Xəzər rayonunda iki avtomobil toqquşub, sürücü yaralanıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.
“Niva” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 21099”un sürücüsü 1995-ci il təvəllüdlü Əliyev Qasım Bədəl oğlu yaralanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.