Bruneyin sultanı Hassanal Bolkiahın oğlu Matten İnstaqramda məşhur simalardandır.
27 yaşlı Matten Bolkiahın 10-cu övladıdır.
Ailəsi 20 milyard dollarlıq sərvətə sahibdir.
İngiltərə Hərbi Akademiyasında təhsil alan Matten ölkəsində 3 il hərbi xidmət keçib. O, əsgərlikdən sonra Bruneydə narkotik satıcılarına qarşı təşkil olunan əməliyyatda iştirak edib.
İnstaqramda bir milyon izləyicisi olan Mateenin rütbəsi leytenantdır.