırlaşan uşaqların bu qrupdan imtina etməsinə səbəb oldu.Müəllimin dediyinə görə”-Orta məktəbdə çalışan coğrafiya müəlliminin biliyi ll qrupa hazırlaşan bir neçə abituriyentdən başqa heç kimə lazım deyil”.Səbəbini isə F.Cəfərov belə izah edir.
-Orta məktəbdə dərslərimi yalnız VI,VII və VIIl siniflərdə maraqlı qura bilirəm.Çünki,IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanına yalnız 3 fənnə hazırlaşır.X və XI sinif şagirdləri isə artıq seçdiyi ixtisas qrupları üzrə lazım olan fənnlərə üstünlük verir və haqlı olaraq coğrafiya fənnin onlara lazım olmadığını bildirirlər.Eyni halı,biologiya fənni üçün də demək olar.Mənə elə gəlir ki,bu fikrimi həmkarlarım təsdiq edər.
Bu problemin həlli yolu kimi müəllimin təklifi belə oldu.
-Buraxılış imtahanlarında,sual sayı azaldılmaqla,əsas fənnlərin hamısı olmalıdır.
Görüşün sonunda bildirilib ki,belə işgüzar görüşlərin sayını artırmaq və irad və təkliflərimizi lazım olan təşkilatlara ünvanlamaq gərəkdir.
Fərəc Cəfərov