Bu gün Azərbaycan milli mətbuatının yararanmasından 144 il ötür. Bu tarix, həm də hər il mətbuat nümayəndələrinin bayramı olaraq qeyd olunur. Jurnalist həmkarımızı bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik. Mətbuatımızın inkişafında əməyi olan hər kəsə, bu uğur yolunda həmkarlarımıza dəstəyini əsirgəməyən bütün xoşməramlı insanlara ulusestv.az xəbər portalının redaksiya heyəti adından minnətdarlığımızı çatdırırıq. Qoy, müstəqil mətbuatımız dəyərli mövzularla ölkənin tərəqqisinə kömək olacaq çıxışlarını bundan sonra da uğurla davam etdirsin və 4-cü hakimiyyətin rolunun nəyə qadir olduğunu şərəflə sübuta yetirsin!